ADMİU Kitabxana-İnformasiya Mərkəzinə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinə həsr olunmuş 16 kitabdan ibarət “Texniki-populyar seriyadan” nəşrlər daxil olub. Yüksək keyfiyyətə, maraqlı dizayna və nəfis bədii-texniki tərtibata malik olan kitablar İstanbul şəhərində çap olunub. Bu nəşrlər neft və sənaye elmlərinin müasir vəziyyəti, inkişafı, hədəfləri, yenilikləri və aktual problemlərindən bəhs edir. Perspektivli elmi […]
“Magistr dissertasiyalarında plagiat problemi və onunla mübarizə üsulları” mövzusunda təlim
ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Elmi-analitik Mərkəz növbəti təlim təşkil edib. Magistratura təhsil səviyyəsinin II kurs tələbələrinin iştirakı ilə baş tutan təlimi universitetin Kitabxana-informasiya Mərkəzinin biblioqrafı, Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının müəllimi, AMEA-nın doktorantı Natiq Mürsəlov keçib. Tədbiri Tədris işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Rüstəmova açaraq […]
Kitabxana-İnformasiya Mərkəzinin şəxsi kitab kolleksiyası zənginləşir
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinə yeni şəxsi kitab kolleksiyası daxil olub. Universitetin Ədəbiyyat və dillər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Esmeralda Bağırlının təqdim etdiyi nəşrlər Azərbaycan və xarici dillərdə ədəbiyyat, mədəniyyət və incəsənət sahələrinə dair maraqlı kitablardır. İxtisasyönümlü bu materialların elektron məlumat bazası yaradılıb və fondda komplektləşdirilib. Mərkəzin oxu zalında nəşrlər istifadəçilərin ixtiyarına verilib. Dəyərli kitab […]
ADMİU-da təcrübə keçən tələbələr “Oxu mədəniyyəti” layihəsi çərçivəsində təşkil olunan təlimdə iştirak ediblər
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzində təcrübədə olan Kitabxanaçılıq və informasiya ixtisasının tələbələri UNEC Kitabxana-İnformasiya Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak ediblər. “Elektron resurslardan istifadə bacarıqları” və “Kitabxana etikası” mövzularında təşkil olunan tədbirdə Kulturologiya fakültəsinin IV kurs, ADMİU nəzdində Humanitar Kollecin III kurs tələbələri peşə bacarıqları ilə bağlı yeniliklərlə tanış […]
Mərkəzin ölkə kitabxanaları ilə kitab mübadəsiləsi
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi kitabxanalararası sənəd-informasiya mübadiləsi çərçivəsində daha geniş oxucu auditoriyasının nəşrlərə əlçatanlığını təmin etmək məqsədilə son dövrlərdə fəaliyyətini genişləndirir. Hər il universitetin professor-müəllim heyətinin yeni çap olunmuş kitablarının ölkənin müvafiq kitabxanalarına göndərilməsi təşkil edilir. Mərkəz həmçinin, müəllimlərin dosent və professor elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının təlimatına uyğun olaraq […]
ADMİU-nun beynəlxalq əlaqələrində yeni səhifə
ADMİU-nun 100 illik zəngin təcrübəsində tərəfdaşlıq etdiyi universitetlərlə elmi, tədris və mədəni sahələrdəki beynəlxalq əlaqələri genişlənməkdə davam edir. Avropanın incəsənət yönümlü aparıcı ali təhsil müəssisələrindən biri olan, 1818-ci ildən fəaliyyət göstərən yüksək reytinqli Jan Matejko İncəsənət Akademiyası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində görülən işlər bunu bir daha təsdiq edir. Krakov şəhərində yerləşən bu akademiya ilə tərəfdaşlıq […]
Xalq artisti Teyyub Aslanovun yeni dərs vəsaiti nəşr olunub
ADMİU-nun Muğam sənəti kafedrasının müdiri, Xalq artisti, dosent Teyyub Aslanovun “Təsnif janrının musiqi üslub xüsusiyətləri” adlı dərs vəsaiti çapdan çıxıb. Geniş səs diapazonu, poeziyanı, xüsusilə də qəzəl janrını mükəmməl bilməsi, çox səlis tələffüzü məşhur xanəndəni xalqa sevdirə bilib. İfası, özünəməxsus improvizələri ilə nəinki muğam həvəskarlarının, bu sənətə dərindən bələd olan muğam bilicilərinin rəğbətini qazanıb. Xanəndənin […]
Cəfər Cəfərovun fundamental monoqrafiyası latın qrafikasında nəşr olunub
Azərbaycan tənqidi və ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, sözün həqiqi mənasında XX əsr ədəbiyyat tariximizdə layiqli yeri olan professor, Azərbaycan EA-nın müxbir üzvü Cəfər Cəfərovun Azərbaycan teatrının 1873-1973-cü illər ərzində yüz illik tarixinin geniş, müfəssəl elmi mənzərəsini əks etdirən “Azərbaycan teatrı” fundamental tədqiqatı milli teatrşünaslığımızın inkişafında mühüm rol oynamışdır. Əsər ilk dəfə 1974-cü ildə Azərbaycan Teatr Xadimləri […]
ADMİU-nun professor-müəllim heyətinin nəşrlərindən ibarət elektron kitabxana istifadəyə verilib
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin fondunda mədəniyyət və incəsənət sahələri üzrə komplektləşdirilmiş zəngin sənəd resurslarının böyük əksəriyyəti hazırda yalnız çap formatında kitabxana istifadəçiləri tərəfindən əlçatandır, İnternet vasitəsilə virtual mühitdə təkrar istifadəsi çətindir. Bu problemin səmərəli həlli məqsədilə Kitabxana-İnformasiya Mərkəzi tərəfindən interaktiv nəşrlər yaratmaq üçün ən mükəmməl xidmətlərdən biri olan “Calameo.com” portalında elektron kitabxana təşkil edilib (https://www.calameo.com/account/dashboard).Universitetin professor-müəllim […]
ADMİU-nun qadın alimlərinin əsərləri
ADMİU Kitabxana-İnformasiya Mərkəzi hər il “8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə” təşkil etdiyi sərgi ilə qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirib. Mərkəz bununla bağlı olaraq universitetdə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış incəsənət xadimlərinin və dövlət tərəfindən təltif olunmuş qadın əməkdaşlarının elmi əsərləri, tədris və metodiki nəşrlərindən ibarət kitab sərgisi təşkil […]
“Qəhrəman təhsil işçiləri” kitabı ADMİU-da
İkinci Qarabağ müharibəsində təhsil işçilərinin qəhrəmanlıqlarından bəhs edən “Qəhrəman təhsil işçiləri” adlı kitab ADMİU Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə olunub. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən çap olunan nəşr Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisin üzvü, iqtisad elmləri doktoru Səttar Möhbalıyevin rəhbərliyi ilə tərtib olunmuşdur. Kitabda Vətən müharibəsində iştirak edən 760 nəfər təhsil işçisi haqqında […]
Qazaxıstanlı tələbələr Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar
ADMİU ilə Qazaxıstan Milli İncəsənət Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən qazaxıstanlı bir qrup tələbə Bakıda təcrübədə iştirak ediblər. Qazaxıstan Milli İncəsənət Universitetinin magistratura səviyyəsi üzrə II təhsil ilinin tələbələri ADMİU-da elmi təcrübədə olduqları müddətdə universitetin Kitabxana-İnformasiya Mərkəzi ilə yaxından maraqlanıblar. Magistrlər mərkəzin təhsil, tədqiqat və innovasiyaların təkmilləşdirilməsi sahəsindəki fəaliyyəti ilə ətraflı tanış olub, tətbiq […]