Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin tələbələri — Fatimə Babazadə (Qrafika ixtisası), Günay Yusubova (Dizayn ixtisası), Günel Cəfərova (Tətbiqi İncəsənət Məktəbi) və Aidə Hüseynova (Tətbiqi İncəsənət Məktəbi) “ƏLLƏRİN SEHRİ” yaradıcılıq müsabiqəsinin yekun sərgisində iştirak edərək mükafatlandırılıblar. Universitetə isə xüsusi təşəkkürnamə təqdim olunub.
ADMİU-nun tələbələri Türkiyədə sərgidə iştirak ediblər
Noyabrın 26-da Türkiyənin İstanbul şəhərində ənənəvi BASE 2024 sərgisi keçirilib.Bu il 33 şəhərdən 40 universitetin tələbə və məzunlarından ibarət 132 rəssamın qatıldığı sərgidə ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin tələbələri təmsil ediblər.Sərgidə yeni nəsil rəssamların dünyaya və sənətə baxışı, yanaşma tərzi tamaşaçıların diqqətinə səbəb olub.
Gürcüstanın “The Movement” Teatrının bədii rəhbəri ADMİU-da ustad dərsi keçib
25-29 noyabr 2024-cü il tarixlərində Gürcüstanın “The Movement” Teatrının bədii rəhbəri İoseb Bakuradze Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH Mərkəzi və Teatr sənəti fakültəsinin tələbələri üçün “Səhnə hərəkəti” üzrə ustad dərsləri keçib. Beş gün ərzində davam edən ustad dərslərinin yekunu kimi noyabrın 29-da dərslərdə iştirak edən SABAH Mərkəzi və Teatr sənəti fakültəsinin tələbələrinin […]
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
ADMİU-da tədris prosesi təşkil edilərkən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanaraq maarifləndirmə işləri görülür.Daha ərtaflı: https://sdg.azstat.gov.az/az/home
ADMİU-nun tələbələri “Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş tədbirə könüllü dəstək olublar
Noyabrın 28-də “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Hilton Baku oteli ilə birlikdə 3 dekabr “Beynəlxalq əlillər günü”nə həsr olunmuş tədbir təşkil edib. Tədbirdə fiziki məhdudiyyətli gənclər üçün intellektual yarış keçirilib. Sonda Hilton Baku oteli tərəfindən iştirakçılara hədiyyələr və sertifikat təqdim olunub. ADMİU-nun sosial iş ixtisasının tələbələri tədbirə könüllü olaraq dəstək olublar.Gələcəkdə də əlilliyi […]
Sumqayıt şəhərinin 75 illiyi ilə əlaqədar konsert keçirildi
27-28 noyabr tarixlərində Akdeniz Universitetinin Antalya Dövlət Konservatoriyası və Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan konsert proqramı təşkil edilib. Sumqayıt Musiqi Kollecinin “Vio Cello” Kamera Orkestrinin (bədii rəhbərlər: Könül Bəkirova, Emin Həsənov, dirijor Əməkdar müəllim Firəngiz Xəlilova) müşayiəti ilə iki gün davam edən fortepiano konserti […]
ADMİU-nun tələbəsi Minskdə keçirilən qiraət müsabiqəsinin qalibi olub
ADMİU-nun Teatr sənəti fakültəsinin “Aktyor sənəti” ixtisası üzrə təhsil alan 3 tələbəsi Belarusiya Respublikasının Minsk şəhərində keçirilən professional qiraətçilər «Добрый сказ» VII Beynəlxalq bədii qiraət müsabiqəsində iştirak edib. Müsabiqənin I mərhələsində iştirakçılar çıxışlarını video formatda göndəriblər. II mərhələyə uğurla keçən tələbələrimiz 20-24 noyabr tarixlərində Minsk şəhərinə dəvət olunublar. Yekun mərhələdə tələbələrimizdən Əliulla Vəliyev I yerə […]
ADMİU-nun müəllimi və bir qrup tələbə Beynəlxalq Gənclər Forumunda iştirak edib
ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Məhbarə Abbasova və bir qrup tələbəsi 20-24 noyabr 2024-cü il tarixlərində Qırğızıstanın İssık Kulun sahilində Çolpon-Ata şəhərində MDB ölkələrində Könüllülər Hərəkatı ilinə (2024) həsr olunmuş intellektualların Beynəlxalq Gənclər Forumunda iştirak ediblər. Forumda ADMİU tələbələri tərəfindən Azərbaycan mədəniyyəti və ölkəmizdə gənclər siyasəti, könüllülük fəaliyyəti haqqında təqdimatlar edilib. Həmçinin, […]
“RƏQƏMSAL KİTABXANADAN İSTİFADƏ” MÖVZUSUNDA TƏLİMLƏR YEKUNLAŞIB
ADMİU-nun Kitabxana-informasiya mərkəzinin əməkdaşları tərəfindən universitetin hər bir fakültəsində müvafiq ixtisaslar üzrə I təhsil ilinin tələbələri üçün təşkil edilən “Rəqəmsal kitabxanadan istifadə” mövzusunda təlimlər başa çatıb. Mərkəzin fəaliyyətinin mühüm istiqamətlərindən biri olan təlimlərin keçirilməsinin əsas prioriteti tələbələrin ənənəvi kitabxana-biblioqrafiya və informasiya xidmətlərindən istifadəyə cəlb olunması, veb səhifədə yerləşdirilmiş rəqəmsal tədris resurslarından, elektron informasiya-axtarış sistemindən və […]
ADMİU-nun müəllimi Xarkov Dövlət Mədəniyyət Akademiyası tərəfindən keçirilən beynəlxalq elmi onlayn konfransda iştirak edib
Noyabrın 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Muzeyşünaslıq kafedrasının müəllimi Əli Abuzərov onlayn formatda keçirilən və Xarkov Dövlət Mədəniyyət Akademiyasının 95 illiyinə həsr olunmuş “Mədəniyyətşünaslıq və sosial kommunikasiyalar: innovativ inkişaf strategiyaları” adlı beynəlxalq elmi onlayn konfransda iştirak edib. Müəllim konfransın açılışında çıxış edərək Xarkov Dövlət Mədəniyyət Akademiyasının 95 illik yubileyini təbrik […]
“Günaydın, mələyim!” Türkiyədə…
İstanbul Nişantaşı Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən birgə təşkil edilən “Film Heç Bitməsin” Birinci Beynəlxalq Kino Festivalı 6-15 dekabr tarixlərində İstanbulda baş tutacaq. Kino dünyasına əhəmiyyətli töhfə verəcək Festival oktyabrın 18-dən ilk film nümayişləri və ustad dərsləri ilə öz işinə başlayıb. “Film Heç Bitməsin” Film Festivalının ikinci mühüm tədbiri noyabrın […]
SABAH qrupu tələbələrimiz Moskvadan mükafatla qayıdırlar…
Xəbər verdiyimiz kimi, ADMİU SABAH qrupları Aktyor sənəti ixtisası IV təhsil ili tələbələri (Fətəli Abdullayev, Ağayev Nurlan, Emil Həmidov, Zeynəb İslamova, Cəfər Cəfərli) 11-19 noyabr tarixlərində Rusiyanın Moskva şəhərində keçirilən MDB ölkələrinin “GİTİS – master-klass” teatr festivalında iştirak ediblər. Tələbələrimiz noyabrın 14-də festival çərçivəsində Çingiz Aytmatovun eyniadlı povesti əsasında səhnələşdirilmiş “Dəniz kənarı ilə qaçan Alabaş” […]