Tədris Şöbəsinin Müdiri

Səlimov Emil Oleq oğlu 1983-cü il iyun ayının 1-də Siyəzən şəhərində anadan olub. 2000-ci ildə Şiyəzən şəhər 1 nömrəli orta məktəbi bitirib. 2003-cü ildə Bakı Slavyan Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Bolqarşünaslıq ixtisasına daxil olub. 2007-ci ildə bakalavr təhsilini başa vuraraq Bakı Slavyan Universitetinin Regionşünaslıq ixtisası üzrə magistratura səviyyəsinə qəbul olub və 2009-cu ildə həmin ixtisası fərqlənmə ilə bitirib. 2013-cü ildən Beynəlxalq münasibətlər ixtisası üzrə Bakı Slavyan Universitetinin dissertantıdır.

2009/2010-cu illərdə Bakı Slavyan Universitetinin Ölkəşünaslıq Elmi-tədqiqat laboratoriyasında laborant, 2010/2014-cü illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Avropaşünaslıq kafedrasında müəllim vəzifələrində çalışıb. 2014/2015-ci illərdə “Accessbank” QSC-də mütəxəssis, 2016/2017-ci illərdə ADMİU-nun Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsində mütəxəssis, Karyera, planlama və inkişaf mərkəzinin rəhbəri, 2017-ci il oktyabr ayının 4-dən Kulturologiya fakültəsində dekan müavini vəsifələrində çalışıb.

2022-ci il sentyabr ayının 13-dən ADMİU-nun Tədris şöbəsinin müdiridir.