Film Heç Bitməsin” Birinci Beynəlxalq Kino Festivalı çərçivəsində “Həyat deyəsən gözəldir” filmi nümayiş olunacaq
İstanbul Nişantaşı Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən təşkil edilən “Film Heç Bitməsin” Birinci Beynəlxalq Kino Festivalı 6-15 dekabr tarixlərində İstanbulda baş tutacaq. Kino festivalı kino dünyasına əhəmiyyətli bir töhfə verəcək. Festival 18 oktyabr 2024-cü il tarixində ilk film nümayişləri və ustad dərsləri ilə açılacaq.
Festival çərçivəsində Vaqif Mustafayevin ssenari müəllifi və rejissoru olduğu “Həyat deyəsən gözəldir” filmi nümayiş olunacaq. Festivalın xüsusi qonaqları Azərbaycan kino və televiziya sənətində mühüm rolu olan Xalq artisti, rejissor Vaqif Mustafayev və Azərbaycanfilm Kinostudiyasının direktoru, prodüser Azər Quliyevdir. Hər iki sənətkar Azərbaycan kino sənətinin inkişafına əhəmiyyətli töhfələr vermiş və beynəlxalq miqyaslı layihələrdə iştirak etmişlər.
Bu əhəmiyyətli görüş, Türkiyə və Azərbaycan arasındakı mədəni əlaqələrin inkişafına töhfə verəcək. Kino həvəskarları Vaqif Mustafayev və Azər Quliyevlə bir araya gələrək onların təcrübələrini öyrənmək imkanı əldə edəcəklər.
Vaqif Mustafayev, sosial problemlərə satirik bir tərzdə yanaşan Azərbaycan kino sənətinin tanınmış simalarından biridir. Beynəlxalq uğurlara imza atmış Vaqif Mustafayev, festivalda kino karyerası və sənət təcrübəsini gənc kino sənətçiləri ilə paylaşacaq.
Azər Quliyev beynəlxalq mükafatlara sahib bir çox layihənin prodüseridir və Azərbaycan kino sənayesinin tanınmış simalarındandır. Azər Quliyev Türkiyə və Azərbaycan arasında kino sahəsindəki əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, gələcək layihələr barədə təcrübələrini və təkliflərini paylaşacaq. “Film Heç Bitməsin” Birinci Beynəlxalq Kino festivalı iki qardaş ölkə arasında sənət körpüsü qurmaqla yanaşı, kino həvəskarlarına və bu sahədə fəaliyyət göstərən mütəxəssislərə fərqli bir təcrübə nümayiş etdirmək məqsədi daşıyır. Vaqif Mustafayev və Azər Quliyevin iştirakı festivalın proqramına rəngarənglik gətirməklə yanaşı, Türkiyədə və Azərbaycan kinosevərləri üçün unduulmaz bir xatirə olacaq.