Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsi çərçivəsində daha bir işgüzar səfər 24-28 iyun tarixlərində Polşanın Bydgoszcz İqtisadiyyat Universitetində baş tutub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin sosial-mədəni fəaliyyət kafedrasının müəllimi Elçin Sərdarov da təlimlərdə […]
ADMİU “Azərbaycanda miqrantların və qaçqınların inteqrasiyası” təlimində təmsil olunub
İyulun 2-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlığı çərçivəsində “Azərbaycanda miqrantların və qaçqınların inteqrasiyası” üzrə təlim keçirilib. Təlimdə MSİBM-nın milli ekspertləri Səltənət Məmmədova, Gülnarə Pənahova və Emin Mehdizadə miqrantların cəmiyyətə inteqrasiyası ilə bağlı ilə çıxış ediblər. Təlimdə aşağıdakı mövzular müzakirə olunub:
ADMİU-nun müəllimi Özbəkistanda təltif edilib
Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda UNESCO və ICESCO-nun himayəsi ilə keçirilən II Beynəlxalq Maqom (Muğam) Sənəti Forumu keçirilib. 80-ə yaxın ölkədən 400-dən çox qonağın iştirak etdiyi forumda ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə tanınmış incəsənət xadimləri, sənətşünas və gənc ifaçılardan ibarət nümayəndə heyəti təmsil edib. Ölkəmizi təmsil edən “Vətən” muğam qrupunun tar […]
ADMİU-nun tələbələri Beynəlxalq Teatr Festivalında uğurla çıxıb ediblər
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin musiqili teatr aktyoru ixtisasının 4-cü kurs tələbələri Türkiyədə 23-29 iyun tarixləri arasında keçirilən 10-cu Bilkent Universiteti Beynəlxalq Teatr Festivalında iştirak ediblər. Kurs rəhbəri Ruslan İsmayılovun tələbələri Festivalın 4-cü günündə- iyunun 26-da səhnəyə çıxıblar. Onlar Xalq yazıçısı Elçin Əfəndiyevin “Cəhənnəm sakinləri” pyesi əsasında hazırlanmış eyniadlı səhnə əsəri […]
ADMİU-da coşğulu “MƏZUN GÜNÜ”
İyunun 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Məzun günü” keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, valideynlər, eləcə də əvvəlki illərdə universitetin məzunu olmuş tanınmış sənətçilər iştirak ediblər. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rəsmi hissənin açılışını edən […]
ADMİU-nun tələbələri “Silahlı Qüvvələr Günü”nü əsgərlərimizlə qeyd edib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət heyətinin müvafiq qərarı əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələr günü münasibətilə iyunun 25-də Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissənin əsgər və zabitləri üçün mədəni-hamilik tədbiri keçirilib. Konsert proqramında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi fakültəsinin tələbələri iştirak ediblər.
SABAH İncəsənət Festivalının açılış mərasimi keçirilib
İyunun 24-də Beynəlxalq Muğam Mərkəzində SABAH İncəsənət Festivalının açılış mərasimi keçirilib.Mərasimdə elm və təhsil nazirinin müavini İdris İsayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər. Bildirilib ki, artıq beş ildir keçirilən SABAH İncəsənət Festivalının əsas məqsədi “SABAH qrupları” […]
ADMİU “Azərbaycan Rektorlar Konfransının Yaradılması” layihəsinin yekun hesabat konfransında təmsil olunub
İyunun 20-də Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycan Rektorlar Konfransının Yaradılması” layihəsinin yekun hesabat konfransı keçirilib. Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) Tədris işləri üzrə prorektor dosent Nigar Rüstəmova, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Nizami Əsədov və “Beynəlxalq layihələr və əcnəbilərlə iş” şöbəsinin baş mütəxəssisi Məsturə Quliyeva iştirak ediblər. Dövlət himninin səslənməsi ilə […]
“PAŞA Həyat” Şirkətinin çap etdirdiyi yeni nəşrlər ADMİU-da
ADMİU-ya “PAŞA Həyat” Şirkətinin maliyyə dəstəyi ilə yeni çapdan çıxmış 4 adda 27 nüsxə kitab hədiyyə edilib. Bugünədək şirkət tərəfindən nəşr olunan 20-dən çox kitabın ölkə tarixi və mədəniyyətinin nümayiş etdirilməsi, eləcə də tariximizin dərindən araşdırılmasında mühüm əhəmiyyəti vardır. Azərbaycanın qədim tarixini, füsunkar təbiətini, çoxəsrlik mədəniyyətini özündə əks etdirən yüksək keyfiyyətli çap məhsullarının hazırlanmasına tarixçilər […]
ADMİU-nun rektoru “Qərbi Azərbaycana qayıdış” festival-konqresində iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudova 21-22 iyun tarixləri arasında keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresində iştirak edib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra qonaqlar muzeyin eksponantları ilə tanış olublar. Qeyd edək ki, Naxçıvan Muxtar […]
Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti ADMİU-da…
İyunun 13-də Özbəkistan Rəssamlıq Akademiyasının prezidenti, Xalq rəssamı Akmal Nur Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) qonaq olub. ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qonağı rəhbəri olduğu ali təhsil ocağında salamlamaqdan məmnunluğunu bildirib, onu universitetlə tanış edib. Universitetin Rəssamlıq fakültəsinin müəllim və tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olan Xalq rəssamı Akmal Nur öz […]
“Parateatral formalar və teatr” mövzusunda təlim keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində KATALİZATOR ArtHub və Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin dəstəyi ilə həyata keçirilən “Docendo discimus” layihəsi çərçivəsində universitetin Teatrşünaslıq ixtisası üzrə sonuncu təhsil ilinin tələbəsi Fatimə Qurbanzadə tərəfindən “Parateatral formalar və teatr” mövzusunda təlim baş tutub. Tədbiri giriş sözü ilə açan dosent Elçin Cəfərov mövzunun əhəmiyyətindən danışıb və Fatimə Qurbanzadənin ADMİU-da […]