Əməkdar rəssam Rəşad Cabarov beynəlxalq sərgidə uğur qazanıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müdiri, Əməkdar rəssam, dosent Rəşad Cabarov Rusiyada keçirilən beynəlxalq sərgidə qaliblərdən biri olub.
Rəssam Rusiyanın Sankt-Peterburq şəhərində baş tutan “Dünyada sərhədsiz incəsənət” adlı beynəlxalq sərgidə portret nominasiyası üzrə 3-cü yerə layiq görülüb.