“Əllərin Sehri” Müsabiqəsində Tələbələrimizin Uğuru
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin tələbələri — Fatimə Babazadə (Qrafika ixtisası), Günay Yusubova (Dizayn ixtisası), Günel Cəfərova (Tətbiqi İncəsənət Məktəbi) və Aidə Hüseynova (Tətbiqi İncəsənət Məktəbi) “ƏLLƏRİN SEHRİ” yaradıcılıq müsabiqəsinin yekun sərgisində iştirak edərək mükafatlandırılıblar. Universitetə isə xüsusi təşəkkürnamə təqdim olunub.