ADMİU ilə ARUCAD (Şimali Kipr Türk Respublikası Arkın Yaradıcı Sənətlər və Dizayn Universiteti) arasında bağlanmış Əməkdaşlıq Protokoluna əsasən Aktyor sənəti ixtisası üzrə ikili diplom proqramına 2 nəfər yer ayrılıb.
ADMİU Ali təhsil müəssisələrinin sərgisində…
Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan və iyulun 31-dən avqustun 2-nə qədər davam edən Ali təhsil müəssisələrinin sərgisində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) də öz heyəti ilə təmsil olunub. Sərgidə abituriyentlər ADMİU ilə bağlı ətraflı məlumat əldə edib, universitet həyatı, tədris olunan ixtisaslarla yaxından tanış olmaq imkanı əldə ediblər. Sərgidə universitet adından Rəssamlıq […]
ADMİU-nun pedaqoqları dünyanın fəxri ustad siyahısında…
İyulun 27-də Mədəniyyət Xadimlərinin Beynəlxalq Məsləhət Şurasının 4-cü iclası keçirilib. Onlayn şəkildə baş tutan görüşə əsas məsələlərin müzakirəsi və nominasiyaların təsdiqi üçün dünyanın tanınmış mədəniyyət ekspertləri qatılıblar.Görüş bütün dünyada müxtəlif mədəni ənənələrin qorunub saxlanmasına və təbliğinə yönəlmiş səmərəli qərarların qəbulu ilə yekunlaşıb.Şuranın qərarı ilə Yeni Arirang Ustadlarının (Arirang Masters) fəxri siyahısı təsdiq olunub. 14 ölkədən […]
ADMİU-nun müəlliminin əsəri beynəlxalq sərgidə nümayiş olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Samir Qafarovun “Filosof” əsəri Türkiyədə təşkil olunmuş ESSA IV: 1-ci Dədə Qorqud Beynəlxalq Qarışıq rəsm sərgisində nümayiş edilib. 12-13 iyul tarixlərində keçirilən sərgidə iştirakına görə S.Qafarov Sertifikatla təltif edilib.
ADMİU-da Yay semestri davam edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.4. bəndinə əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Yay semestri təşkil olunmuşdur. Yay semestri 12 iyul 2024-cü il tarixindən 22 avqust 2024-cü […]
ADMİU-nun nümayəndəsi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkil etdiyi təlimə qatılıb
12-13 iyul tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri arasında növbəti şəbəkələşmə görüşü baş tutub. İki günlük təlimin məqsədi ali təhsil müəssisələrinin reytinq komandaları arasında əməkdaşlığın gücləndirilməsi olub. Belə ki, komanda quruculuğuna və müxtəlif təhlillərə həsr olunmuş görüşdə 30-a yaxın ali təhsil müəssisəsinin nümayəndələri […]
ADMİU-nun prorektoru Türkiyədə işgüzar səfərdədir
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq əlaqələr üzrə prorektoru Nizami Əsədov 11-12 iyul 2024-cü il tarixində İstanbul Universiteti və Qara Dəniz Universitetləri Şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən “Qara Dəniz Bölgəsi üçün Gələcəyin Zirvəsi və Universitetlərin Rolu” adlı konqresdə iştirak etmək məqsədilə Türkiyənin İstanbul şəhərinə səfər edib. Səfərin məqsədini Qara dəniz regionunda müxtəlif universitetlərin […]
ADMİU əməkdaşlarının iştirak etdiyi “Vikipediya” təlimləri uğurla yekunlaşıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya mərkəzinin əməkdaşları Natiq Mürsəlov və Sədaqət Bağırovanın iştirak etdiyi “Vikipediya” qruplarının formalaşdırılması məqsədilə keçirilən təlimlər müvəffəqiyyətlə sona çatıb. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) bir aylıq müddətdə təşkil olunan təlimlərdə Vikipediya – virtual ensiklopediyanın incəlikləri, burada məqalələrin yaradılması və redaktə edilməsi qaydaları haqqında dolğun bilgilər əldə […]
Ömürboyutəhsil, karyera və məzunlarla iş bölməsinin karyera ilə bağlı hesabatı(1 yanvar- 21 iyun 2024-cü il)
01 yanvar – 21 iyun 2024-cü il üzrə hesabat 2024-cü təqvim ilinin 1 yanvar tarixindən etibarən bölmə tələbələrlə “Instagram”, “Linkedin” və “Whatsapp” sosial şəbəkələri üzərindən aşağıdakılarla bağlı elan bölüşmüşdür: Karyera, təcrübə, stajkeçmə və əmək bazarında tələb olunan səriştələrin inkişafı ilə əlaqədar keçirilmiş tədbirlər: Karyera məsləhətçilərinin inkişafı üçün keçirilən təlimlər
ADMİU ilə Lissabon İncəsənət və Mədəniyyət Universitetləri Arasında Beynəlxalq Əməkdaşlıq
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova, prorektor dosent Nizami Əsədov və Beynəlxalq Layihələr və Əcnəbilərlə iş şöbəsinin rəhbəri Namiq Kərimov ADMİU-nun beynəlmiləlləşmə strategiyası çərçivəsində Portuqaliyanın Lissabon şəhərindəki məşhur incəsənət və mədəniyyət universitetləri ilə bir sıra mühüm görüşlər keçiriblər. İlk görüş Lissabon Universitetinin İncəsənət Fakültəsində (Faculdade de Belas-Artes da Universidade de […]
ADMİU rektorunun başçılığı ilə nümayəndə heyəti Lissabonda səfərdə olub
Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsi üzrə 01-04 iyul tarixlərində Portuqliyanın Lissabon Texniki Universitetinə daha bir məhsuldar səfər baş tutub. Səfərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova, Beynəlxalq əlaqələr üzrə prorektor Nizami Əsədov […]
Kitabxanaçılıq üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin yekun attestasiyası keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin və ADMİU nəzdində Humanitar Kollecin sonuncu təhsil ili tələbələrinin Kitabxana-informasiya mərkəzində keçdikləri istehsalat təcrübəsi yekunlaşıb. Fevral ayının 16-dan iyulun 5-dək davam edən təcrübənin sonuncu günündə tələbələrin praktiki hazırlığına rəhbərlik edən mərkəzin müdiri Tamilla Əsgərovanın müəyyən etdiyi mövzular əsasında tərtib olunmuş fərdi tapşırıqların təqdimatı baş tutub. ADMİU-nun […]