Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova və onun müşaviri professor Validə Məmmədova Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin dəvəti ilə dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş daha bir tədbirdə iştirak ediblər. Belə ki, oktyabrın 30-da Vyanada “Akzent” Teatrında Ü.Hacıbəylinin […]
ADMİU-nun rektoru Vyetnamın Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun (İPAD) direktoru ilə görüşüb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMIU) rektoru professor Ceyran Mahmudova Vyetnamın Elm və Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun (İPAD) direktoru xanım Le Nguyen Thien Nga ilə görüş keçirib.Azərbaycanda səfərdə olan xanım Nga universitetin fəaliyyəti ilə maraqlanaraq ADMIU-ya səfər etmək arzusunu ifadə edib. Səmərəli və məhsuldar şəkildə keçən görüşdə […]
Zəfərin 5 illiyi qeyd ediləcək
14 noyabr 2025-ci il saat 14:00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Böyük səhnəsində Zəfərimizin 5 illiyinə həsr olunmuş “Tarixə çevrilən həqiqət- unutmadıq, unutmarıq …” adlı tədbir və “Allaha Salam” filminin nümayişi keçiriləcək.Maraqlananlar iştirak edə bilər.
ADMİU-da doktorantura ixtisas imtahanlarının vaxtı
2025-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutacaq doktorantura ixtisas imtahanlarının vaxtı açıqlanıb. 23 oktyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində fəlsəfə doktoru proqramı üzrə ixtisas fənni imtahanı keçiriləcək. İmtahan ADMİU-nun Elmi Şura zalında (Əsas korpus, II mərtəbə) baş tutacaq və saat 11:00-da başlayacaq. Fəlsəfə doktoru proqramı üzrə ixtisas […]





