Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) tərəfindən Banqkok şəhərində keçirilən Qlobal Davamlı İnkişaf Konqresi çərçivəsində “THE Impact 2024” reytinqinin nəticələri elan edilib. Bu il qiymətləndirmədə 125 ölkədən 2,152 universitet iştirak edib. Universitetlərin fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirildiyi “THE Impact 2024” reytinqinin nəticələrinə əsasən, 2024-cü ildə […]
ADMIU Taylandda keçirilən qlobal davamlı inkişaf konqresində təmsil olunur
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Tayland Krallığının Banqkok şəhərində təşkil olunan (“Global Sustainable Development Congress”) Qlobal Davamlı İnkişaf Konqresində iştirak edir. Tayland Krallığının Ali Təhsil, Elm, Tədqiqat və İnnovasiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən Konqresdə əsas məqsəd davamlı inkişaf problemlərinin təcili […]
ADMIU-da qansu vilayətinin UNESCO Assosiasiyasinin nümayəndə heyəti ilə görüş
İyunun 10-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Çin Xalq Respublikasının Qansu Vilayətinin UNESCO Assosiasiyasının sədri Du Yuncunun rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan UNESCO Klubları Asossiasiyasının sədri Cahangir Hacıyev ilə görüş olub. Qonaqları salamlayan rektor Ceyran Mahmudova universitetin fakültələri və tədris olunan ixtisaslarla bağlı ətraflı məlumat verib. Eləcə də Azərbaycanda ilk dəfə olaraq […]
ADMİU-nun müəllimi İsveçdə işgüzar səfərdə olub
Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsinin ali təhsil müəssisələrində intitusional səviyyədə davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi məqsədi daşıyan 4-cü iş paketinin icrasına başlanılıb. İş paketi çərçivəsində sahibkarlığın inkişaf etdirilməsinə dair faəliyyətlərin ali təhsil müəssisələrinin inkişaf strategiyalarına inteqrasiyası, sahə […]
BMU-nun tələbələri ADMIU-da…
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Bakı Mühəndislik Universiteti (BMU) tələbələrinin böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin ingilis dilində səhnələşdirdikləri “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur” əsəri nümayiş etdirilib. ADMİU-nun rektoru, professor Ceyran Mahmudova BMU-nun kollektivi və tələbələrinin belə bir xoş, eləcə də əhəmiyyətli təşəbbüslə çıxış etməsindən məmnunluğunu ifadə edib. Rektor tamaşanı izləyənlər […]
Ənənəvi “Gümüş Nar” festivalı COP29 layihəsinə həsr olunub
Mayın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin tələbələrinin COP29 layihəsi çərçivəsində yekun açıq hava sərgisi – ənənəvi “Gümüş nar” festivalı keçirilib. Festivalda ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər. ADMİU-nun rektoru, professor Ceyran Mahmudova tədbir iştirakçılarını salamlayaraq keçirilən “Gümüş nar” festivalı haqqında geniş məlumat verib. Bildirib ki, altıncı […]
ADMIU-da Azərbaycan Xalq Cümhuriyyətinin 106 illiyi qeyd edilib
Mayın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 106-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova bildirib ki, 28 may tarixi ölkəmiz üçün fəxrlə, qürurla qeyd edilən bir tarixdir. Çünki müstəqil milli dövlətə sahib olmaq hər bir xalqın ən böyük uğuru və […]
Qara Dəniz Universitetlər Şəbəkəsinin nümayəndə heyəti banm-də
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Qara Dəniz Universitetlər Şəbəkəsinə (BSUN) üzv olan 20 Azərbaycan universitetinin nümayəndələrinin görüşü olub. Görüşdə Şəbəkəyə üzv olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova və Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Nizami Əsədov iştirak ediblər. Tədbirə ev sahibliyi etməkdən məmnun olduğunu bildirən BANM-in rektoru Elmar Qasımov görüşün […]
“TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı öz işini yekunlaşdırıb
Mayın 22-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib. Mərasimdən öncə festivalın 3-cü günündə Qırğızıstan və Qazaxıstan təmsilçiləri səhnəyə çıxıblar. Öncə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının nəzdində Teatr kollecinin tələbələri Ç.Aytmatovun “Erkən gələn durnalar” əsəri […]
“TÜRKSOY” II Beynəlxalq tələbə tamaşaları Festivalının ikinci günü yekunlaşıb
20-22 may 2024-cü il tarixlərində TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının ikinci günü yekunlaşıb. İkinci gündə (21 may) ilk olaraq Türk dünyası İncəsənət Universitetləri Birliyinin rektorlarının 4-cü […]
Türk Dünyası Incəsənət Universitetləri birliyinin rektorları Bakıda görüşüblər
Mayın 21-də Türk Dünyası İncəsənət Universitetləri Birliyinin rektorlarının 4-cü görüşü keçirilib. TÜRKSOY II Beynəlxalq Tələbə Tamaşaları Festivalı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) baş tutan görüş TÜRKSOY-un baş katibi Sultan Rayevin sədrliyi ilə davam edib. İclasda ADMİU-nun rektoru professor Ceyran Mahmudovanın təklifi ilə Türk dünyası Beynəlxalq Estrada Mahnıları Festivalının keçirilməsi məsələsi müzakirə olunub. […]
“TÜRKSOY” II Beynəlxalq tələbə tamaşaları festivalının möhtəşəm açılış mərasimi baş tutub
Mayın 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında TÜRKSOY II Beynəlxalq Tələbə Tamaşaları Festivalının açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikası Mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Fazil Mustafa, TÜRKSOY-un baş katibi Sultan Rayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli, millət vəkilləri, Festivala qatılan qonaq universitetlərin […]