ADMİU-DA “BİLİK GÜNÜ” QEYD EDİLİB

Sentyabrın 16-da yeni dərs ilinin başlaması və “Bilik Günü” ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə universitetin professor-müəllim heyəti, tanınmış sənət nümayəndələri, tələbələr və valideynlər iştirak ediblər. Tədbiri giriş sözüylə açan universitetin rektoru, professor Ceyran Mahmudova rəhbərlik etdiyi ali təhsil ocağının kollektivini, tələbələri, […]

2024-2025-ci tədris ilinin ilk Elmi Şura iclası keçirilib

Sentyabrın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 2024-2025-ci tədris ilinə olan ilk Elmi Şura iclası keçirilib. Ənənəvi olaraq bu dəfə də iclas son Elmi Şura iclasından keçən vaxt ərzində yubileyi qeyd olunan, eləcə də bu ildən etibarən təqaüdə çıxan əməkdaşların təqdimatı ilə başlayıb. ADMİU-nun rektoru professor Ceyran Mahmudova Kulturologiya fakültəsinin Turizm və kitabxana-informasiya […]

ADMİU-nun rektoru Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda çıxış edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, Əməkdar İncəsənət Xadimi, professor Ceyran Mahmudova sentyabrın 9-da Bakıda açılış mərasimi baş tutan Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir üç gün davam edib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin […]

ADMİU-nun Mülki Müdafiə qərargahının rəisi tərəfindən təlim keçirilib

4-6 sentyabr 2024-cü il tarixlərində Yasamal rayonu üzrə Fövqəladə hallar və Mülki müdafiə şöbəsinin təşkilatçılığı ilə 53 nömrəli orta məktəbdə Yasamal rayonu üzrə məktəblərin 2-ci, 5-ci və 6-cı siniflərin rəhbərlərinə ADMİU-nun Mülki Müdafiə qərargahı rəisi Hüseyn Arif Aydın oğlu tərəfindən fərdi mühafizə vasitələri və onlardan istifadə qaydaları mövzusunda mülki müdafiə təlimi keçirilib.

ADMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi “Sağlam insan və dayanıqlı gələcək” mövzulu yay məktəbində təmsil olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rusif Əliyev və həmkarlar ittifaqı fəalı olan tələblər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda təşkil edilmiş yay məktəbində iştirak ediblər. 6-8 sentyabr tarixlərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə yay […]

ADMİU-nun rektoru Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Festivalında iştirak edib

26-30 avqust tarixlərində Özbəkistanın Səmərqənd şəhərində XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı keçirilib. Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi, UNESCO, ICESCO və TÜRKSOY-un tərəfdaşlığı ilə gerçəkləşən festival çərçivəsində 27-28 avqust tarixlərində “Şərq xalqlarının musiqi mədəniyyəti: qloballaşma prosesində yaradıcı bağlılıq prinsipləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil olunub. Konfransda 32 ölkədən 46 musiqişünas, folklorşünas, mədəniyyətşünas, ali təhsil müəssisələrinin rektorları […]

ATİAHİ Respublika Komitəsinin Sədri ADMİU THİK sədri ilə görüşüb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri ilə görüş keçirib. Görüş bu ilin sentyabr ayında Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində keçiriləcək “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda konfransa hazırlıq məqsədi ilə təşkil olunub. Görüşdə ADMİU THİK sədri Rusif […]

ADMİU-nun tələbəsinin böyük uğuru

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq ixtisası üzrə magistr tələbəsi Baxşəliyeva Sevinc İspaniyada keçirilən “World art games” müsabiqəsinə onlayn şəkildə qatılaraq 1-ci yerə layiq görülüb. Əməkdar müəllim, ADMİU-nun dosenti Rəşad Kazımovun tələbəsi olan S.Baxşəliyeva qazandığı yüksək nəticə münasibəti ilə İspaniyanın Lyort-de-mar şəhərində baş tutan müsabiqəyə dəvət olunub və müsabiqə […]

Məzunların məşğulluq reytinqi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən abituriyent və məzunların məşğulluq imkanlarının genişləndirilməsinə töhfə verəcək yeni platforma – “Məzunların məşğulluq reytinqi” platforması yaradılıb. Platformanın hazırlanmasında əsas məqsəd abituriyentlərin ali təhsil müəssisələrinin məşğulluq imkanları haqqında məlumatlılığını təmin etmək, məzunların məşğulluq reytinqi xəritəsinin yaradılmasıdır. Platforma ölkədə fəaliyyət göstərən özəl və dövlət universitetlərini, onların […]

Mədəniyyət Nazirliyi Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı çərçivəsində bakalavriat və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulu elan edir

Yaşı 15-dən yuxarı olan, yaradıcı potensialını inkişaf etdirmək və MYS və mədəniyyətin müxtəlif sahələri üzrə əmək fəaliyyəti ilə məğul olmaq istəyən, xarici ali təhsil müəssisələrinə qəbul olmuş və ya öz hesabına təhsil almaqda olan Azərbaycan Respublikası vətəndaşları təhsilin maliyyələşdirilməsi məqsədilə Təqaüd Proqramına müraciət edə bilərlər. Bakalavriat və magistratura səviyyələri üzrə aşağıdakı ixtisaslaşma istiqamətləri üzrə xaricdə […]

Avropa Birliyinin Birinci Mədəniyyət və İncəsənət üzrə Təhlil Məktəbi başa çatıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Avropa Birliyinin Jean Monnet Modulu çərçivəsində təşkil edilən birinci Mədəniyyət və İncəsənət üzrə Təhlil Məktəbinin ilk mərhələsi uğurla başa çatıb. Təlim proqramı iştirakçılara sosial tədqiqat metodları, mədəniyyət və incəsənət siyasətləri, data toplanması və sübutlara əsaslanan təhlil kimi sahələrdə dərin biliklər və praktiki bacarıqlar qazandırıb. Məktəb formatına əsasən, iştirakçılar öz […]

Xaricdə mədəniyyət sahəsində təhsil almaq istəyənlərin diqqətinə!

“Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı”- insan kapitalının və qeyri-neft sektorunun inkişafına dövlətimiz tərəfindən atılan növbəti sosialyönümlü və əhəmiyyətli addımdır.Proqrama 15 avqust-15 sentyabr 2024-cü il tarixləri ərzində müraciət etmək mümkündür.Xaricdə proqram çərçivəsində aşağıdakı istiqamətlər üzrə: Bakalavriat və magistratura səviyyələrində təhsil almaq istəyən yaşı 15-dən yuxarı olan, yaradıcı potensialını inkişaf etdirmək və MYS və […]