“'Mədəniyyət dünyası və ADMİU-nun Elmi əsərləri"

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor-müəllim heyətinin, doktorant, dissertant və magistrantların həyata keçirdiyi elmi-tədqiqat işlərinin informasiya təminatının inkişaf etdirilməsi məqsədilə “Mədəniyyət dünyası”, “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi əsərləri” adlı elmi-nəzəri məcmuələr, həmçinin “Mədəniyyət: Problemlər və Perspektivlər” adlı Doktorant və Gənc Tədqiqatçıların konfransının materialları dərc olunur.

Bu illər ərzində jurnalda kulturologiya (hal-hazırda yoxdur), sənətşünaslıq, muzeyşünaslıq, teatr sənəti, kino, televiziya və digər ekran sənətləri, təsviri sənət, musiqi sənəti, fəlsəfə, psixologiya, ilahiyyat və onların tədrisi metodikası sahəsində respublikamızda və onun hüdudlarından kənarda aparılan elmi tədqiqatlara həsr olunmuş elmi məqalələr dərc olunmuşdur. 2011-ci ildən etibarən isə jurnal beynəlxalq standart seriya nömrəsi (ISSN) ilə nəşr olunur. Jurnal ildə iki dəfə dərc olunur.

“Mədəniyyət dünyası” elmi-nəzəri məcmuəsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət heyətinin 30 aprel 2010-cu il tarixli iclasında “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər”in siyahısına daxil edilmişdir. Jurnal 25 dekabr 2019-cu il tarixində N4279 saylı əmrlə Ədliyyə Nazirliyində yenidən qeydə alınmışdır.

2021-ci ildən etibarən “Mədəniyyət dünyası” elmi-nəzəri məcmuəsi rəqəmsal axtarış sistemi “Crossref”də qeydiyyatdan keçərək 10.52094 nömrəli DOI (Dijital Object Identifier) alıb.

2023-cü ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti üçün daha bir yenilik universitetin “Mədəniyyət dünyası” elmi-nəzəri məcmuəsinin yeni saytının yaradılması olmuşdur. https://medeniyyetdunyasi.az/.

2023-cü ilin dekabr ayından etibarən ADMİU-nun “Mədəniyytə Dünyası” jurnalı Beynəlxalq Standart Seriya nömrəsi olan e-ISSN (e-ISSN 3005-9941) almışdır.

“Elmi əsərlər” adlı elmi-nəzəri məcmuə 2007-ci ildə təsis olunub. Bu illər ərzində jurnalda kulturologiya (hal-hazırda yoxdur), muzeyşünaslıq, sənətşünaslıq, teatr sənəti, kino, televiziya və digər ekran sənətləri, təsviri sənət, musiqi sənəti və onların tədrisi metodikası sahəsində respublikamızda və onun hüdudlarından kənarda aparılan elmi tədqiqatlara həsr olunmuş elmi məqalələr dərc olunmuşdur. 2011-ci ildən etibarən isə jurnal beynəlxalq standart seriya (ISSN) ilə nəşr olunur. Jurnal ildə iki dəfə işıq üzü görür.

“Elmi əsərlər” elmi-nəzəri məcmuəsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət heyətinin 30 aprel 2010-cu il tarixli iclasında “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər”in siyahısına daxil edilmişdir. Jurnal 25 dekabr 2019-cu il tarixində N4278 saylı əmrlə Ədliyyə Nazirliyində yenidən qeydə alınmış və “ADMİU-nun elmi əsərləri” adlanırdırılmışdır.

2022-ci ildən etibarən “ADMİU-nun Elmi əsərləri” elmi-nəzəri məcmuəsi rəqəmsal axtarış sistemi “Crossref”də qeydiyyatdan keçərək 10.52094 nömrəli DOI (Dijital Object Identifier) alıb.