Noyabrın 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Muzeyşünaslıq kafedrasının müəllimi Əli Abuzərov onlayn formatda keçirilən və Xarkov Dövlət Mədəniyyət Akademiyasının 95 illiyinə həsr olunmuş “Mədəniyyətşünaslıq və sosial kommunikasiyalar: innovativ inkişaf strategiyaları” adlı beynəlxalq elmi onlayn konfransda iştirak edib. Müəllim konfransın açılışında çıxış edərək Xarkov Dövlət Mədəniyyət Akademiyasının 95 illik yubileyini təbrik […]
“Günaydın, mələyim!” Türkiyədə…
İstanbul Nişantaşı Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən birgə təşkil edilən “Film Heç Bitməsin” Birinci Beynəlxalq Kino Festivalı 6-15 dekabr tarixlərində İstanbulda baş tutacaq. Kino dünyasına əhəmiyyətli töhfə verəcək Festival oktyabrın 18-dən ilk film nümayişləri və ustad dərsləri ilə öz işinə başlayıb. “Film Heç Bitməsin” Film Festivalının ikinci mühüm tədbiri noyabrın […]
SABAH qrupu tələbələrimiz Moskvadan mükafatla qayıdırlar…
Xəbər verdiyimiz kimi, ADMİU SABAH qrupları Aktyor sənəti ixtisası IV təhsil ili tələbələri (Fətəli Abdullayev, Ağayev Nurlan, Emil Həmidov, Zeynəb İslamova, Cəfər Cəfərli) 11-19 noyabr tarixlərində Rusiyanın Moskva şəhərində keçirilən MDB ölkələrinin “GİTİS – master-klass” teatr festivalında iştirak ediblər. Tələbələrimiz noyabrın 14-də festival çərçivəsində Çingiz Aytmatovun eyniadlı povesti əsasında səhnələşdirilmiş “Dəniz kənarı ilə qaçan Alabaş” […]
ADMİU-nun üç ixtisası beynəlxalq akkreditasiyadan keçib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Aktyor sənəti, Operator sənəti və Teatrşünaslıq ixtisasları üzrə bakalavriat və magistratura təhsil səviyyələri 5 il müddətinə beynəlxalq akkreditasiyadan keçib. Akkreditasiya prosesi Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR – Independent Agency For Accreditation and Rating) tərəfindən aparılıb. ADMİU-nun Operator sənəti, Aktyor sənəti, Teatrşünaslıq ixtisasları üzrə bakalavriat və magistratura […]
ADMİU-nun SABAH tələbələri Rusiya səhnəsində…
ADMİU SABAH qrupları Aktyor sənəti ixtisası IV təhsil ili tələbələri (Fətəli Abdullayev, Ağayev Nurlan, Emil Həmidov, Zeynəb İslamova, Cəfər Cəfərli) Rusiyanın Moskva şəhərində keçirilən MDB ölkələrinin “GİTİS – master-klass” teatr festivalında iştirak edirlər. Tələbələrimiz noyabrın 14-də festival çərçivəsində Çingiz Aytmatovun eyniadlı povesti əsasında səhnələşdirilmiş “Dəniz kənarı ilə qaçan Alabaş” tamaşası ilə uğurlu çıxış ediblər. Tamaşadan […]
ADMİU-nun böyük uğuru…
“National H-index Ranking” tərəfindən 2024-cü ilin dördüncü rübünün elmi nəticələri əsasında Azərbaycanda fəaliyyət göstərən elmi qurumların və universitetlərin Hirş indeksinə (H-index) görə reytinq sıralaması – “Azerbaijan National H-index Ranking-2024” açıqlanıb. Bu hərtərəfli yeniləmə ölkənin aparıcı tədqiqat institutlarının Hirsch indeksi göstəricilərinə görə reytinqini ehtiva edir.“Web of Science”, “Scopus” və “Google Scholar” göstəriciləri əsasında hesablanmış Hirş indeksinə […]
ADMİU-da COP29 layihəsi çərçivəsində bilik yarışı keçirilib
Noyabrın 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “COP29 layihəsi çərçivəsində turizm intellektual bilik yarışması” keçirilib. Yarışda I, II, III və IV kurs tələbləri iştirak ediblər. Uğurla başa çatan yarışın yekununda qalib komandaya Fəxri Fərmanlar və hədiyyələr verilmiş, digər komanda üzvlərinə isə fəal iştirakları nəzərə alınaraq Təşəkkürnamələr təqdim […]
ADMİU-da “Zəfərin sədası” adlı bədii proqram keçirilib
Noyabrın 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş “Zəfərin sədası” adlı bədii proqram keçirilib. Tədbirdə millət vəkilləri, şəhid ailələri, qazilər, universitet rəhbərliyi, media nümayəndələri və digər qonaqlar iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayan tədbirdə ölkəmizin azadlığı və […]
ADMİU-nun Zəfər Gününə həsr olunmuş yeni nəşri təqdim olunub
Noyabrın 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Sənətdən cəbhəyə” kitabının təqdimat mərasimi və 8 Noyabr- Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə universitet rəhbərliyi, şəhidlərimizin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və digər qonaqlar iştirak ediblər. Öncə ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi […]
SABAH qrupunun tələbələri “Davamlı Gələcək üçün İncəsənət” sərgisində çıxış ediblər
Noyabrın 5-də Muzey Mərkəzində Elm və Təhsil nazirliyinin təşkilatçılığı ilə COP29 və SABAH-ın 10 illiyinə həsr olunmuş “DAVAMLI GƏLƏCƏK ÜÇÜN İNCƏSƏNƏT” adlı incəsənət sərgisinin açılış mərasimi keçirilib. Sərgidə ADMİU-nun 2-ci kurs aktyor sənəti ixtisası SABAH tələbələri COP29-a həsr etdikləri M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” komediyasının motivləri əsasında hazırlanmış “Oyanış” […]
“Kreativ gənclər” düşərgəsi böyük marağa səbəb olub
1-3 noyabr tarixlərində “İdman Paytaxtı” Quba şəhərində “Kreativ gənclər” adlı düşərgə keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə baş tutan düşərgədə 120 nəfər tələbəsi iştirak edib. Düşərgədə ADMİU-nun tələbələri ilə yanaşı, Bakı Musiqi Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının, ADMİU nəzdində Humanitar Kollecin tələbələri də iştirak ediblər. “Kreativ […]
ADMİU-nun müəlliminin “Mən təbiətəm” sərgisi ziyarətçilərin ixtiyarında…
Biz hamımız Böyük Partlayışın nəticəsiyik, bunun nəticəsində Kainat yaranmışdır. Hər birimiz və ətrafımızdakı cisimlər bir zamanlar partlayış anında “çiyin-çiyinə” dayanmış “atomlar” idik. Hər bir insanın bu Kainatda özünəməxsus rolu, öz məqsədi var. Bəşəriyyət bu dünyanı yaratmasa da, bizim seçimlərimiz və hərəkətlərimizlə kainatı formalaşdırmaq üçün inanılmaz gücümüz var. Bundan sonra hamımız bu dünyada öz yerimizi tutmağa […]