Rəssamlıq Fakültəsinin Dekanı

Sənətşünaslıq üzrə fəlsəfə doktoru , dosent

Mədətova Gülnaz Oruc qızı, 17 iyul 1987-ci ildə Füzuli şəhərində anadan olmuşdur. 2004-2010 cu illərdə Azərbaycan Rəssamlıq Akademiyasının bakalavriat və magistratura pillələrini rəssam-memar ixtisası üzrə fərqlənmə diplomları ilə bitirmişdir.
2010–2015-ci illərdə Azərbaycan Rəssamlıq Akademiyasının Memarlıq kafedrasında müəllim vəzifəsində çalışmışdır.
2015-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasında müəllim, 2023-cü ildən isə dosent vəzifəsində çalışır.
2019-cu ildə Azərbaycan Rəssamlıq Akademiyasında dissertanturaya qəbul olmuşdur.
2023-cü ildə “Əməkdar rəssam Fərman Qulamov yaradıcılığında mövzu rəngarəngliyi və bədii təsvir vasitələri” mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.Elmi-pedaqoji fəaliyyəti çərçivəsində həmmüəllifi olduğu iki dərslik, respublika və xarici ölkələrin elmi jurnallarında 15 məqaləsi nəşr edilmişdir. Bir neçə fənn proqramının müəllifidir. Pedaqoji və elmi fəaliyyəti ilə yanaşı, yaradıcılıqla da məşğul olur, sərgi və layihələrdə iştirak edir.