“Xoreoqrafiya sənəti və səhnə plastikası” kafedrasının əsası 1968-ci ildə qoyulmuş və “Səhnə hərəkəti” kafedrası adı ilə fəaliyyət göstərmişdir.

Kafedra təşkil olunduğu vaxtdan Hüseynağa Hüseynov onun müdiri təyin olunmuş və 20 ildən artıq müddətdə kafedraya rəhbərlik etmişdir.

“Azərbaycan xalq rəqsləri”, “Azərbaycan folklor rəqsləri”, “Musiqi təlimi” və “Azərbaycan rəqsləri”. Kafedranın dosenti Rəfiqə Həsənovanın “Ziyafət rəqsləri” (1998) kitabı da Azərbaycan rəqsinə dair çap edilmiş ən qiymətli əsərlərdən biridir.

1997-ci ildə kafedranın nəzdində “Xoreoqrafiya sənəti” ixtisası fəaliyyət göstərməyə başlayır.

“Xoreoqrafiya sənəti” ixtisasının fəaliyyəti genişləndikcə, kafedraya aid olan ixtisasların çoxaldığına, həm də tədris prosesində gedən dəyişiklərə görə 2002-ci ilin sentyabr ayından “Xoreoqrafiya sənəti” ixtisası “Səhnə hərəkəti” kafedrasının tərkibindən çıxarılıb, ayrıca “Xoreoqrafiya sənəti” kafedrası kimi fəaliyyət göstərməyə başladı.

2001-ci ildə “Xoreoqrafiya sənəti” kafedrası özünün birinci buraxılışını etdi.

2001-ci ildə S.Novruzov, P.Məmmədrzayev kafedraya dəvət olundular.

2006-cı ildə isə qurum dəyişikliyi ilə əlaqədar “Xoreoqrafiya sənəti” kafedrası yenidən “Səhnə hərəkəti kafedrası birləşərək “Xoreoqrafiya sənəti və səhnə plastikası” adı ilə fəaliyyət göstərməyə başladı. Kafedraya Fərhad Vəliyev, Tamilla Məmmədova (əməkdar artist), Ofeliya Zeynalova, Əsəd Rzayev, Tahir Eynullayev dəvət olundular. Kafedranın fəaliyyəti artdıqca tədris proqramları, metodiki tövsiyələr yenidən işləndi və çap etdirildi.

2007-ci ildə Elmi Şuranın qərarı ilə kafedranın adı dəyişdirilib ”Xoreoqrafiya sənəti və səhnə plastikası” adlanrırıldı.

2012-2019-cu illərdə “Xoreoqrafiya sənəti və səhnə plastikası” kafedrasına sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ofeliya Zeynalova rəhbərlik edib. Kafedradada 15 müəllim, 1 akkompaniator, 2 laborant çalışır.

Kafedra 18 fənn tədris olunur.

Professor-müəllim heyətinin tərkibi:

  • Rəfiqə Həsənova – dosent
  • Ofeliya Zeynolova – dosent
  • Əsəd Rzayev – dosent
  • Sahib Novruzov – baş müəllim
  • Pərviz Məmmədrzayev – baş müəllim
  • Pərviz Məmmədrzayev – əməkdar artist
  • Nargilə Qəribova – əməkdar artist
  • Mirzə Abasov – müəllim
  • Emil Əzizov – müəllim
  • Mehriban Nəzərova – müəllim
  • Yelena Çernousova – müəllim
  • Naibə Məlikova – müəllim

Tədris Olunan Fənlər:

  • Baletmeyster sənəti
  • Balet tarixi
  • Klassik rəqs
  • Klassik irsin təhlili
  • Müasir Azərbaycan rəqsi
  • Dünya xalq rəqsləri
  • Azərbaycan rəqsi
  • Rəqs
  • Müasir bal rəqsi
  • Xoreoqrafik tenaj
  • Ritmika
  • Xoreoqrafiyada aktyor sənəti
  • Xoreoqrafik trenaj
  • Teatr tamaşalarında rəqsin quruluşu
  • Plastika və pantomima
  • Səhnə hərəkəti
  • Səhnə döyüşü
  • Qılınc təlimi
  • Baletmeyster sənəti

Kafedra Rəhbəri

Sevda Teymurova

Dosent