Dünyanın dörd bir tərəfində ecazkar muğam incilərimizi sevə-sevə təqdim edən tanınmış xanəndə, sözün əsl mənasında, musiqi mədəniyyətimizin elçisi, Azərbaycan və Özbəkistanın Xalq artisti, ADMİU-nun Muğam sənəti kafedrasının baş müəllimi Gülyanaq Məmmədovanın ali musiqi məktəbləri üçün tərtib etdiyi “Azərbaycan xalq mahnılarının məqam-intonasiya xüsusiyyətləri” adlı tədris nəşrinin çap olunması onun çoxillik pedaqoji fəaliyyətinin nəticəsi kimi diqqəti cəlb […]
Magistr hazırlığı üzrə ingiliscə yeni dərslik
ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın müəllifi olduğu yeni dərslik çap olunub. Bugünədək müəllifin Azərbaycan dilində təsviri incəsənət sahəsinə dair müxtəlif tədris vəsaitləri nəşr edilib və oxucuların xeyli marağına səbəb olub. “The art of the peoples of the Causcasus” (Qafqaz xalqlarının incəsənəti) adlı yeni dərslik ingilis dilində […]
ADMİU dünyada ən geniş istifadə edilən dərsliklərdən birbaşa istifadə imkanı əldə edib
Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkəmizdə təhsilin inkişafına dəstək məqsədilə çap etdirdiyi yeni nəşrləri ADMİU Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə edib. BP-nin dəstəyi ilə beynəlxalq universitetlərdə geniş istifadə edilən müxtəlif dərsliklərin Azərbaycan dilinə tərcümə edilmiş nəşrləri ölkənin ali təhsil müəssisələrinin zəngin beynəlxalq bilik və təhsil təcrübələrinə birbaşa çıxış əldə etməsinə kömək məqsədilə çap olunur. […]
Azərbaycan Milli Kitabxanasının yeni kitab hədiyyəsi
Kitabxana-İnformasiya Mərkəzinə musiqi sahəsinə dair mütəmadi olaraq Azərbaycan Milli Kitabxanası tərəfindən yeni nəşrlər hədiyyə olunur. Artıq bir neçə ildir ki, Milli Kitabxananın “Milli musiqi xəzinəmizdən” adlı layihə çərçivəsində görkəmli Azərbaycan bəstəkarlarının ötən əsrin 40-80-ci illərində çap olunan və hazırda kitabxananın Arxiv Fondunda mühafizə edilən nadir not məcmuələrini yenidən nəşr edərək mütəxəssislərin istifadəsinə verilir. Çap və […]
ADMİU ilə Azərbaycan Kinematoqrafçılar İttifaqının əməkdaşlığı
Kino sənətinin müxtəlif sahələri üzrə çap məhsullarının tərtibi, nəşri və təbliği istiqamətində Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə ADMİU arasında əməkdaşlıq uğurla davam edir. Təşkilatın əsas prioritetlərindən biri kimi çapdan çıxan kino sahəsinə dair nəşrlər mütəmadi ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə olunaraq ixtisaslı oxucu auditoriyasının nəzərinə çatdırılır. AKİ ilə universitetin aktiv əməkdaşlığının bariz nümunəsidir ki, bugünlərdə təşkilatın […]
20 yanvar
Kitabxana-İnformasiya Mərkəzinin “20 Yanvar” ümumxalq hüzn günü ilə əlaqədar təşkil etdiyi sərgi.
Tofiq Kazımov-100
Bu gün Azərbaycanın tanınmış teatr rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımovun anadan olmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq Azərbaycan Milli Kitabxanası tərəfindən virtual sərgi hazırlanıb. İnternet mühitində geniş oxucu auditoriyasının diqqətinə təqdim olunan sərgidə Tofiq Kazımovun müəllifi olduğu əsərlər, onun haqqında yazılan kitablar, dövri mətbuat səhifələrində dərc edilən […]
Rəqəmsal kitabxana – kinoşünaslıq və ekran dramutgiyasına dair nəşrlər
Kitabxana-İnformasiya Mərkəzinin rəqəmsal məlumat bazasında ADMİU-nun “Kinoşünaslıq və ekran dramaturgiyası” kafedrası üzrə tədris olunan fənlərə dair nəşrlərin elektron versiyası Sizə təqdim olunur. Bazaya daxil olan kitabları virtual mühitdə oxumaq üçün aşağıdakı link və ya QR-koddan istifadə edə bilərsiniz.https://bit.ly/3R9pjis
Xalq rəssamı Arif Əzizin 80 illik yubileyi münasibətilə virtual sərgi
ADMİU-nun “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının müdiri, professor, “Şöhrət” ordenli, Əməkdar incəsənət xadimi, Xalq rəssamı Arif Əzizin 3 yanvar 2023-cü il tarixində 80 illik yubileyi qeyd olunacaq. Bununla əlaqədar olaraq universitetin Kitabxana-İnformasiya Mərkəzi “Rənglərin harmoniyası” adlı layihə çərçivəsində A.Əzizin yaradıcılığını əks etdirən nəşrlərdən ibarət virtual sərgi hazırlayaraq geniş oxucu auditoriyasına təqdim edir. Dəyərli müəllimimizi […]
Rəqəmsal kitabxana – səhnə danışığına dair nəşrlər
Kitabxana-İnformasiya Mərkəzinin rəqəmsal məlumat bazasında ADMİU-nun “Səhnə danışığı” kafedrası üzrə tədris olunan fənlərə dair tədris nəşrlərinin elektron versiyası informasiya tələbatçılarına təqdim olunur. Bazadan aşağıdakı link və ya QR-kod vasitəsilə tanış ola bilərsiniz. https://admiu.edu.az/kitabxana/kafedralar/Sehne_danishigi.pdf
Mədəniyyət sahəsinə dair yeni tədris nəşri
ADMİU-nun Kulturologiya fakültəsinin Sosial-mədəni fəaliyyət kafedrasının dosenti, kulturologiya üzrə fəlsəfə doktoru Aygün Eyvazlının yeni dərs vəsaiti çap edilmişdir. “Azərbaycanda gender problemi: yaranması və inkişaf xüsusiyyətləri” adlı tədris nəşri gender anlayışı, qadın hərəkatları, gender və mədəniyyət, tərbiyə prosesində gender xüsusiyyətlərinin nəzərə alınması, gender streotipləri və Azərbaycan mədəniyyətində gender problemi kimi mühüm və aktual mövzuları əhatə edir. […]
Emin Sabitoğlu – 85
ADMİU Kitabxana-İnformasiya Mərkəzi “Musiqi dünyamız” layihəsi çərçivəsində hazırladığı “Emin Sabitoğlu – 85” adlı videoçarxı geniş oxucu auditoriyasına təqdim edir. Burada Azərbaycanın görkəmli bəstəkarı və ifaçısı, «Şöhrət» ordenli Xalq artisti, bir sıra məşhur mahnıların və çoxsaylı Azərbaycan filmi və tamaşalarının musiqi müəllifi Emin Sabitoğlunun zəngin yaradıcılıq irsi işıqlandırılır. Bəstəkarın yaradıcılığını əks etdirən yeni nəşrlər və onun […]