ADMİU-da narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib

Oktyabrın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin təşkilatçılığı ilə universitetin Rəssamlıq fakültəsinin tələbələri üçün narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib. Tədbiri giriş nitqi ilə ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva açaraq dövrümüzün bəlası olan narkomaniya və digər asılılıqlardan danışıb, onların gətirdiyi fəsadları vurğulayıb. ADMİU Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin sədri […]

Azərbaycan musiqisinin Qərbdəki siması- Xədicə Zeynalova

“Vətəni sevmək azdır, onu qorumaq gərək, “Vətənim”-demək azdır, Vətənin olmaq gərək” – deyib mərhum şairimiz Cabir Novruz. Əsl vətəndaş olduğu yerdən, zamandan asılı olmayaraq hər daim Vətənini adında, əməlində, yaddaşında və ruhunda yaşadan, yaşatdırandır. Həyatını və yaradıcılığını Azərbaycan adlı məmləkətin qədim, zəngin mədəniyyətinin, incəsənətinin təbliğinə həsr edən, Vətənin sərhədlərindən kənarda Vətən olan həmyerlilərimizdən biri də […]

ADMİU-nun tələbəsi beynəlxalq mükafata layiq görülüb

29 sentyabr-04 oktyabr 2024-cü il tarixlərində Moskva şəhərində MBD ölkələrinin iştirakı ilə Serqey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya universiteti tərəfindən təşkil edilən “Восхождение” “Yüksəliş” adlı Beynəlxalq tələbə film festivalı keçirilib. Festivalda 30-dan artıq film müsabiqəyə qoşulub. Ən yaxşı sənədli filmin rejissoru nominasiyası üzrə ADMİU-nun Kino-televiziya sənətləri kafedrasının təqdim etdiyi alti filmdən biri olan “Motivator” adlı […]

ADMİU-nun rektoru Cəbrayıl Şəhər Günündə iştirak edib

4 oktyabr Cəbrayıl Şəhəri Günü sakinlərin iştirakı ilə öz doğma şəhərlərində qeyd edilib. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Prezidentinin Qubadlı, Cəbrayıl və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova, ziyalılar, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, Cəbrayıl sakinləri iştirak ediblər. ADMİU-nun müəllim […]

ADMİU-nun layihəsi mobillik qrantı ilə mükafatlandırılıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq Layihələr və Əcnəbilərlə İş şöbəsinin Erasmus+ KA171 layihələrindən biri mobillik qrantı ilə mükafatlandırılıb. Bu sayədə 2024-2025-ci tədris ilində universitetin iki nümayəndəsi Litva Musiqi və Teatr Akademiyasını ziyarət etmək imkanı əldə edəcək. Bundan əlavə, Litva Musiqi və Teatr Akademiyasının müəllimlərindən biri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədris […]

ADMİU-da narkomaniyaya qarşı tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamın ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə” dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi  üzrə Tədbirlər Planının icrası ilə bağlı  4 oktyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin “Sosial-mədəni fəaliyyət” kafedrasının təşəbbüsü və Tələbə Elmi-Yaradıcılıq […]

ADMİU X Bakı Beynəlxalq Kitab Sərgisində Təmsil Olunur

Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi açılıb.Açılış mərasimində milli musiqi incilərindən parçalar səsləndirilib. Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar sərginin əhəmiyyətini vurğulayaraq, bu hadisənin kitabsevərlər üçün böyük bayram olduğunu deyib. “Kitab həmişə yaşasın və bizi yaşatsın”, – deyə o bildirib. Builki yubiley sərgisi […]

“İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” layihəsi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” layihəsinin icrasına başlayıb. Layihənin əsas məqsədi əlilliyi və ya sağlamlıqla bağlı çətinliyi olan uşaqların incəsənətin müxtəlif sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsinə bələdçilik edəcək mütəxəssislərin hazırlanmasıdır. Bu məqsədlə müəyyən ixtisaslar üzrə təhsil alan tələbələrə “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənni tədris ediləcək. […]

ADMİU-da “Maddə asılılığı mövzusunda Sosial işçinin rolu və funksiyası” adlı təlim keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsininSosial-mədəni fəaliyyət kafedrasının Sosial işixtisasında təhsil alan tələbələr üçün “Maddə asılılığımövzusunda Sosial işçinin rolu və funksiyası” adlıtəlim keçirilib.  Azərbaycan Respublikası Prezidentinin 1334 nömrəliSərəncamına əsasən “Narkotik vasitələrin, psixotropmaddələrin və onların prekursorlarının qanunsuzdövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair2019-2024 –cü illər üçün Dövlət Proqramı”nı əsastutaraq keçirilən təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosialxidmətlərin təşkili departamentinin böyükmütəxəssisi Vüsalə Əhməd sözügedən mövzu iləbağlı çıxış edib. Təlimdə maddə asılılığı, bunu yaradan səbəblər, zərərləri və bu prosesdə Sosial işçinin rolu haqqındageniş və ətraflı məlumat verililib.  Sonda tələbələrin sualları cavablandırılıb və maddəasılığından mübarizəyə dair müzakirələr aparılıb.

ADMİU-nun kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova başda olmaqla, universitet kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.Kollektiv xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıb. Qeyd edək ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr […]

Şəhid Ravil Hümbətovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 27 sentyabr-Vətən müharibəsinin başlamasının ildönümü və şəhidlərimizin anım günü münasibətiylə ADMİU-nun şəhid məzunu Ravil Hümbətova həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ADMİU TGT-nin sədri Fidan Mikayılzadə günün önəmindən danışıb, gənc nəslin heç zaman öz tarixini və başda […]

ADMİU-DA ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

Sentyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 27 sentyabr-Vətən müharibəmizin başlamasının ildönümü və şəhidlərimizin anım günü münasibətiylə tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova bu günün önəm və dəyərindən bəhs edib. Bildirib ki, Vətən müharibəsində canından, qanından keçən şəhidlərimizin, qazilərimizin hər biriylə fəxr edir, şəhidlərimizi hər zaman ehtiramla anırıq. […]