Elmi Şura ADMİU-nun kollegial idarə orqanıdır və ADMİU-ya ümumi rəhbərlik bu Şura tərəfindən həyata keçirilir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şurası qurum kimi öz fәaliyyәtini Azәrbaycan Respublikası Tәhsil Nazirliyinin 10 oktyabr 1997-ci il 1 saylı “Ali Tәhsil müәssisәsinin Elmi Şurası haqqında Əsasnamә”si, «Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2001-ci il tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş «Özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən dövlət ali təhsil müəssisələri haqqında Əsasnamə», “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” və digər qanunvericilik aktları әsasında tәnzimlәyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 12 avqust tarixli 301 nömrəli Qərarı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti publik hüquqi şəxsə çevrilib. Bu qərara əlavə olaraq ADMİU-nun Nizamnaməsi təsdiq edilib. Universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, yaradıcılıq-ifa, nəzəri-metodoloji, pedaqoji-metodiki və elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir. ADMİU-nun rektoru Elmi Şuraya sədrlik edir.
Ayda bir dəfə Elmi Şuranın iclasının keçirilməsi nəzərdə tutulub. Lakin lazım olarsa növbədənkənar iclasların keçirilməsi labüddür.
Elmi Şuranın tərkibinə ADMİU-nun rektoru (sədr), Tədris işləri üzrə prorektor (sədr müavini), prorektorlar, elmi katib, dekanlar, Rektorun Tədrisdə İnnovasiyalar üzrə müşaviri, Keyfiyyət Təminatı və Strateji Planlama Departamentinin müdiri, universitetin nəzdindəki kollecin direktoru, Həmkarlar İttifaqı Komitəsinin sədri, Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin sədri, Tələbə Həmkarlar İttifaqının sədri daxildir. Elmi Şuranın seçkili üzvlərinin ümumi sayı ali təhsil müəssisəsinin fakültələri üzrə onların professor-müəllim heyəti, tələbələrinin sayından asılı olaraq mütənasib surətdə bölünür. Bundan əlavə Elmi Şuranın tərkibinin universitetdə fəaliyyət göstərən elm və görkəmli mədəniyyət və incəsənət xadimlərindən ibarət 10%-ə qədəri ADMİU-nun rektoru tərəfindən ümumi saya əlavə olaraq təyin edilmişdir. (ADMİU-nun daxilində).
Elmi Şuraya namizədlər hər bir fakültənin professor-müəllim və elmi işçilərinin ümumi içlasında gizli səsvermə yolu ilə seçilir. Fakültənin professor-müəllim və elmi işçilərinin ümumi sayının 2/3 hissəsi iştirak etdikdə iclas səlahiyyətli sayılır. Fakültəyə ayrılan yerlərə iştirakçılardan 50 %-dən daha artıq çox səs toplayanlar Elmi Şuraya üzv seçilmiş hesab edilirlər.
Elmi Şuranın professor-müəllim heyəti və elmi işçilər sırasından olan seçkili üzvləri hər bir fakültənin professor-müəllim heyətinin ümumi iclasında gizli səsvermə yolu ilə seçilir. Ümumi iclasa müvafiq struktur bölmənin rəhbəri sədrlik edir. Tələbələr sırasından olan seçkili üzvlər isə fakültənin Tələbə Həmkarlar İttifaqı Təşkilatı nümayəndələrinin ümumi iclasında gizli səsvermə yolu ilə seçilir. Ümumi iclasa fakültənin Tələbə Həmkarlar İttifaqı Təşkilatının rəhbəri sədrlik edir.
Elmi Şuranın seçkili üzvü tərkibdən çıxdığı (öz ərizəsi ilə şüra üzvlüyündən və ya işdən çıxdıqda, vəfat etdikdə) və ya çıxarıldığı (Elmi Şuranın iclaslarına ardıcıl olaraq üzürsüz səbəbdən 3 dəfə gəlmədikdə, reqlamenti və nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə) halda, vakant yeri həmin fakültənin nümayəndəsi mövcud qaydada vaxtından əvvəl seçki keçirilməklə tuta bilər. Elmi Şuranın üzvü reqlamenti və ya nizam-intizam qaydalarını kobud şəkildə pozduqda məsələ nizam-intizam komissiyasında müzakirə edilir və onun tövsiyəsi əsasında qərar qəbul edilir.
ADMİU-nun Elmi Şurası:
- Elmi Şuranın işinin təşkili üzrə reqlamenti müzakirə edərək təsdiq edir;
- Təhsil və elm, sosial-iqtisadi və maliyyə-təsərrüfat fəaliyyətləri üzrə, eləcə də nizam-intizam komissiyaları yaradır. Onların hesabatlarını dinləyir və müvafiq qərar qəbul edir;
- Nizamnaməni qəbul edir, nizamnamədə əlavələr və dəyişikliklər aparmaq üçün təkliflər verir;
- Ali təhsil müəssisənin strateji inkişaf proqramına baxır, təkliflər verir və müvafiq qərar qəbul edir;
- Ali təhsil müəssisəsinin təhsil, mədəni-maarif, nəşriyyat, maliyyə-iqtisad, təsərrüfat, elmi-istehsalat, sosial sahələr üzrə fəaliyyəti ilə bağlı məsələlərə baxır və müvafiq qərarlar qəbul edir;
- Ali təhsil müəssisəsinin beynəlxalq fəaliyyəti və xarici əlaqələri üzrə məsələlərə baxır və müvafiq qərarlar qəbul edir;
- Ali təhsil müəssisəsi kollektivinin daxili nizam-intizam qaydalarını təsdiq edir;
- Ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı əsasnamələri, təlimatları, təhsilalanlar və təhsilverənlərin nizam-intizam və etik davranış qaydalarını və digər normativ xarakterli sənədləri təsdiq edir;
- Ali təhsil müəssisəsinin strukturunun müəyyənləşdirilməsi, ona əlavə və dəyişikliklərin edilməsi, fakültələrin, kafedraların və ali təhsil müəssisəsinin digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili məsələlərinə baxır, təkliflər verir və müvafiq qərar qəbul edir;
- Hər il ali təhsil müəssisəsinin fəaliyyəti barədə rektorun hesabatını dinləyir;
- Elmi-pedaqoji və elmi kadrların hazırlanması, onların ixtisaslarının artırılması və yenidən hazırlanması məsələlərinə baxır, təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə bağlı məsələlər haqqında qərar qəbul edir;
- Elmlər doktorluğu dissertasiya işlərinin mövzularını və onların iş planını müzakirə edərək təsdiq edir;
- Fakültələrdə mütəxəssis hazırlığı, kafedraların elmi-tədqiqat fəaliyyəti və maddi-texniki təchizatı ilə bağlı məsələlərə baxır və müvafiq qərar qəbul edilir;
- Fakültələrin tədris, yaradıcılıq-ifa, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatını dinləyir;
- ADMİU-nun kollektivinin (tələbələrin, müəllimlərin, əməkdaşların, doktorant və dinləyicilərin) daxili intizam qaydalarını təsdiq edir;
- Əsasnamələri, iş planlarını və digər normativ sənədləri təsdiq edir;
- ADMİU-nun strukturunu müəyyənləşdirir, ona dəyişikliklər və əlavələr edir;
- ADMİU-ya tələbə qəbulu planını müəyyənləşdirir;
- Hər il ADMİU-nun büdcəsini müəyyənləşdirir;
- Fakültələrdə (kafedralarda) vəzifə tutmaq üçün müsabiqə keçirməyin, müqavilələrin vahid qaydalarını təsdiq edir;
- Kadr məsələlərinə baxır, ADMİU-nun struktur bölmələrinin (fakültə, kafedra s.) elmi şuralarının təklifi ilə professor tutmağa iddiaçıların müsabiqəsini keçirir, onların vaxtından əvvəl tutduqları vəzifələrdən azad olunmaları barədə məsələlərə baxır.
- Mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, bütün təlim-tərbiyə və elmi-tədqiqat, yaradıcılıq-ifa işləri ilə bağlı məsələləri həll edir;
- Fakültələrin, kafedraların və ADMİU-nun digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həll edir;
- Vaxtaşırı fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatını dinləyir;
- ADMİU əməkdaşlarına “professor”, “dosent” elmi adlarının verilməsi haqqında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırır;
- ADMİU əməkdaşlarını respublikanın fəxri ad və mükafatlarının verilməsinə təqdim edir;
- Ölkədə və dünya miqyasında tanınmış görkəmli alimlərə, dövlət xadimlərinə, ictimai və siyasi xadimlərə “ADMİU-nun fəxri doktoru” və ya “ADMİU-nun fəxri professoru” adlarını verir;
- Elmi işə və pedaqoji fəaliyyətə görə ADMİU-nun mükafatlarını verir;
- Professor-məsləhətçi ştatı ayırır;
- Tədris planlarını təsdiq edir;
- Dərs vəsaitlərinin, Tədris-metodiki vəsaitlərin, monoqrafiyaların və tədris proqramlarının nəşri üçün qərar verir;
- İmtahanların keçirilmə qaydalarını və qiymətləndirmə meyarlarını müəyyən edir;
- Təqaüdlərin təyin edilmə qaydalarını qüvvədə olan normativlərə uyğun müəyyənləşdirir;
- Adlı təqaüdlərin təsis olunması haqda qərar verir;
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyəti tərəfindən “Alimlik dərəcələri və elmi adlar verilməsi qaydaları”, “Dissertasiya Şuraları haqqında” və “Ekspert Şuraları haqqında” Əsasnamələri və bir sıra digər təlimat xarakterli sənədləri əsas tutaraq universitetdə elmi-pedaqoji kadrların attestasiyasını təşkil edir.