ADMİU-nun Elmi Şurasının 27 sentyabr 2003-cü il tarixli iclasının qərarı ilə yaradılan quruma 2014-cü ildə “İnstrumental ifaçılıq” kafedrası adı verilmişdir.
İnstrumental ifaçılığın tədrisi sahəsində özünəməxsus ənənələrə malik olan kafedra müxtəlif illərdə “Musiqi fənləri və dirijorluq”, “İnstrumental ifaçılıq və dirijorluq” adları altında fəaliyyət göstərmişdir. Kafedraya müxtəlif dönəmlərdə sənətşünaslıq doktoru, professor İradə Köçərli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aytəkin Həsənova, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sonaxanım İbrahimova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmalə Nəsirova rəhbərlik etmişlər. 2024-cü ildən həmin vəzifəni Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Adilə Yusifova icra edir.
Bütün fəaliyyətini müasir musiqi pedaqogikasının nəzəri-metodoloji bazası əsasında quran kafedrada fortepiano ilə yanaşı violin, viola, gitara, klarnet, saksofon, fleyta və zərb alətləri üzrə yüksək ixtisaslaşmış kadrlar yetişdirilir. Gənc ifaçıların professional baxımdan inkişafında
müsabiqələrin rolunu nəzərə alan kafedra bütün fəaliyyəti boyu müvafiq tədbirlərin təşkilinə böyük önəm vermişdir. Belə ki, Ümummilli lider H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi” (2013), Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə keçirilən Musiqi sənəti fakültəsinin bakalavr və magistr pillələrində təhsil alan tələbələrin I elmi-ifaçılıq konfrası (2017), “Sürət və cürət” I Etüd müsabiqəsi (2018), “Musiqi müəllimi” ixtisası üzrə təhsil alan tələbələrin “Gələcəyin müəllimi” müsabiqələri (2019, 2023) və s. tədbirlər tələbələrin ifaçılıq qabiliyyətinin inkişafına və yaradıcılıq imkanlarının genişlənməsinə xidmət etmişdir. Təqdirəlayıqdir ki, ifaçılıq ixtisası üzrə təhsil alan tələbələr həmçinin xarici ölkələrdə keçirilən müsabiqələrdə iştirak etmişlər. İfaçı tələbələrin Macarıstanın Boloton və Vesperm şəhərlərində “Renessans” başlığı altında keçirilən XV Beynəlxalq müsabiqədə (2015), Golden Autumun İnternational Festivalında (2015), Polşada keçirilən XII “Foundation Benefis” müsabiqəsində (2016), İstanbulda baş tutmuş XIII İnternational Pera Piano Festivalında (2018), Moskvada düzənlənən Beynəlxalq müsabiqədə (2020), “Sing at home” – İtaliya Online Beynəlxalq festivalında (2020), “British Lion” II Beynəlxalq instrumental musiqi müsabiqəsində (2022), Klassik gitara üzrə II Online Beynəlxalq müsabiqəsində (2022) və d. bu kimi tədbirlərdə çıxışları uğurla nəticələnmişdir.
İnstrumental ifaçılıq kafedrası tədris prosesi ilə yanaşı rəngarəng məzmunlu konsertlərin təşkil olunmasına da böyük diqqət ayırır. Vasif Adıgözəlovun 80 illik yubileyi münasibətilə keçirilən tədbir (2015), “Fransız musiqisi” konserti (2016), Beynəlxalq Muğam Mərkəzində UNESCO-nun xətti ilə təşkil olunan Beynəlxalq caz gününə həsr edilmiş konsert (2016), Azərbaycan Dövlət Filarmoniyasında Teymur Göyçayevin rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətilə İnstrumental ifaçılıq kafedrasın müəllim və tələbələrinin konserti (2017), Beynəlxalq Muğam mərkəzində Q.Qarayevin 100 illiyi ilə əlaqədar konsert (2018), Azərbaycanda Macarıstan günləri çərçivəsində İnstrumental ifaçılıq kafedrasının tələbələrinin “Paralel dünyalar” konserti (2022), “Şuşa” ilinə həsr olunmuş “Mənim Şuşam” adlı konsert (2022), Tələbə Kamera Orkestrinin “QaynaQ” adlı konserti (2022), “Sehrli simlər” ansamblının konserti (2023), Raul Hüseynovun “Ustaddan tələbəyə” adlı portret-konserti (2024) və s. tədbirlər kafedranın yaradıcılıq potensialının parlaq təzahürüdür.
Kafedra əməkdaşlarının zəngin təcrübəsi musiqi pedaqogikasının müasir prinsiplərinə əsaslanan tədris vəsaitlərində öz əksini tapmışdır. Professor Aytəkin Həsənovanın müxtəlif ixtisaslar üçün nəzərdə tutulan “Ümumi fortepiano” fənni üzrə müntəxəbatı, dosent Cəvahir Mustafayevanın “Azərbaycan bəstəkarlarının fortepiano əsərlərində proqramlılıq” adlı dərs vəsaiti böyük maraq kəsb edir.
Professor-müəllim heyətinin tərkibi:
- Adilə Yusifova- Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, kafedra müdiri
- Rəşad Kazımov- Əməkdar müəllim, ADMİU-nun dosenti
- Humay Mansurova- Əməkdar müəllim, ADMİU-nun dosenti
- Təranə Yusifova- Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- İlahə Sadıqzadə- Əməkdar artist, müəllim
- Cəmalə Nəsirova- sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- Səbinə Mehdiyeva – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- Cavahir Mustafayeva- sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- Vüsalə Əsgərova- sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim
- Aynur Xəlilova- sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- Nərmin Kamilova- pedaqogika üzrə fəlsəfə doktoru, dosent
- Zəhra Qarayeva-dosent
- Sevinc Dadaşova-baş müəllim
- Leyla Əliyeva- baş müəllim
- Leyla Aslanova-baş müəllim
- Arzu Məmmədova-baş müəllim
- Sevda İsgəndərova – baş müəllim
- Aydan Vəzirova-baş müəllim
- Sürəyya İsrafilova- baş müəllim
- Fariz Məmmədzadə-müəllim
- Üzeyir Mahmudbəyli- müəllim
- Aytən Rüstəmova- müəllim
- Elxan Həziyev- müəllim
- Mirxalid Məmmədzadə- müəllim
- Səbinə Muradova- müəllim
- Səidə Hacıyeva- müəllim
- Günel Quliyeva- müəllim
- Yeganə Manafova- müəllim
- Ramiz Sevdiməliyev- müəllim
- Zaur Məmmədov –müəllim
- Nigar Hüseynova-konsertmeyster
- Ləman Əliyeva – laborant
- Nərmin Abbaslı- laborant
Tədris Olunan Fənlər:
Bakalavriat üzrə:
- Əsas musiqi aləti
- Əsas musiqi aləti və onun tədrisi metodikası
- Fortepiano dueti
- Xor
- Xor aranjimanı
- Xor sinfi
- Xüsusi pedaqoji hazırlıq
- İxtisas – digər alətlər
- İxtisas – fortepiano
- İxtisas (sahələr üzrə)
- İxtisasın tədris metodikası
- Kamera ansamblı
- Konsertmeyster sinfi və ansambl
- Konsertmeyster ustalığı
- Kvartet
- Musiqi əsərlərinin üzdən oxunması
- Orkestr
- Orkestr (ansambl)
- Transport işi
- Uşaq xoru ilə işin metodikası
- Ümumi fortepiano
Magistratura üzrə:
- Fortepiano ifaçılığı
- İxtisas – nəfəs və zərb alətləri
- İxtisas – simli alətlər üzrə
- İxtisas (alətlər üzrə)
- İxtisas fortepiano
- İxtisas sahəsinin tədrisi metodikası
- Elmi-pedaqoji təcrübə
- Yaradıcılıq təcrübəsi
- Pedaqoji təcrübə
- Magistr yaradıcılıq işinin müdafiəsi (təqdimatı)
- Kamera ansamblı
- Konsertmeyster ustalığı
- Orkestr sinfi
- Orkestrləşdirmə
- İnstrumental ifaçılığın müasir istiqamətləri (musiqi alətləri)
Kafedra Rəhbəri
Adilə Yusifova
Əməkdar müəllim, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor