“İncəsənətdə postmodernizm dövrü və sonrası” mövzusunda Respublika tələbə elmi konfransı keçirilib

Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “İncəsənətdə postmodernizm dövrü və sonrası” mövzusunda Respublika tələbə elmi konfransı keçirilib.
Konfranda universitet rəhbərliyi və tələbələr iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva rektor Ceyran Mahmudovanın salamlarını çatıdırb və konfransın işində uğurlar arzu etdiyini deyib. Prorektor qeyd edib ki, konfrans dövrümüz incəsənəti üçün mühüm mövzunu ələ alıb və ilk dəfədir ki, konfransa Sumqayıt Dövlət Universitetinin tələbələri də qoşulublar. Çıxışının sonunda S.Əliyeva konfransda iştirak edən hər kəsə uğurlar arzu edib.
Giriş nitqindən sonra məruzələrin dinlənilməsinə başlanılıb.
ADMİU-nun tələbələri Aytən Abdullayeva Ramilə Abdullazadə İlkin Tağıyev Nuray Abdullayeva, Əhmət Mehtiyev, Sumqayıt Dövlət Universitetinin tələbələri Aslan Əskərov, Aydın Qasımov, Aygül İsmayılova, Nahid Əmənli, Bikəxanım Cavadova, Xədicə Məhərrəmova, Tuqay Ağarzayev, Vəfa Qasımlı və Zəhra Əsgərli bir-birindən maraqlı və aktual mövzulu məruzələrlə çıxış ediblər.
Sonda məruzələr ekspertlər tərəfindən dəyərləndirib.