Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil və elmi-tədqiqat müəssisələrinə qəbulu aşağıdakı hüquqi əsaslara əsasən həyata keçirilir:

  • Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında təhsil, elm və mədəniyyət sahəsində imzalanmış hökumətlərarası və idarələrarası sazişlər;
  • Təhsil müəssisələri arasında birbaşa bağlanmış ikitərəfli müqavilələr;
  • Qeyri-hökumət və xeyriyyə təşkilatları tərəfindən təsis edilən təqaüdlər;
  • Təhsil müəssisələri ilə xarici təşkilatlar, şirkətlər, assosiasiyalar və digər qurumlar, o cümlədən xarici ölkə vətəndaşları arasında əldə edilmiş razılaşmalar.

Əcnəbi vətəndaşların dövlət hesabına təhsili, yalnız tabeliyində olduqları təhsil müəssisələrinin aidiyyəti nazirlik, komitə və idarələrinin göstərişləri, həmçinin yerli və xarici təhsil müəssisələri arasında bağlanmış müqavilələr əsasında tələbə mübadiləsi formatında həyata keçirilə bilər.

Təhsil haqqı

Xarici vətəndaşların dövlət ali təhsil müəssisələrində təhsil almalarının dəyəri təhsil müəssisələrinin təklifi əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilərək təsdiq edilir.

Daimi yaşayan əcnəbilər

Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qanunvericiliyə əsasən, Azərbaycan Respublikası vətəndaşları ilə eyni hüquqi əsaslarla təhsil almaq hüququna malikdirlər.

Qeydiyyat və müvəqqəti yaşama icazəsi

Əyani təhsil alan əcnəbi vətəndaşların miqrasiya qeydiyyatı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində aparılır. Bu zaman tələbə təhsil müddətində müvəqqəti yaşama icazəsi əldə edir.

Əcnəbi tələbələrin hüquq və vəzifələri

Ödənişli əsaslarla təhsil alan Azərbaycan vətəndaşları kimi, əcnəbi tələbələr də aşağıdakı qaydalara riayət etməlidirlər:

  •  Təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına əməl etmək;
  •  Təhsil müəssisəsinin əmlakına zərər yetirilməsinin qarşısını almaq;
  •  Təqsiri üzündən təhsil müəssisəsinə dəymiş zərəri kompensasiya etmək.

Hazırlıq kurslarına qəbul qaydaları:

Qəbul müddəti

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 9 aylıq hazırlıq kursuna sənəd qəbulu hər tədris ilinin iyun ayının əvvəlindən sentyabr ayının 10-dək həyata keçirilir. 6 aylıq hazırlıq kursuna sənəd qəbulu isə dekabr ayının sonlarından yanvar ayının 31-dək həyata keçirilir.

Tədrisin başlanma tarixləri

  •  İllik hazırlıq kursları: oktyabr ayında başlanır;
  •  6 aylıq hazırlıq kursları: mart ayında başlanır.

Tələb olunan sənədlər

Hazırlıq kurslarına müraciət edən əcnəbi vətəndaşlar aşağıdakı sənədləri portal.edu.az platforması vasitəsi ilə təqdim etməlidirlər:

  • Tam orta təhsil haqqında attestat və əlavəsi (xarici ölkədə əldə olunmuş sənədlər üçün apostil və notariat qaydasında Azərbaycan dilinə tərcümə tələb olunur);
  •  Pasportun surəti (pasportun etibarlılıq müddəti azı 1 il olmalıdır);
  •  3×4 ölçüdə 6 ədəd fotoşəkil;
  •  Sağlamlıq haqqında arayış, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması barədə müvafiq tibbi sənəd;
  •  Əgər varsa, bakalavr diplomu və əlavəsi (xarici ölkədə alınmış sənədlər üçün apostil və notarial tərcümə);
  •  Azərbaycanda doğulmuş şəxslər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş ikili vətəndaşlığın olmaması haqqında arayış.

Tədris dilləri

Tədris Azərbaycan və rus dillərində aparılır. Dinləyicilər müraciət zamanı tədris dilini və təhsil almaq istədikləri ixtisası sərbəst şəkildə seçə bilərlər.

Təhsil haqqı

İllik hazırlıq kursunun təhsil haqqı 900 (doqquz yüz) ABŞ dolları təşkil edir. Ödəniş Azərbaycan Respublikasının milli valyutası ilə, rəsmi məzənnəyə uyğun şəkildə həyata keçirilir.

İmtahanlar və şəhadətnamə

Tədris dövrünün sonunda kurs iştirakçıları yekun qiymətləndirmə imtahanları verirlər. İmtahan nəticələrinə əsasən uğur qazanan dinləyicilərə müvafiq tədris dili üzrə şəhadətnamə təqdim olunur.

Qəbuldan sonra universitetə təqdim ediləcək sənədlər

Universitetə qəbul olunmuş xarici vətəndaşlar aşağıda qeyd olunan sənədləri ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğuna təqdim etməlidirlər:

  •  Əvvəlki təhsil pilləsinə dair sənədin əsli və apostili;
  •  Əvvəlki təhsil sənədinin və əlavəsinin Azərbaycan dilinə notariat qaydasında tərcümə olunmuş surəti;
  •  Pasportun 2 nüsxə surəti;
  •  6 ədəd 3×4 ölçülü fotoşəkil;
  •  Müvəqqəti yaşama icazəsinin 2 nüsxə surəti (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş sənəd).

Qeyd: Bütün sənədlər təqdim edildikdən sonra tələbənin şəxsi iş qovluğu formalaşdırılır. Sənədlərdə hər hansı uyğunsuzluq və ya çatışmazlıq aşkar olunduqda, tələbə məsələni aradan qaldırmaq üçün xəbərdar edilir.

Bakalavr pilləsinə qəbul qaydaları:

Qəbul müddəti

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) bakalavriat pilləsi üzrə sənəd qəbulu hər tədris ilinin iyun ayının əvvəlindən avqust ayının 31-dək həyata keçirilir.

Tədrisin başlanma tarixi

Bakalavr pilləsi üzrə dərslər 15 sentyabr tarixindən başlanır.

Tələb olunan sənədlər

Bakalavr səviyyəsində təhsil almaq üçün müraciət edən əcnəbi vətəndaşlar aşağıdakı sənədləri portal.edu.az platforması vasitəsi ilə təqdim etməlidirlər:

  • Bakalavr diplomu və əlavəsi (xarici ölkədə əldə olunmuş sənədlər üçün apostil və notariat qaydasında Azərbaycan dilinə tərcümə tələb olunur);
  • Pasportun surəti (pasportun etibarlılıq müddəti 1 ildən az olmamalıdır);
  •  3×4 ölçüdə 6 ədəd fotoşəkil;
  • Sağlamlıq haqqında arayış, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması barədə müvafiq tibbi sənəd;
  • Tədris dili üzrə sertifikat (əgər varsa);
  •  Azərbaycanda doğulmuş şəxslər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş ikili vətəndaşlığın olmaması haqqında arayış.

Tədris dili

Bakalavriat pilləsində tədris Azərbaycan və rus dillərində həyata keçirilir. Əcnəbilər müraciət zamanı tədris dilini seçmək hüququna malikdirlər.

Tədris dili üzrə sertifikatın olmadığı hallarda

Sertifikat mövcud olmadığı təqdirdə, universitet daxilində yaradılmış Komissiya tərəfindən dil biliklərinin yoxlanılması məqsədilə imtahan təşkil olunur. Komissiyanın qərarına əsasən:

  •  Əgər namizədin dil biliyi “qənaətbəxş” səviyyədə qiymətləndirilərsə, o zaman birbaşa müvafiq təhsil pilləsinə qəbul olunur.
  •  Əgər dil biliyi kifayət qədər deyilsə, namizəd seçdiyi müvafiq dil üzrə hazırlıq kursuna yönləndirilir və bu kursu müvəffəqiyyətlə başa vurduqdan sonra əsas təhsil proqramına keçid əldə edir.

Təhsil haqqı və ödəniş qaydaları

  •  Təhsil haqqı: illik 2000 (iki min) ABŞ dolları məbləğində müəyyən edilmişdir.
  •  Ödəniş Azərbaycan Respublikasının milli valyutası ilə, rəsmi məzənnəyə uyğun şəkildə həyata keçirilir.
  •  Təhsil haqqı hər akademik semestrin əvvəlində tam şəkildə ödənilməlidir.

Qeyd: Tələbə üzrlü və ya digər səbəblərdən təhsilini davam etdirmədikdə və ya universitetdən xaric edildikdə ödənilmiş təhsil haqqı geri qaytarılmır.

Qəbuldan sonra universitetə təqdim ediləcək sənədlər

Universitetə qəbul olunmuş xarici vətəndaşlar aşağıda qeyd olunan sənədləri ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğuna təqdim etməlidirlər:

  •  Əvvəlki təhsil pilləsinə dair sənədin əsli və apostili;
  •  Əvvəlki təhsil səviyyəsində keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (apostil) təhsil haqqında sənəd və transcript;
  •  Əvvəlki təhsil sənədinin və əlavəsinin Azərbaycan dilinə notariat qaydasında tərcümə olunmuş surəti;
  • Pasportun 2 nüsxə surəti;
  •  6 ədəd 3×4 ölçülü fotoşəkil;
  •  Müvəqqəti yaşama icazəsinin 2 nüsxə surəti (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş sənəd).

Qeyd: Bütün sənədlər təqdim edildikdən sonra tələbənin şəxsi iş qovluğu formalaşdırılır. Sənədlərdə hər hansı uyğunsuzluq və ya çatışmazlıq aşkar olunduqda, tələbə məsələni aradan qaldırmaq üçün xəbərdar edilir.

Magistraturaya qəbul qaydaları:

Bakalavr dərəcəsini müvəffəqiyyətlə bitirmiş şəxslər, müvafiq ixtisas istiqamətləri üzrə magistratura təhsilini davam etdirmək hüququna malikdirlər.

Qəbul müddəti

Magistratura səviyyəsi üzrə sənəd qəbulu hər tədris ilinin iyun ayının əvvəllərindən avqust ayının 31-dək həyata keçirilir.

Tədrisin başlanma tarixi

Magistratura pilləsi üzrə dərslər 15 sentyabr tarixindən başlanır.

Tələb olunan sənədlər

Bakalavr səviyyəsində təhsil almaq üçün müraciət edən əcnəbi vətəndaşlar aşağıdakı sənədləri portal.edu.az platforması vasitəsi ilə təqdim etməlidirlər:

  • Bakalavr diplomu və əlavəsi (xarici ölkədə əldə olunmuş sənədlər üçün apostil və notariat qaydasında Azərbaycan dilinə tərcümə tələb olunur) (zəhmət olmasa, Azərbaycan Respublikası Təhsil Nazirliyinin leqallaşdırılma/nostrifikasiyası tələbləri ilə tanış olun https://tkta.edu.az/ );
  • Pasportun surəti (pasportun etibarlılıq müddəti 1 ildən az olmamalıdır);
  •  3×4 ölçüdə 6 ədəd fotoşəkil;
  •  Sağlamlıq haqqında arayış, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması barədə müvafiq tibbi sənəd;
  •  Tədris dili üzrə sertifikat (əgər varsa);
  •  Azərbaycanda doğulmuş şəxslər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş ikili vətəndaşlığın olmaması haqqında arayış.

Tədris dili

Magistratura pilləsində tədris Azərbaycan və rus dillərində həyata keçirilir. Əcnəbilər müraciət zamanı tədris dilini seçmək hüququna malikdirlər.

Tədris dili üzrə sertifikatın olmadığı hallarda

Sertifikat mövcud olmadığı təqdirdə, universitet daxilində yaradılmış Komissiya tərəfindən dil biliklərinin yoxlanılması məqsədilə imtahan təşkil olunur. Komissiyanın qərarına əsasən:

  • Əgər namizədin dil biliyi “qənaətbəxş” səviyyədə qiymətləndirilərsə, o zaman birbaşa müvafiq təhsil pilləsinə qəbul olunur.
  • Əgər dil biliyi kifayət qədər deyilsə, namizəd seçdiyi müvafiq dil üzrə hazırlıq kursuna yönləndirilir və bu kursu müvəffəqiyyətlə başa vurduqdan sonra əsas təhsil proqramına keçid əldə edir.

Təhsil haqqı və ödəniş qaydaları

  • Təhsil haqqı: illik 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində müəyyən edilmişdir.
  •  Ödəniş Azərbaycan Respublikasının milli valyutası ilə, rəsmi məzənnəyə uyğun şəkildə həyata keçirilir.
  •  Təhsil haqqı hər akademik semestrin əvvəlində tam şəkildə ödənilməlidir.

Qeyd: Tələbə üzrlü və ya digər səbəblərdən təhsilini davam etdirmədikdə və ya universitetdən xaric edildikdə ödənilmiş təhsil haqqı geri qaytarılmır.

Qeyd: Ancaq bakalavr dərəcəsi diplomu olanalar məzun qəbulu üçün leqallaşdırılma prosessini keçməlidirlər (zəhmət olmasa, Azərbaycan Respublikası Təhsil Nazirliyinin leqallaşdırılma/nostrifikasiyası tələbləri ilə tanış olun https://tkta.edu.az/ ).

Qəbuldan sonra universitetə təqdim ediləcək sənədlər

Universitetə qəbul olunmuş xarici vətəndaşlar aşağıda qeyd olunan sənədləri ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğuna təqdim etməlidirlər:

  • Bakalavr diplomunun əsli və apostili;
  •  Bakalavr pilləsində fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (apostil) təhsil haqqında sənəd və transcript (zəhmət olmasa, Azərbaycan Respublikası Təhsil Nazirliyinin leqallaşdırılma/nostrifikasiyası tələbləri ilə tanış olun https://tkta.edu.az/ );
  •  Əvvəlki təhsil sənədinin və əlavəsinin Azərbaycan dilinə notariat qaydasında tərcümə olunmuş surəti;
  •  Pasportun 2 nüsxə surəti;
  •  6 ədəd 3×4 ölçülü fotoşəkil;
  •  Müvəqqəti yaşama icazəsinin 2 nüsxə surəti (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş sənəd).

Qeyd: Bütün sənədlər təqdim edildikdən sonra tələbənin şəxsi iş qovluğu formalaşdırılır. Sənədlərdə hər hansı uyğunsuzluq və ya çatışmazlıq aşkar olunduqda, tələbə məsələni aradan qaldırmaq üçün xəbərdar edilir.

Sənədlərin Yoxlanılması və Müsahibə Mərhələsi

  • Qəbul üçün təqdim olunan sənədlər ilkin olaraq universitetin aidiyyəti struktur bölməsi tərəfindən yoxlanışa göndərilir.
  •  Sənədləri müvafiq tələblərə cavab verən namizədlər ilkin mərhələni keçmiş hesab olunur və elektron poçt vasitəsilə onlayn müsahibəyə dəvət edilirlər.
  •  Müsahibə zamanı namizədin müvafiq ixtisas üzrə bilik və bacarıqları, eləcə də tədris dilində ünsiyyət qabiliyyəti qiymətləndirilir.
  •  Tədris dilində bilik səviyyəsi yetərli olmayan şəxslər bir tədris ili müddətində hazırlıq kurslarına cəlb edilirlər. Kursu uğurla tamamlayanlara müvafiq dil üzrə şəhadətnamə təqdim olunur.

Doktorantura Proqramına Müraciət Edən Namizədlər üçün Məlumat

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində doktorantura təhsili almaq arzusunda olan şəxslər international@admiu.edu.az ünvanı ilə əlaqə saxlayaraq Motivasiya Məktubu və Akademik Tərcümeyi-hal (CV) təqdim etməlidirlər. Sənədlərin qəbulu başa çatdıqdan sonra müvafiq şöbə müraciətləri nəzərdən keçirəcək və qəbul prosesinin növbəti mərhələləri barədə namizədlərə əlavə məlumat təqdim edəcək.

Əlavə məlumat resursları

Əcnəbilər aşağıdakı mövzular üzrə rəsmi portallardan daha ətraflı məlumat əldə edə bilərlər:

Əlaqə

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Beynəlxalq əlaqələr üzrə prorektorluq

Ünvan: AZ1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39 E-poçt: international@admiu.edu.az

Yaşayacağınız ölkə və oxuyacağınız universitet haqqında ətraflı məlumata aşağıdakı videolara daxil olaraq baxa bilərsiniz: