Hörmətli Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyi və əziz kollektiv!
Sizi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 25 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Bu əlamətdar tarix təkcə bir ali təhsil ocağının yubileyi deyil, eyni zamanda Azərbaycan təsviri sənətinin müasir inkişaf yolunun, yaradıcılıq axtarışlarının və formalaşmış sənət məktəbinin mühüm mərhələsidir. Akademiya ötən illər ərzində milli rəssamlıq ənənələrinin qorunması, zənginləşdirilməsi və dünya incəsənət məkanına inteqrasiyası istiqamətində mühüm uğurlara imza atmışdır.
Peşəkar pedaqoji heyətin fədakar əməyi, yaradıcı mühitin davamlı inkişafı və gənc istedadlara göstərilən diqqət nəticəsində Azərbaycan Rəssamlıq Akademiyası ölkəmizin mədəni həyatında özünəməxsus, nüfuzlu mövqeyə sahib olmuşdur. Burada yetişən sənətkarlar estetik zövq formalaşdırmaqla yanaşı, milli-mənəvi dəyərlərimizi yaşadır və gələcək nəsillərə ötürürlər.
Bu yubiley qarşıdakı illər üçün yeni yaradıcılıq üfüqlərinin, daha böyük layihələrin və beynəlxalq uğurların müjdəsidir. Əminəm ki, Akademiya bundan sonra da Azərbaycan incəsənətinin inkişafında aparıcı rol oynayacaq, mədəniyyətimizin zənginliyini dünyaya layiqincə təqdim edəcəkdir.
Bu xoş yubiley münasibətilə bir daha Rəssamlıq Akademiyasının bütün kollektivi təbrik edir, yaradıcılıq ilhamı, davamlı uğurlar və gənc nəslin sənət yolunda yeni nailiyyətlər arzulayırıq.
Dərin hörmətlə,
Ceyran Mahmudova
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru,
Professor

