Müxtəlif səbələrdən çətin maliyyə vəziyyətinə düşmüş ittifaq üzvlərinə komitə tərəfindən maddi yardımlar göstərilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına daxil olan və çoxsaylı təhsil işçilərinin maraqlarına xidmət edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin tərkibində fəaliyyət göstərən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Həmkarlar İttifaqı Komitəsi universitetdə çalışan əməkdaşların əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədilə yaradılmış ictimai təşkilatdır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Həmkarlar İttifaqı Komitəsi 5 fakültə və digər stuktur bölmələr daxil olmaqla, 550– yə yaxın ittifaq üzvünü öz sıralarında birləşdirir.
Həmkarlar İttifaqı Komitəsi öz fəaliyyətini “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu ( 24 fevral 1994-cü il, №792 ), Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nizamnaməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və universitetin rəhbərliyi ilə bağlanmış Kollektiv müqavilə əsasında təşkil edir.
Həmkarlar İttifaqı Komitəsinə Nəsir Sadıqzadə, Nailə Kərimova, Aydın Şıxəliyev (20 ilə yaxın) rəhbərlik ediblər. 2010–cu ildən komitənin sədri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səyavuş Elman oğlu Məhişovdur.
Həmkarlar İttifaqı Komitəsinin 17 nəfərdən ibarət Məclis üzvü, 7 nəfərdən ibarət Rəyasət heyəti və adları aşağıda qeyd olunan komissiyaları fəaliyyət göstərir:
- Təşkilati işlər komissiyası;
- Mədəni–kütləvi və idman komissiyası;
- Əmək və sosial-müdafiə komissiyası;
- Əməyin mühafizəsi komissiyası;
- Fərdi əmək mübahisələri komissiyası;
- Təftiş komissiyası;
Universitet əməkdaşlarının sağlamlığının mühafizəsi, onların respublika daxili sanatoriya–kurort və istirahət evlərinə yollayışlarla təmin edilməsi Komitə qarşısında duran əsas vəzifələrdəndir. Bu məqsədlə son beş il ərzində 200-ə yaxın yollayış alınaraq ittifaq üzvlərinə verilmişdir.
İttifaq üzvləri arasında yubileylərin qeyd olunmasına Həmkarlar İttifaqı Komitəsi xüsusi diqqət yetirir. Belə ki, hər ilin əvvəlində yubileyi olan əməkdaşların siyahısı hazırlanır və onlar HİK–nin qərarı ilə mükafatlandırılırlar.
Hər il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə ittifaq üzvlərinin övladları və nəvələri üçün Həmkarlar İttifaqı Komitəsinin büdcəsi hesabına Yeni il şənliklərinə biletlər alınır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsinin müraciəti əsasında son beş ildə 35 nəfərdən çox əməkdaş Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin Fəxri Fərmanı və pul mükafatı ilə təltif edilib.
Rəhbər
Səyavuş Məhişov
Sənətşünaslıq üzrə fəlsəfə doktoru