ADMİU-nun əməkdaşları COP29 perspektivindən qlobal təcrübənin öyrənilməsi ilə bağlı seminarda iştirak ediblər

Dekabrın 19-da “Müxtəliflik, inklüzivlik və dayanıqlıq – COP29 perspektivindən qlobal təcrübənin öyrənilməsi” təşəbbüsü çərçivəsində üçüncü seminar keçirilib. Bu təşəbbüs “Women In Tech Azərbaycan” təşkilatı tərəfindən COP29, “Azerconnect Group”, “SOCAR Cape” MMC, “Procter & Gamble” və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) tərəfdaşlığı ilə həyata keçirilir. Qeyd edək ki, təşəbbüsün əsas məqsədi müxtəliflik, inklüzivlik və dayanıqlıq […]

ADMİU “UI Greenmetric 2024” dünya universitetlərinin reytinq siyahısında yer alıb

ADMİU ilk dəfə iştirak etdiyi bu reytinqdə 95 ölkənin nüfuzlu ali təhsil müəssisəsələri arasında 1247-ci yeri tutaraq, ətraf mühitə davamlı yanaşma istiqamətində öz mövqeyini təsdiqləyib. Qiymətləndirmə aparılarkən universitetin ətraf mühitə münasibəti, enerjidən istifadə və onun iqlimə təsiri, kampus ərazisində kağızlardan istifadənin azaldılması siyasəti, su resurslarından rasional qaydada istifadə olunması, ali məktəb ərazisində nəqliyyatdan (ictimai, şəxsi […]

ADMİU-nun rəsmi veb saytı NETTY2024-ün finalında…

Dekabrın 18-də Azərbaycan İnnovasiya Mərkəzində NETTY2024 Azərbaycan Milli İnternet Mükafatının 19-cu təqdimat mərasimi keçirilib. NETTY bu il müsabiqədə iştirak edənlər arasında ən yaxşı milli vebsaytları, sosial səhifələri və tətbiqləri mükafatlandırıb.Bu ilin finalçıları arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəsmi veb saytı da var.

İqtisadçı-alim Tanrıverdi Paşa ADMİU-nun tələbələri ilə görüşüb

AMEA-nın İqtisadiyyat İnstitutunun əməkdaşı, iqtisadçı-alim Tanrıverdi Paşanın Kulturologiya fakültəsinin Muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrlə görüşü keçirilib. Mədəni irs fənni çərçivəsində təşkil olunmuş görüşdə alimin yazdığı “Maddi mədəni irsin sosial-iqtisadi təsirləri” adlı monoqrafiya ətrafında maraqlı elmi söhbət gedib. Görüş zamanı tələbələr mövzu ilə bağlı onları maraqlandıran sualları alimə ünvanlayıblar. Görüş […]

“Elmi-Tədqiqatlarda mənbə axtarışı” Mövzusunda təlimlər

Kitabxana-informasiya mərkəzi tərəfindən magistrantlar üçün elmi araşdırmaların səmərəli həyata keçirilməsi məqsədilə təlimlər keçirilib. Təlimlərin əsas vəzifəsi magistratura səviyyəsində təhsilin məzmununa daxil olan elmi-tədqiqat işlərinin müvafiq tələblərə uyğun olaraq müasir üsullarla aparılması və dissertasiya işinin hazırlanmasına informasiya dəstəyinin göstərilməsidir. Çap və elektron mənbələrin axtarışı, eləcə də onlara əlçatanlığın təmin olunması ilə bağlı məsələləri əks etdirən təlimlər […]

ADMİU-da M.Füzulinin 530 illik yubileyinə həsr olunmuş bədii musiqili gecə keçirilib

Dekabrın 17-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Həft cam” poeması əsasında bədii musiqili gecə keçirilib. Ölməz şairin 530 illik yubileyinə həsr olunmuş “Füzuli işığında” adlı tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Gecədə ADMİU-nun tələbələrindən ibarət “Nəğməli Bakı” vokal-instrumental ansamblının müşayiəti ilə ADMİU-nun […]

Xalq artisti Oqtay Ağayevin 90 illik yubileyi qeyd edilib

Dekabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi Estrada sənəti kafedrası tərəfindən unudulmaz müğənni, Xalq artisti Oqtay Ağayevin 90 illik yubileyinə həsr olunmuş “Kimsən sən…” konsert proqramı keçirilib. Konsertdə ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, ölkəmizin bir sıra ali təhsil ocaqlarının rektorları, tanınmış ictimaiyyət nümayəndələri, musiqisevərlər və Oqtay Ağayev sənətinin […]

ADMİU-nun beynəlxalq uğuru…

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “UI Greenmetric 2024” dünya universitetlərinin reytinq siyahısında yer alıb. ADMİU ilk dəfə iştirak etdiyi bu reytinqdə 95 ölkənin nüfuzlu ali təhsil müəssisəsələri arasında 1247-ci yeri tutaraq, ətraf mühitə davamlı yanaşma istiqamətində öz mövqeyini təsdiqləyib. Qiymətləndirmə aparılarkən universitetin ətraf mühitə münasibəti, enerjidən istifadə və onun iqlimə təsiri, kampus ərazisində kağızlardan […]

“CulTech İnkubasiya” proqramı üzrə infosessiya təşkil edilib

Mədəniyyət Nazirliyi və Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə həyata keçirilən “CulTech İnkubasiya” proqramı müasir dövrdə müstəqil sənaye sahələrində yaradıcı gənclərin fəal iştiraklarını təmin etmək və startap sahiblərinə öz layihələrini inkişaf etdirmək üçün onları dünya bazarına çıxaracaq unikal bir platforma təqdim edir. Bu məqsədlə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Təhsil İşçiləri […]

ADMİU-nun kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Dekabrın 12-si müasir müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi və professor-müəllim heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Ümummilli Liderin məzarı üzərinə gül dəstələri qoyulub, əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Ümummilli Lider Heydər Əliyev ADMİU-da anılıb

Dekabrın 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə baş tutan tədbirdən əvvəl iştirakçılar Heydər Əliyevin büstünü ziyarət edib, önünə çiçəklər düzüblər. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və qonaqlar iştirak ediblər. Tədbiri giriş sözüylə açan Universitetin rektoru, […]