ADMİU doktoranturaya qəbul elan edir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2025/2026-cı tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Müraciət edəcək şəxslər Elm və Təhsil Nazirliyinin www.portal.edu.az saytına daxil olmalı, orada […]
ADMİU-da Karyera günü keçiriləcək
Sinteks Şirkətlər Qrupu və Azərbaycan Dövlət Mədəniyyət Universiteti Rəssamlıq və Audiovizual sənətlər fakültələrinin tələbələri üçün Karyera Günü elan edir.Tədbir 08 may 2025-ci il 11:00 tarixində Elmi Şura otağında baş tutacaqdır.Karyera günü digər fakültələrin tələbələri üçün də açıqdır.
DİQQƏT! Kamera, Motor, Həyat!
Audiovizual Sənətlər Fakültəsində Açıq Qapı Günü!Film, televiziya, səs dizaynı, montaj, rejissorluq, rəqəmsal sənət və yaradıcılıq dünyasına ilk addımı bizimlə at!Canlı çəkilişlər, studiya turları, tələbə işlərinin nümayişi və bu sahədə öz sözünü demiş peşəkar müəllimlərlə birbaşa tanışlıq səni gözləyir!Yaradıcılığını ekrana gətirmək istəyirsənsə, bu fürsəti qaçırma!
DİQQƏT! Mədəniyyətin Ritmini Duy!
Kulturologiya Fakültəsində Açıq Qapı Günü!Mədəniyyətlər arasında körpü qurmaq, incəsənətin dərin qatlarını anlamaq, sivilizasiyaların izini sürmək istəyirsənsə, bu gün sənin üçündür!Seminarlar, interaktiv təqdimatlar, tələbə layihələri və kulturologiya sahəsi üzrə aparıcı mütəxəssislərlə tanışlıq imkanı səni gözləyir!Düşün, dərk et, paylaş – sənət dünyasına addım at!
DİQQƏT! Səslə Danışan Ruh!
Musiqi Sənəti Fakültəsində Açıq Qapı Günü!Klassikdən caz-a, xalq musiqisindən müasir kompozisiyaya qədər – sənətdə səsin sehri ilə tanış olmağa hazırsanmı?Canlı çıxışlar, ustad dərsləri, tələbə performansları və Azərbaycan musiqisinə öz adını həkk etmiş tanınmış sənətkarlar- müəllim heyəti ilə açıq dialoqlar şansını əldən vermə!Biz ruhunu musiqi ilə ifadə etmək arzunu reallaşdırmaq üçün buradayıq. Bu səsi eşit və […]
DİQQƏT! Açıq Qapı Günü — Fırçanın Arxasında Sən Ol!
Rənglərin danışdığı, xəyalların şəkilə çevrildiyi yerə xoş gəlmisən!ADMİU-nun Rəssamlıq fakültəsi səni yaradıcılıq dolu açıq qapı gününə dəvət edir!Burada səni:Tələbə işlərindən ibarət sərgiEmalatxanalarda açıq dərslərProfessor və müəllimlərlə tanışlıqQəbul prosesi barədə ətraflı məlumat gözləyir!Fırçanı götür və öz imzanı at!
DİQQƏT! Açıq Qapı Günü — Teatr Sənətinə Bir Addım!
Səhnənin arxasından səhnənin mərkəzinə!ADMİU-nun Teatr Sənəti fakültəsisəni teatr aləminin sehrinə dəvət edir!Səni buradaAktyorluq dərslərinə canlı baxışTələbə tamaşalarından fraqmentlərTələbə və müəllimlərlə söhbətlərFakültəyə qəbul şərtləri ilə tanışlıq gözləyir!Səhnə səni çağırır — səsinə səs ver!
“Bir Səhnə Min Hekayə” tədbiri üçün qeydiyyat formu
Əziz ADMİU məzunları,Sizləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Məzunlar Assosiasiyasının təşəbbüsü ilə keçirilən “Bir səhnə, min hekayə” adlı tədbir çərçivəsində xalq artisti Gülyanaq Məmmədova ilə görüşə dəvət edirik. Səhnə arxasındakı unudulmaz xatirələr, sənət yolu, ilham və zəhmətlə yoğrulan bir ömür – bu görüşdə sizləri həm duyğulu, həm də düşündürücü anlar gözləyir. Tarix: 25 aprel […]
Müəllim və tələbə təklifləri sorğusunun nəticələri
Bu sorğu, ADMİU universitetində tələbə və müəllimlərin akademik və sosial mühitə dair düşüncələrini öyrənmək, onların qarşılaşdığı çətinlikləri və inkişaf üçün irəli sürdükləri təklifləri təhlil etmək məqsədilə aparılmışdır. Eyni zamanda, bu nəticələr universitetin gələcək inkişaf strategiyalarına işıq tutmaq üçün vacib məlumatlar təqdim edir. Müəllimlərin Cavabları 1. Akademik fəaliyyətdə sizi motivasiya edən və məmnun edən məqamlar Müəllimlər […]
“Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulu başlayır
2 aprel 2025-ci il tarixindən etibarən Mədəniyyət Nazirliyinin “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbuluna başlanılır.Proqram bakalavriat və magistratura səviyyələrini əhatə edir.Əsas ixtisaslaşma istiqamətləri kimi aşağıdakı sahələr müəyyən edilmişdir: Təqaüd Proqramına müraciət etmək üçün qaydalar və şərtlər barədə daha ətraflı məlumatı https://www.mystart.az/ saytından əldə edə bilərsiniz!
ADMİU Tələbə Gənclər Təşkilatında Vakansiyalar Açıqdır!
Əziz ADMİU tələbələri! Tələbə Gənclər Təşkilatı sizə aktiv fəaliyyət göstərmək, təcrübə qazanmaq və universitet həyatında daha fəal iştirak etmək imkanı yaradır. Əgər siz də ADMİU TGT-nin bir parçası olmaq və təşkilati işlərdə rol almaq istəyirsinizsə, vakansiyalara müraciət edə bilərsiniz. Müraciət üçün: səhifəmiz etiketlənəcəkSon müraciət tarixi: 27.03.2025 Fəal, təşəbbüskar və yaradıcı tələbələri komandamıza qoşulmağa dəvət edirik! […]
“PİLLƏ 3” TƏLƏBƏ TAMAŞALARI FESTİVALI
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 3” Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibəti ilə “PİLLƏ 3” Tələbə Tamaşaları Festivalı bu mühüm hadisəyə ithaf olunur. 2025-ci il 26-30 may tarixlərində baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət bayramı yaşatmaq, […]