“İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” akademik və innovativ kursunun təkmilləşdirilməsi istiqamətində işlər davam edir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) “Beynəlxalq Əlilliyi olan Şəxslər Günü” ərəfəsində də bu istiqamətdə işləri davam etdirir. Kursun əsas məqsədi əlilliyi olan uşaqlara incəsənətin müxtəlif sahələrini (təsviri sənət, musiqi və s.) tədris edəcək mütəxəssislərin hazırlanmasıdır.
Universitetin Rəssamlıq fakültəsinin tələbələri fənnin tədrisi çərçivəsində inklüzivlik, sosial yanaşma, səmərəli ünsiyyət bacarıqları mövzularını, eləcə də əlilliyi olan şəxslərə təsviri sənətin öyrədilməsi, art terapiya, vitraj, oriqami və s. texnikaları mənimsədikdən sonra praktik bazanı gücləndirmək üçün universitetimizin əməkdaşlıq etdiyi müəssisələrə səfər edirlər. İlk həftə tələbələr mərkəzlərin fəaliyyəti ilə tanış olaraq, uşaqlarla ünsiyyət yaradıblar.

Universitetə dəstək olan mərkəzlərə minnətdarlığımızı bildiririk:

  • “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində Autizm mərkəzi
  • ABA Klinik Psixologiya Mərkəzi
  • Qayğı – Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi