Kitabxana-informasiya mərkəzinə şəxsi kitabxana kolleksiyasından olan nəşrlər bağışlanıb. ADMİU-nun Rektorun Tədrisdə innovasiyalar üzrə müşaviri, Əməkdar incəsənət xadimi, professor Validə Məmmədovanın təqdim etdiyi kolleksiya mədəniyyət, ədəbiyyat və dilçilik üzrə kitablardan ibarətdir. Burada Azərbaycan, rus və ingilis dillərində soraq ədəbiyyatından lüğət və ensiklopediyalar, habelə tədris-metodiki nəşrlərdən dərs vəsaiti və dərsliklər üstünlük təşkil edir. Kolleksiyada klassik rus ədəbiyyatının […]
Rəssamlığın tarixi və nəzəriyyəsinə işıq tutan kitablar
ADMİU-nun “Təsviri sənətin tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin müəllifi olduğu iki dəyərli elmi nəşr fondumuza daxil olub. Müəllifin “İstedadlar ocağı” (2023) adlı kitabı çoxəsrlik tarixə malik Azərbaycan incəsənətinin inkişafında müstəsna rolu olan keçmiş “Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi”nin (indiki Azərbaycan Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kolleci) yaranmasının 100 […]
Azərbaycan kinematoqrafçılar ittifaqının kitab hədiyyəsi
Universitetdə təhsilalanların tədris nəşrlərinə olan tələbatının təmin edilməsində kitabxana fondunun dərslik və dərs vəsaitləri ilə komplektləşdirilməsi xüsusi aktuallığa malikdir. ADMİU-nun Operator sənəti ixtisası üzrə kadr hazırlığı prosesində “Fotokompozisiya” fənninin tədrisi vacib əhəmiyyət kəsb edir. Bu baxımdan, ADMİU Elmi Şurasının 5 iyul 2019-cu il tarixli qərarına əsasən Əməkdar incəsənət xadimləri Rəfail Qəmbərov və Amin Novruzovun həmmüəllifliyi […]
ADMİU-da “İncəsənətdə postmodernizm dövrü və sonrası” mövzusunda tələbə elmi konfransı keçiriləcək
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “İncəsənətdə postmodernizm dövrü və sonrası” mövzusunda tələbə elmi konfransı keçiriləcək. Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən hər il ənənəvi olaraq keçirilən konfransda yalnız tələbə-teatrşünaslar deyil, universitetin, həmçinin digər ali təhsil müəssisələrinin bakalavr və magistr tələbələri iştirak edə bilər. Konfransın mövzusunun “İncəsənətdə postmodernizm dövrü və sonrası” kimi seçilməsi də bununla əlaqədardır. Postmodernizmi, yəqin […]
ADMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramını qeyd edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələr üçün Yeni İl şənliyi təşkil edib. Şənlikdə ADMİU THİK-in sədri Rusif Əliyev, fakültə sədrləri və həmkarlar ittifaqı fəalları olan tələbələr iştirak ediblər. Tədbirin giriş hissəsində ADMİU THİK-in sədri Rusif Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə tələbələri təbrik etməklə […]
ADMİU-nun dizayner tələbələrinin geyim kolleksiyaları “Mədəniyyət” TV-də nümayiş olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının geyim dizaynı ixtisasında təhsil alan 4-cü təhsil ili tələbələri və magistr tələbəsi iki dəfə müxtəlif zamanlarda “Mədəniyyət” kanalının qonağı olublar. Onlar ilk dəfə “Tomris”, ikinci dəfə isı “COP29”a həsr olunmuş kolleksiyalarını nümayiş etdiriblər. Hər iki kolleksiya böyük maraqla qarşılanıb. Qeyd edək ki, […]
2024-cü ilin son Elmi Şura iclası keçirilib
Dekabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 2024-cü ilinə olan son Elmi Şura iclası keçirilib. İclası giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova 2024-cü ilin ölkəmiz və universitetimiz üçün önəmindən danışıb, qazanılan uğurları qeyd edib. Rektor bildirib ki, ilk dəfə olaraq bütöv, suveren Azərbaycanda Prezident və Parlament seçkiləri keçirildi ki, bu […]
ADMİU-nun tələbəsi Qısametrajlı Filmlər Müsabiqəsinin qalibi olub
Naxçıvan Dövlət Film Fondu tərəfindən 1 oktyabr 2024-cü il tarixində elan edilmiş “Qoca Şərqin Qapısı” qısametrajlı filmlər müsabiqəsi başa çatıb. Bu günlərdə Naxçıvan Dövlət Film Fondunda qaliblərin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə qeyd edilib ki, müsabiqə peşəkar və həvəskar olmaqla iki kateqoriyada təşkil olunub. Hər iki kateqoriyada qaliblər ən yaxşı rejissor işi, ən yaxşı operator işi […]
ADMİU-nun tələbələri «CINEMO» Beynəlxalq Mobil Film Festivalının qalibləri arasında…
Bu günlərdə Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Yaradıcı Mərkəz və Kino Agentliyinin dəstəyi ilə keçirilən «CINEMO» Beynəlxalq Mobil Film Festivalının qaliblərinin mükafatlandırılma mərasimi baş tutub. Dünyanın 18 ölkəsindən müəlliflərin qatıldığı festivalın qalibləri arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də var. Belə ki, festivalın Ən yaxşı sənədli film nominasiyası üzrə ADMİU-nun Televiziya […]
Dünya şöhrətli riyaziyyatçı alim M.Əfəndiyev ADMİU-nun qonağı olub
Əməkdar elm xadimi, Almaniyanın Münhen Texniki Universitetinin professoru, Humbolt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru professor Məsud Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) qonağı olub. Universitetin rektoru professor Ceyran Mahmudova Məsud Əfəndiyevi salamlayaraq onu rəhbəri olduğu ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, alimin riyaziyyat sahəsindəki zəngin təcrübəsi […]
İnstrumental ifaçılıq kafedrasının duet konserti keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) İnstrumental ifaçılıq kafedrasının müəllimi Günel Quliyevanın sinfinin R.Behbudov adına Mahnı Teatrında “Armonia Del Duetto” adlı duet konserti keçirilib. Musiqişünas Aytən Manafovanın aparıcılığı ilə keçən konsertdə Günel Quliyeva (müəllim), Nəzrin Əsgərli, Nüşabə Rüstəmova, Safura Mursəliyeva (III təhsil ili bakalavriat), Banuçiçək Hüseynova, Teymur İsmayılov (IV təhsil ili bakalavriat) müxtəlif dövr, […]
ADMİU-da xeyriyyə auksionu keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Rəssamlıq fakültəsinin təşkilatçılığı ilə ART VII Bədii Auksion keçirilib. Auksionda universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və dəvətli qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova diqqəti bu günlərdə baş verən təyyarə qəzasına çəkərək, bildirib ki, Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında […]