ADMİU-da “Maddə asılılığı mövzusunda Sosial işçinin rolu və funksiyası” adlı təlim keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsininSosial-mədəni fəaliyyət kafedrasının Sosial işixtisasında təhsil alan tələbələr üçün “Maddə asılılığımövzusunda Sosial işçinin rolu və funksiyası” adlıtəlim keçirilib.  Azərbaycan Respublikası Prezidentinin 1334 nömrəliSərəncamına əsasən “Narkotik vasitələrin, psixotropmaddələrin və onların prekursorlarının qanunsuzdövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair2019-2024 –cü illər üçün Dövlət Proqramı”nı əsastutaraq keçirilən təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosialxidmətlərin təşkili departamentinin böyükmütəxəssisi Vüsalə Əhməd sözügedən mövzu iləbağlı çıxış edib. Təlimdə maddə asılılığı, bunu yaradan səbəblər, zərərləri və bu prosesdə Sosial işçinin rolu haqqındageniş və ətraflı məlumat verililib.  Sonda tələbələrin sualları cavablandırılıb və maddəasılığından mübarizəyə dair müzakirələr aparılıb.

ADMİU-nun kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova başda olmaqla, universitet kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.Kollektiv xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıb. Qeyd edək ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr […]

Şəhid Ravil Hümbətovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 27 sentyabr-Vətən müharibəsinin başlamasının ildönümü və şəhidlərimizin anım günü münasibətiylə ADMİU-nun şəhid məzunu Ravil Hümbətova həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ADMİU TGT-nin sədri Fidan Mikayılzadə günün önəmindən danışıb, gənc nəslin heç zaman öz tarixini və başda […]

ADMİU-DA ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

Sentyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 27 sentyabr-Vətən müharibəmizin başlamasının ildönümü və şəhidlərimizin anım günü münasibətiylə tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova bu günün önəm və dəyərindən bəhs edib. Bildirib ki, Vətən müharibəsində canından, qanından keçən şəhidlərimizin, qazilərimizin hər biriylə fəxr edir, şəhidlərimizi hər zaman ehtiramla anırıq. […]

ADMİU ADEX-2024 Beynəlxalq Müdafiə Sərgisində təmsil olunub.

ADMİU-nun Mülki müdafiə qərargahı rəisi Hüseyn Arif 24-26 sentyabr 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən ADEX-2024 Beynəlxalq Müdafiə Sərgisində Peşəkar Ziyarətçi qismində iştirak edərək universitetimizi təmsil edib.

QS Beynəlxalq Reytinq Agentliyi ilə universitetlərin əməkdaşları arasında görüş keçirilib

Sentyabrın 24-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı və Azərbaycan Texniki Universitetinin evsahibliyi ilə QS Beynəlxalq Reytinq Agentliyinin konsaltinq komandasının Azərbaycanın 25-ə yaxın ali təhsil müəssisələrinin reytinqlər üzrə məsul şəxsləri ilə görüşü keçirilib. Görüşdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) beynəlxalq reytinqlər üzrə məsul şəxs, beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin […]

Sadəliyin səmimiliyində sənət eşqi – İlham Rəhimli yazır

Onu tələbəlik illərindən tanıyıram və həmişə sadəliyinə, səmimiyyətinə heyran qalmışam. Həm də hələ tanış olsam da, onunla ünsiyyət yaxınlığım yox idi. O, gənc müəllim kimi İncəsənət İnstitutunda (bugünkü Mədəniyyət və İncəsənət Universitetində) dərs deyirdi, uzaqdan-uzağa müəyyən rəğbətim vardı. Əslində onu özündən əvvəl sənəti ilə tanımışdım. 1968-ci ildə Akademik Milli Dram Teatrında diplom işi kimi hazırladığı […]

ADMİU-nun müəllimi Braziliyada keçirilən konsertdə çıxış edib

Braziliyanın paytaxtı Brazilia şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinin təşkilatçılığı ilə Milli Musiqi Gününə həsr olunmuş konsert təşkil olunub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Əyyub Quliyevin rəhbərliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimi, tarzən Səxavət Məmmədovun iştirakı […]

ADMİU-nun rektoru “A grammar of contemporary Azerbaijani” (“Müasir Azərbaycan dilinin qrammatikası”) adlı dərs vəsaitinin təqdimat mərasimində iştirak edib

Sentyabrın 20-də Bakı Kitab Mərkəzində “A grammar of contemporary Azerbaijani” (“Müasir Azərbaycan dilinin qrammatikası”) adlı dərs vəsaitinin təqdimatı keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova, eləcə də Azərbaycanın tanınmış elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər. Azərbaycan […]

Nişantaşı Universitetinin nümayəndələrinin Bakı səfəri başa çatıb

16-20 sentyabr tarixlərində Bakıda səfərdə olan Türkiyənin İstanbul Nişantaşı Universitetinin nümayəndə heyəti son gündə bir daha Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova ilə görüşüblər. Qonaqları qəbul edən rektor Ceyran Mahmudova onların səfər təəssüratları ilə maraqlanıb, beş gün ərzində rəhbəri olduğu ali təhsil ocağında onlara ev sahibliyi etməkdən məmnunluğunu dilə gətirib. Rektor […]

Türkiyənin Nişantaşı Universitetinin pedaqoqlarının ADMİU-da ustad dərsləri yekunlaşıb

Sentyabrın 17-dən başlayaraq Türkiyənin İstanbul Nişantaşı Universitetinin pedaqoqlarının Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) keçdikləri silsilə ustad dərsləri yekunlaşıb. Sentyabrın 18-də Nişantaşı Universiteti İncəsənət və Dizayn Fakültəsi Kommunikasiya Dizaynı Bölümünün pedaoququ Ziyad Quliyev “Yaradılan ideyaların müasir nəqletmə üsulları ilə hekayəyə çevrilməsi” mövzusundakı məruzə ilə ADMİU-lu tələbələrin qarşısına çıxıb. Sentyabrın 19-da Nişantaşı Universiteti İncəsənət və […]

İstanbul Nişantaşı Universitetinin pedaqoqları Bakıda bir sıra işgüzar görüşlər keçiriblər

Xəbər verdiyimiz kimi, 06-15 dekabr 2024-cü il tarixlərində İstanbul Nişantaşı Universitetinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə “Film heç bitməsin” kino festivalı keçiriləcək. Festivalın əsas mövzusu “Is This the Real?” (Bu, realdırmı?) olaraq müəyyən edilib. Beynəlxalq kino festivalına Azərbaycan, ABŞ, Almaniya, Argentina, Braziliya, Danimarka, Gürcüstan, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya, İran, […]