İnzibati-tәsәrrüfat işlәri üzrә prorektorluğun tabeliyində olan strukturlardan biri də İnformasiya-kommunikasiya texnologiyaları və texniki xidmət şöbəsidir.

Otuz ilə yaxındır universitetdә kompüterlәşdirilmә vә informasiyalaşdırılma istiqamətində sәmәrәli fәaliyyәt həyata keçirilir. Burada ardıcıl olaraq seminarlar keçirilir, universitetin kompüter şәbәkәsinin texniki cәhәtdәn saz vә işlәk vәziyyәtdә olması tәmin edilir. Universitetin kompüterlәşmә şәbәkәsi mütәmadi qaydada genişlәndirilir, avadanlıqlar yenilәşdirilir. 100 yaşı tamam olan universitetin bütün fakültәlәri, kafedraları, inzibati şöbәlәri, kitabxanası kompüterlәşdirilib. Şöbә vә dekanlıqlarda hәr qurumun spesifik xüsusiyyәtlәrinә uyğun xüsusi proqramlar hazırlanıb. Tәhsil ocağının bütün fakültә dekanlıqlarını, kafedraları, digәr vacib struktur vә şöbәlәri birlәşdirәn lokal şәbәkә qurulub. Universitetdә olan kompüter kompleksi әyani dәrs vәsaiti kimi dә istifadә edilir vә bu sayәdә tәlәbәlәr lazımi texniki vәrdişlәrә daha tez yiyәlәnirlәr. Rәssamlıq fakültәsindә tәdris edilәn kompüter qrafikası vә incәsәnәtin tarixinә vә nәzәriyyәsinә aid qrafika vә dizayn, teatr-dekor ixtisasları üzrә dәrslәr mәhz kompüter vasitәsi ilә tәdris olunur. Sәnәtşünaslıq fakültәsinin kitabşünaslıq ixtisasına kompüter vә dizayn fәnni keçilir. Fәnnin tәdrisi üç il davam edir. Tәlәbәlәrә respublikanın yüksәk texnologiyalı nәşriyyatlarında işlәnәn dünya sәviyyәli proqramlar öyrәdilir. İnformatika fәnninin sәmәrәli tәdrisi üçün universitetin fakültәlәrindә kompüter mәrkәzlәri var.

Magistraturaya sәnәd qәbulu 2007-ci ildәn, abituriyentlәrin  sәnәd qәbulu isә 2008-ci ildәn universitetin internet şәbәkәsi vasitәsilә hәyata keçirilir. Universitetin www.admiu.edu.az saytı var. Azәrbaycan, ingilis vә rus dillәrindә olan saytda tәhsil ocağı haqqında geniş vә zәngin mәlumat yerlәşdirilib. Elәcә dә universitetdә keçirilәn tәdbirlәr, konfranslar, müәllim vә tәlәbәlәrin uğurları  vә sair kimi xәbәrlәr operativ şәkildә yerlәşdirilәrәk ali tәhsil ocağının dinamik fәaliyyәti müntәzәm әks etdirilir.

Şöbənin rəhbəri

Zahid Məmmədli