Bütün tədris prosesi kafedranın əməkdaşları tərəfindən çağdaş metodoloji prinsiplərə istinadən hazırlanmış proqramlar, dərs vəsaitləri, metodiki tövsiyələr və dərsliklər əsasında icra edilir.
Estrada sənəti kafedrası 2004-cü ildən “Estrada və populyar musiqi” adı altında təsis edilmişdir. Kafedrada respublikamızın tanınmış incəsənət xadimləri çalışmışdır. Bunlardan Xalq artisti, professor Yalçın Rzazadə, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosent Vaqif Gərəyzadə, Xalq artisti, bəstəkar Faiq Sücəddinov, Əməkdar incəsənət xadimi Cavan Zeynallnın adlarını qeyd etmək olar. 2004-cü ildə 2010-cu ilə qədər kafedraya Əməkdar İncəsənət xadimi Vaqif Gərəyzadə, 2010-cu ildən 2016-cı ilə qədər Respublikanın Xalq artisti, professor Yalçın Rzazadə rəhbərlik etmişdir.
2016-cı ildən bu günə qədər kafedraya Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məryəm Babayeva rəhbərlik edir.
Hal-hazırda “Estrada sənəti” adlanan kafedrada tələbələr “Populyar musiqi və caz ifaçılığı” ixtisasına yiyələnirlər.
Kafedranın fəaliyyətinin əsas istiqaməti Populyar musiqi və caz ifaçılığı ixtisası üzrə müstəqil peşə bacarıqlarına yiyələnən yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsinə yönəlmişdir. Müvafiq peşəkarlığa malik populyar musiqi ifaçılarını ərsəyə gətirmək məqsədilə kafedrada bakalavriat pilləsində Populyar musiqi və caz ifaçılığı (ixtisas), Caz ifaçılığının əsasları, Səs rejissoru ilə iş, Vokal ansamblı, Xüsusi pedaqoji hazırlıq, Vokal ifaçılığının əsasları, Caz improvizasiyası, İxtisasın tədrisi metodikası, Vokal (Musiqi müəllimləri üçün), magistratura səviyyəsində isə Ansambl, Caz solfeciosu, Studiyada iş, Populyar musiqi və caz ifaçılığının müasir istiqamətləri fənləri tədris edilir, populyar və caz musiqisinin tarixi-nəzəri və ifaçılıq məsələləri işıqlandırılır. Kafedrada Azərbaycan xalq üslubu, Azərbaycan klassik estrada üslubu və Caz ifaçılıq üslubu öyrənilir.
Nəticədə, tələbələr səs aparatının təkmilləşməsi və repertuarın genişlənməsi üzərində sərbəst işləmək, musiqi əsərini təhlil edərək onun ideya-bədii və texniki-vokal çətinliklərini aradan qaldırmaq sahəsində peşəkar vərdişlər əldə edirlər.
Kafedrada qabaqcıl metodiki prinsiplər əsasında qurulan tədris prosesinin səmərəliliyi tələbələrin Beynəlxalq müsabiqələrdə qazandıqları uğurlarda təzahür edir.
Estrada sənəti kafedrasının təşkil etdiyi mötəbər tədbirlər.
- 11.2017-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində keçirilən Azərbaycan bəstəkarları Tofiq Quliyev və Emin Sabitoğlunun yaradıcılqlarına həsr olunmuş konsert.
- 03.2018-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində keçirilən “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində keçirilən “Könül nəğmələri” adlı konsert.
- 04.2018-ci il tarixində keçirilən bəstəkar Elza İbrahimovanın yaradıcılığına həsr edilmiş “Sən yadıma düşəndə” adlı konsert.
- 12.2019-cu il tarixində Beynəlxalq Muğam Mərkəzində keçirilən 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramına həsr edilmiş Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət olan “İl ötdü ay keçdi” adlı konsert.
- 10.2021-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində keçirilən “Rəşid Behbudov repertuarının inciləri” adlı konsert.
- 03.2022-ci il tarixində Estrada sənəti kafedrasının Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Deməyin heç kimə” adlı konsert keçirilmişdir.
- Sabitoğlunun 85 illiyinə həsr olunmuş “Gəl qoşulaq durnalara…” adlı konsert.
- 12.2022-ci il tarixində Slavyan Universitetində keçirilən Şöhrət Ordenli bəstəkar-Emin Sabitoğlunun 85 illiyinə həsr olunmuş konsert.
- 12.2022-ci il tarixində Yasamal rayonu, Yeni Azərbaycan Partiyasında keçirilən Şöhrət Ordenli bəstəkar-Emin Sabitoğlunun 85 illiyinə həsr olunmuş konsert.
- 05.2023-cü il tarixində Beynəlxalq Muğam Mərkəzində keçirilən – “Caz musiqi axşamı” adlı konsert.
- 11.2023-cü il tarixində Beynəlxalq Muğam Mərkəzində keçirilən ADMİU-nun 100 illiyinə həsr olunmuş “Best of the best”adlı konsert.
- 05.2024-cü il tarixində Beynəlxalq Muğam Mərkəzində keçirilən Xalq artisti, bəstəkar Ramiz Mirişlinin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan dünyam mənim” adlı konsert.
Professor-müəllim heyətinin tərkibi:
- Məryəm Babayeva- Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor.
- İnarə Babayeva – Əməkdar artist, ADMİU-nun dosenti
- İntiqam Kərimov – baş müəllim
- Səidə Şərifəliyeva – Əməkdar artist, baş müəllim
- Nüşabə Hümmətova – sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist, ADMİU-nun dosenti
- Afaq Ağayeva – baş müəllim
- Rəcəb Zeynalov – müəllim
- Səid Qəni – saathesabı müəllim
- Ülkər Aşurbəyova – d/əvəzçi müəllim
- Fəridə Hüseynova – Əməkdar artist, konsertmeyster
- Zəhra Parlanova – konsertmeyster
- Rəcəb Zeynalov – konsertmeyster
- Nicat Aslanov – konsertmeyster
- Qumru İmamverdiyeva – laborant, konsertmeyster
Tədris Olunan Fənlər:
Bakalavriat üzrə:
- Populyar musiqi və caz ifaçılığı
- Caz ifaçılığının əsasları
- İxtisasın tədrisi metodikası
- Caz improvizasiyası
- Müzikl tarixi
- Vokal ansamblı
- Vokal ifaçılığının əsasları
- Populyar musiqi və caz musiqisinin tarixi və nəzəriyyəsi
- Xüsusi pedaqoji hazırlıq
Magistratura üzrə:
- Populyar musiqi və caz ifaçılığı
- Populyar musiqi və caz ifaçılığının müasir istiqamətləri
- Ansambl
- Studiyada iş