Dünya şöhrətli rejissorlar ADMİU-da ustad dərsi keçiblər

Oktyabrın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Qarğıdalı adası” filmi ilə Karlovı Varı və “Kinoşok” kinofestivallarının baş mükafatını qazanan gürcü rejissoru, prodüser Georgi Ovaşvili və “Qızıl Qlobus” və “Kann” film festivallarının mükafatçısı əfqan rejissor Siddik Barmakın ustad dərsləri keçirilib.

ADMİU-nun Audiovizual sənətlər fakültəsinin Kino-televiziya sənətləri kafedrasının təşkilatçılığı ilə keçirilən görüşü giriş sözü ilə açan kafedrasının müdiri dosent Elnur Mehdiyev qonaqları tələbələrə təqdim edib, bu kimi görüşlərin rejissorluq sənətini öyrənən gənclər üçün böyük fürsət olduğunu bildirib.

Ustad dərsində qonaqlar öz təcrübələrindən çıxış edərək film sənayevi, rejissorluq işi və onun dünyaya təqdimatı mövzusunda düşüncələrini tələbələrlə bölüşüblər.

Ustad dərsində rejissorlar tələbələrin suallarını cavablandırıb, görüş diskussiya şəklində davam edib.