ADMİU tələbələrinin Antalyada böyük uğuru

Türkiyənin Antalya şəhərində keçirilmiş “Akdeniz Sounds 2025” II Beynəlxalq Gənclər Festivalı və Müsabiqəsi Azərbaycan nümayəndə heyəti üçün əlamətdar uğurla yadda qalıb.Müsabiqə Akdeniz Universiteti və Qazaxıstan Milli Sənət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin əsas məqsədi musiqi sahəsində gənc istedadların üzə çıxarılması, ölkələr arasında mədəni əməkdaşlığın genişləndirilməsi və beynəlxalq yaradıcılıq mühitinin inkişafına töhfə vermək olub.Festival […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilin İnkişafı Fondu “TəhsilPlus” layihəsi ilə bağlı müzakirə keçirilib

30 iyun 2025-ci il tarixində Təhsilin İnkişafı Fondunun (TİF) nümayəndələri tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professor-müəllim və inzibati heyəti ilə müzakirə formatlı görüş keçirilib. “TəhsilPlus” layihəsi barədə məlumat verilib və layihə ilə bağlı universitet heyətinin təklifləri müzakirə olunub.Təhsil işçiləri üçün “TəhsilPlus” kartı proqramını pedaqoji heyəti, idarəedici heyəti, ümumiyyətlə, təhsil sahəsində çalışan bütün […]

“Kreativ Gənclər Düşərgəsi II” uğurla reallaşıb

16-18 may tarixində “İdman Paytaxtı” Quba şəhərində “Kreativ gənclər II” düşərgəsi keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə baş tutan düşərgədə 120 nəfər tələbə iştirak edib. Düşərgədə ADMİU-nun tələbələri ilə yanaşı, Bakı Musiqi Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının, ADMİU nəzdində Humanitar Kollecin tələbələri də təmsil olunublar. Düşərgənin […]

ADMİU əməkdaşlarının Yevlax və Mingəçevirdə komanda quruculuğu səfəri baş tutub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bir qrup əməkdaşı 9 may tarixində Yevlax və Mingəçevir şəhərlərinə komanda quruculuğu və əyləncə məqsədli səfər ediblər. Səfər, fevral ayından etibarən davam edən və əməkdaşlar arasında ünsiyyəti, qarşılıqlı münasibətləri möhkəmləndirməyə yönəlmiş komanda quruculuğu fəaliyyətlərinin növbəti mərhələsi olub. Səfər çərçivəsində iştirakçılar əvvəlcə Yevlaxda yerləşən Regional Televiziya – “EL TV”nin […]

Qarabağa həsr olunan sərgidə ADMİU tələbələrinin də əsərləri yer alıb

Bakıda gənc rəssamların Qarabağa həsr olunan əsərlərindən ibarət sərgi açılıb. Qarabağ Dirçəliş Fondu (QDF) tərəfindən təşkil edilən sərgidə tələbə rəssamların əl işləri nümayiş olunur. QDF-nin İdarə heyətinin sədri Rəhman Hacıyev çıxış edərək bildirib ki, Qarabağın təbiətinə, abidələrinə, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə həsr edilən 38 tablo Berlin […]

“İncəsənətdə postmodernizm dövrü və sonrası” mövzusunda Respublika tələbə elmi konfransı keçirilib

Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “İncəsənətdə postmodernizm dövrü və sonrası” mövzusunda Respublika tələbə elmi konfransı keçirilib.Konfranda universitet rəhbərliyi və tələbələr iştirak ediblər.Tədbiri giriş nitqi ilə açan ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva rektor Ceyran Mahmudovanın salamlarını çatıdırb və konfransın işində […]

ADMİU-da Milli Teatr Günü qeyd edilib

Martın 10-da Milli Teatr günü münasibəti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bir sıra tədbirlər keçirilib.Günün ilk yarısında ADMİU-nun Teatr sənəti fakültəsində 1-ci kurs magistr tələbələrinin ifasında Kamal Abdullanın “Bir, iki-bizimki” tamaşası oynanılıb. Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist, dosent Yaqut Paşayeva, Aktyor sənəti müəllimi Əməkdar artist Qurban Məsimov, Səhnə danışığı müəllimi Əməkdar müəllim, […]

ADMİU-nun tələbəsi konsert proqramı ilə çıxış edib

Dekabrın 21-də Qara Qarayevin ev muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının fortepiano ixtisası üzrə 4-cü təhsil ili tələbəsi Həmayə Baxışovanın solo konserti keçirilib. Belə ki, Beynəlxalq Müsabiqələr laureatı, “Heydər Əliyev” təqaüdçüsü H.Baxışova “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən “Solo gənclik” […]