Rektorun Köməkçisi
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Rzayev Əsəd Ramiz oğlu – 29 avqust 1980-cı ildə Bakı şəhərində anadan olub.
1997-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1997-ci ildən 2010-cu ilə qədər Azərbaycan Dövlət Flarmoniyasında, eyni zamanda 1999-2002-ci ilə qədər Musiqili Komediya Teatrında çalışıb.
1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr şöbəsinə, 2002-ci ildə magistratura şöbəsinə daxil olub və 2004-cü ildə oranı bitirib.
2016-ci ildən “Xoreoqrafiya sənəti və səhnə plastikası“ kafedrasının dosentidir.
2010-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Xoreoqrafiya sənəti və səhnə plastikası” kafedrasında müəllim, 2013-cü ildən “Aktyor sənəti” fakültəsində dekan müavini, 2015-ci ildən baş müəllim, 14.09.2015-ci ildən “Teatr sənəti” fakültəsinin dekanı, 2017-ci ildən isə rektorun köməkçisi vəzifəsində çalışır.