ADMIU-nun kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Bu münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova və professor-müəllim heyəti Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Həmçinin, rektor C.Mahmudova tərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, […]

ADMIU-nun müəllimləri Prezident tərəfindən mükafatlandırılıblar

Prezident İlham Əliyev Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün və Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncamlar imzalayıb. Mötəbər təltiflərə layiq görülən incəsənət nümayəndələri arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) pedaqoji fəaliyyətlə məşğul olan sənətkarlarımız da var. Belə ki, ADMİU-nun “Dram teatrı və kino aktyoru” kafedrasının dosenti, Əməkdar artist […]

ADMIU-nun rektorunun başçılıq etdiyi heyət Türkiyədə səfərdə olub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudovanın başçılığı ilə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Nizami Əsədov, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Sitarə Abdullayevadan ibarət nümayəndə heyəti 6-8 may tarixlərində Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub. Nümayəndə heyəti İstanbul Universitetinin rəhbər heyəti və İletişim fakültəsinin dekan və kafedra müdirləri ilə, Memar […]

ADMIU-da “Autizmə dəstək” təlimi keçirilib

“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Elm və Yaradıcılıq İşləri üzrə prorektoru, əməkdar mədəniyyət işçisi, dosent Sədaqət Əliyevanın dəvəti ilə təlim keçib. Kulturologiya və Musiqi sənəti fakültəsinin I və II kurs tələbələrinin qatıldığı təlim “Aprel-Autizm Maarifləndirmə” ayı çərçivəsində baş tutub. “Autizmə dəstək” mövzulu təlimdə mövzuyla əlaqəli […]

ADMIU-da “Açıq qapı” günləri keçirilib

1-6 may tarixilərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bütün fakültələrində “Açıq qapı” günləri baş tutub. Açıq qapı günlərində hər fakültə müvafiq ixtisaslar üzrə orta məktəblərin son sinif şagirdlərini, abituriyentləri qəbul edib, onları universitetin ab-havası, keçirilən ixtisaslarla tanış ediblər. Abituriyentlər, müəllimlər və valideynlər mayın 1-də Audiovizual sənətlər fakültəsində rejissorluq (kino rejissoru ixtisaslaşması), operator sənəti, […]

ADMIU-nun professorlarına “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim olunub

Mayın 7-də Milli Azərbaycan Tarixi Muzeyində mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə […]

Əməkdar jurnalist Zemfira Məhərrəmli ADMIU-da qonaq olub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin “Sosial-mədəni fəaliyyət” kafedrasının təşkilatçılığı ilə tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmli ilə tələbələrin görüşü keçirilib. Görüşdə Zemfira Məhərrəmli söz sənətimizdə Qarabağ mövzusunun inikası, habelə qalib ölkənin Zəfər savaşının ədəbiyyatımızda əks-sədası barədə danışıb, gənclərin mövzu ilə bağlı fikirlərini dinləyib, suallarını cavablandırıb. Kulturologiya fakültəsi Sosial- mədəni fəaliyyət kafedrasının […]

ADMIU-nun tələbə və məzunları karyera günündə iştirak ediblər

Mayın 4-də Azərbaycan Hotel Assosiasiyası tərəfindən qonaqpərvərlik sahəsində iş axtaran tələbə və məzunlar üçün karyera günü təşkil edilib. Dövlət Turizm və Məşğulluq Agentlikləri, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Tələbə Təhsil Kredit Fondu və “Absheron Hotel Group”un dəstəyi ilə keçirilən karyera günündə Bakıda və regionlarda yerləşən, Azərbaycan Hotel Assosiasiyasına üzv olan 50 hotel 300-dən çox vakansiya […]

Heydər Əliyev və qərbi Azərbaycan mövzusunda tədbir keçirilib

Mayın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Ədəbiyyat və dillər kafedrasının təşkilatçılığı ilə “Böyük ictimai xadim, siyasi lider Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tanınmış ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər. Tədbirdən öncə Ulu Öndərin büstünün önünə əklil qoyulub, xatirəsi bir dəqiqəlik sükutla anılıb.Sonra Ulu […]

ADMIU-nun müəllimləri Gürcüstanda beynəlxalq konfransda çixiş ediblər

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kino-televiziya sənətləri kafedrasının baş müəllimi Pərvanə Həsənova və “Kinoşünaslıq və ekran dramaturgiyası” kafedrasının müəllimi Könül Sərkərnamazova Gürcüstan Respublikasının Batumi Dövlət İncəsənət Universitetinin təşkil etdiyi “Ənənələr və Müasirlik” adlı 7-ci beynəlxalq elmi konfransda iştirak ediblər. Qazaxıstan, Özbəkistan, Ukrayna, Latviya, Macarıstan və sair kimi ölkələrdən nümayəndələrin qatıldığı konfransda P.Həsənova “Kino […]

ADMIU-nun tələbələri “Ədibin evindən hekayələr” səsləndirirlər

2021-ci ilin iyun ayından etibarən “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Asan Radio ilə birgə “Ədibin Evindən hekayələr” layihəsini icra edir. Bu layihədə Fond Azərbaycan ədəbiyyatından sevilən hekayələri səsli şəkildə mütaliə həvəskarlarının ixtiyarına verir. Bu ildən etibarən layihəyə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) də qoşulub. Belə ki, “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu və ADMİU […]

ADMIU-nun müəllimi Türk mədəniyyəti günlərində iştirak edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) baş müəllimi, TÜRKSOY Xalq Çalğı Alətləri Orkestrinin solisti tarzən Ruslan Zərbəliyev BMT-nin İsveçrənin Cenevrə şəhərində yerləşən ofisində – “Millətlər Sarayı”nda (Palais des Nations) keçirilən Türk Mədəniyyəti Günlərində iştirak edib. Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşən Türk dünyası […]