ADMİU-nun da əməkdaşlığı ilə FTLRC2024 konqresi keçirilib

7-8 Mart tarixində “Future Trends In Leisure and Recreation” (FTLRC2024) adlı konqresinin onlayn görüşü baş tutub. Ankara Hacı Bayram Vəli Universiteti ilə Mingəçevir Dövlət Universiteti, Qırğızıstan-Türkiyə Manas Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə əməkdaşlığı nəticəsində təşkil olunan “Future Trends In Leisure and Recreation” (FTLRC2024) konqresi onlayn rejimdə fəaliyyətə başlayıb. Ankara Hacı […]

ADMİU-da 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Martın 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Rəssamlıq fakültəsinin təşkil etdiyi sərgi-dəfilə keçirilib. Tədbirdə universitet rəhbərliyi, ADMİU-nun xanım əməkdaşları, tələbələr iştirak ediblər. ADMİU-nun kafedra müdiri, professor, Xalq rəssamı Arif Əziz başda rektor Ceyran Mahmudova olmaqla, universitetin bütün xanım əməkdaşlarını və xanım tələbələrini 8 mart Beynəlxalq Qadınlar […]

“İnsan nə istəyir” mövzusunda seminar keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) psixoloqu Aynur Rəhimova tərəfindən “İnsan nə istəyir?” mövzusunda seminar keçirilib. Seminarda universitetin tələbələri iştirak ediblər.Psixoloq qeyd edib ki, bir çox yanaşmaya əsasən, insan mahiyyətcə günahkardır yaxud günah və ya cinayətə meyillidir. Misal üçün psixoanalitiklər insanın təməl və şüursuz təbiəti “sərbəst buraxılarsa” onun insest, cinayət və digər cəmiyyət tərəfindən […]

Aktyor sənəti və rejissorluq sahəsində yeni dərs vəsaiti

ADMİU-nun Səhnə danışığı kafedrasının müdiri, Xalq artisti, professor Məmmədsafa Qasımovun yeni “Teatr…Kino…Aktyor” adlı dərs vəsaiti çap olunub. İxtisas üzrə fənlərin təlim nəticələrinin, aktyor və rejissor hazırlığının nəzəri və praktiki cəhətlərinin mənimsənilməsi, müvafiq bacarıq və kompetensiyaların qazanılması üçün kitabda lazımi tədris-təlim materialları toplanıb. Tədris nəşrinin əsas üstünlüklərindən biri də odur ki, burada teatr sənətində nəzəriyyə və […]

ADMİU-da “1 Mart-Ümumdünya Mülki Müdafiə Günü” keçirilib

Yasamal rayon üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsi ilə razılaşdırılmış illik tədbirlər planına əsasən martın 1-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “1 mart-Ümumdünya Mülki Müdafiə Günü” ilə bağlı tədbir keçirilib. Tədbirdə Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı Yasamal rayonu üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, universitetin işçiləri, müəllim və tələbələri fəal iştirak […]

ADMİU-da Pantomima Teatrının 30 illiyinə həsr olunmuş ETÜD müsabiqəsi keçirilib

Fevralın 29-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Dövlət Pantomima Teatrının yaranmasının 30 illiyinə həsr olunmuş ETÜD müsabiqəsi keçirilib. Müsabiqə ADMİU-nun Teatr sənəti fakültəsinin Dram teatrı və kino aktyoru, Musiqili teatr aktyoru, eləcə də SABAH Mərkəzinin Dram teatrı və kino aktyoru ixtisaslaşmalarında bakalavriat səviyyəsi üzrə I və II təhsil ilinin tələbələri arasında baş […]

ADMİU ilə Türkiyənin daha bir universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb

Fevralın 29-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristeti (ADMİU) ilə Bilecik Şeyx Ədəbalı Universiteti arasında Akademik/Elmi Əməkdaşlıq Protokolu imzalanıb. ADMİU-nun rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova və Bilecik Şeyx Ədəbalı Universitetinin rektoru Şükrü Beydemir arasında imzalanmış protokol Universitet kolleksiyalarında qrup sərgiləri və seminarlar kimi fəaliyyətlərə əsərlərin daxil edilməsini, birgə layihə və proqramların həyata keçirilməsini, […]

ADMİU-da “Sazlı-sözlü kəlağayı günləri” keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, Kəlağayı Muzeyi və ali təhsil müəssisəsinin birgə təşkilatçılığı ilə ”Sazlı-sözlü kəlağayı günləri” adlı ədəbi-bədii tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən ADMİU-nun prorektoru, dosent, Əməkdar mədəniyyət işçisi Sədaqət Əliyeva belə tədbirlərin vacibliyini vurğulayıb, kəlağayı haqqında geniş məlumat verib. “Mirvarid Dilbazi Poeziya Məclisi” […]

ADMİU-nun tələbələri Beynəlxalq Müsabiqədə diplomla təltif olunublar

Musiqi sənəti fakültəsi İnstrumental ifaçılıq kafedrasının III təhsil ili tələbəsi “Heydər Əliyev” təqaüdçüsü Həmayə Baxışova və II təhsil ili tələbəsi Səfurə Mursaliyeva Niderlandda keçirilən Beynəlxalq Müsabiqədə çıxış ediblər. Niderlandın Enschede şəhərində 17-23 fevral 2024-cü il tarixində keçirilən Pianoçuların 12-ci Beynəlxalq müsabiqəsinin ilkin mərhələsindən keçən tələbələr növbəti turda uğurlu çıxışlarına görə iştirak diplomu ilə təltif olunublar. […]

Qazax tələbələr ADMİU-da təcrübə keçirlər

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Qazaxıstan Milli İncəsənət Universiteti ilə əməkdaşlıq müqaviləsinə əsasən, Qazax Universitetinin magistratura səviyyəsinin II təhsil ilinin tələbələri elmi-tədqiqat təcrübəsi keçmək məqsədilə ADMİU-ya gəliblər. Sənətşünaslıq, Kinoşünaslıq, Musiqişünaslıq, İncəsənət menecmenti, Xalq çalğı alətləri, İnstrumental ifaçılıq və Kino prodüseri ixtisaslaşmaları üzrə təcrübə keçəcək tələbələr onlar üçün müəyyən edilmiş fəaliyyət planına uyğun olaraq […]

ADMİU-nun kollektivi və tələbələri “Ana harayı” abidəsini ziyarət edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi və tələbələri Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib. Soyqırımı abidəsinin önünə əklil qoyulub, gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.

Xocalı soyqırımının 32-Cİ ildönümü ADMİU-da anılıb

Fevralın 26-sı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.Anım mərasimində Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirini giriş sözü ilə açan […]