Gürcüstan İncəsənət Akademiyasının qrim üzrə mütəxəssisi Anuka Murvanidze ustad dərsi verib

Gürcüstan İncəsənət Akademiyasının qrim üzrə mütəxəssisi, bir çox tanınmış beynəlxalq layihələrin qrim ustası olan Anuka Murvanidze ustad dərsi verib. Anuka Murvanidze tələbələrə qrim sənətinin tarixi, kino, teatr, səhnə, şou və televiziya üçün qrim və vizaj, kosmetik vasitələr və onlardan düzgün istifadə haqqında geniş məlumat verib. Məşğələlərdə Universitetin Rəssamlıq fakultəsinin IV kurs tələbələri və eləcə də Rus Dram teatrının, Gənc Tamaşaçılar və Musiqili Komediya teatrının qrim mütəxəssisləri də iştirak ediblər.