DİQQƏT!

ADMİU doktoranturaya qəbul elan edir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2025/2026-cı tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Müraciət edəcək şəxslər Elm və Təhsil Nazirliyinin www.portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun qeydiyyatdan keçməlidirlər.

Plan yerləri:

Doktoranturaya sənəd qəbuluna dair ən çox verilən suallar ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://edu.gov.az/uploads/Ali-tehsil/2025/dokturantura-qebul-telimat.pdf

Elektron sənəd qəbulu üzrə video təlimat: https://www.youtube.com/watch?v=duWnTdCTukU

Sənəd qəbulu üçün başlanğıc tarix: 13.05.2025

Sənəd qəbulu üçün son tarix: 02.06.2025

Qəbul qaydaları haqqında əlavə məlumat almaq istəyənlər ADMİU-nun Elm və doktorantura şöbəsinə müraciət edə bilərlər.

Əlaqə nömrəsi: (+994 12) 599-00-54

Doktoranturaya qəbul qaydaları haqqında daha ətraflı: https://e-qanun.az/framework/19800