Gülşad Baxşiyeva-70

Dekabr ayının 12-də ADMİU-nun “Dram teatrı və kino aktyoru” kafedrasının müdiri, Əməkdar artist, professor Gülşad Eynulla qızı Baxşıyevanın 70 illik yubileyi tamam oldu. Sevimli aktrisamız Gülşad xanım 1952-ci ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda professor Mehdi Məmmədovun kursunu bitirib. 1975-1985-ci illər ərzində S.Rəhman adına Şəki Dövlət Dram Teatrında […]

Kitabxana-İnformasiya Mərkəzinin rəqəmsal məlumat bazaları zənginləşir

Dəyərli oxucular,ADMİU Kitabxana-İnformasiya Mərkəzi rəqəmsal məlumat bazalarını zənginləşdirməyə davam edir. Aşağıdakı link və ya QR-kod vasitəsilə ADMİU-nun “Ədəbiyyat və dillər” kafedrasında tədris olunan fənlər üzrə nəşrlərin elektron versiyası ilə tanış ola bilərsiniz. Digər kafedralar üzrə nəşrlərin rəqəmsal məlumat bazaları haqqında mütəmadi məlumatı Sizə təqdim edəcəyik.

Mədəniyyət Nazirliyi Hüseyn Cavidin ev muzeyinin kitab hədiyyəsi

Bugünlərdə ADMİU Kitabxana-İnformasiya Mərkəzinə dahi dramaturq, filosof-şair Hüseyn Cavidin yaradıcılığını əks etdirən kitablar hədiyyə olunub. Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyi tərəfindən təqdim olunan Azərbaycan və rus dillərində Məmməd Cəfərin “Hüseyn Cavid” adlı monoqrafiyası 2019-cu ildə çap olunub.Kitab Hüseyn Cavid yaradıcılığının ilk monoqrafik tədqiqatçısı, akademik Məmməd Cəfərin 1960-cı ildə çap olunmuş eyniadlı monoqrafiyasının yeni tərtibatda […]

Ustad dərsləri

ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor, Əməkdar incəsənət xadimi Əli Əmirlinin «Ustad dərsləri» adlı yeni kitabı çap olunub.

Kitabxanaçılıq və informasiya fəaliyyətinə dair yeni tədris nəşri

Kitabxana-İnformasiya Mərkəzinin fonduna ixtisasyönümlü yeni tədris ədəbiyyatı daxil olub. ADMİU-nun “Turizm və kitabxana-informasiya fəaliyyəti” kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Eldəniz Elman oğlu Məmmədovun ingilis dilində yeni çap edilmiş “History of books and libraries in Azerbaijan” (Azərbaycanda kitab və kitabxana tarixi) adlı dərs vəsaiti alimin uzunmüddətli elmi-pedaqoji və fundamental tədqiqatçılıq fəaliyyətinin nəticəsidir. Tədris nəşri E.Məmmədovun […]

ADMİU-da “Hüseyn Cavid və dünya romantizmində şərq-qərb təmasları” mövzusunda beynəlxalq tədbir təşkil olunub

Noyabr ayının 30-da ADMİU-da Azərbaycanın dahi dramaturqu, filosof-şair Hüseyn Cavidin 140 illik yubleyinə həsr olunmuş “Hüseyn Cavid və dünya romantizmində Şərq-Qərb təmasları” adlı konfrans keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyi ilə birgə təşkil edilən beynəlxalq konfransa Azərbaycan, Özbəkistan və Türkiyəli alim və tədqiqatçılar böyük ədibin zəngin həyat və yaradıcılığına həsr olunmuş məruzərlə […]

“Paşa Həyat Sığorta” şirkətinin yeni kitab hədiyyəsi

ADMİU-ya “Paşa Həyat Sığorta” ASC tərəfindən yeni çapdan çıxmış 4 adda 235 nüsxə nəşr hədiyyə olunub. Kitabxana-İnformasiya Mərkəzinin müraicəti əsasında təqdim olunan kitablar Mədəniyyət Nazirliyi, “Paşa Həyat Sığorta” ASC, “Azərbaycan Hava Yolları” QSC və “IRS Publishing House”un birgə həyata keçirdiyi “İRS” silsiləsi layihəsi çərçivəsində ərsəyə gəlib. Azərbaycan, rus və ingilis dillərində “Salam, Azərbaycan!”, “Qarabağın qara […]

ADMİU-ya ədəbiyyatşünaslığa dair monoqrafik nəşrlər hədiyyə olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, professor Salidə Şərifova əsərlərini ADMİU-ya hədiyyə edib. Ədəbiyyatşünaslıq sahəsindən bəhs edən, Azərbaycan və rus dillərində nəşr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili” (2022), […]

Kitabxananın fonduna yeni daxil olan nəşr

Azərbaycan alimi, ictimai xadim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Kamal Abdullanın yeni çoxcildli kitabları ADMİU-ya hədiyyə olunub. Xalq yazıçısının 7 cilddən ibarət “Seçilmiş əsərləri”nin 1-ci cildinə onun üç romanı və haqqında məlumat, 2-ci cildinə bir romanı, bir povesti və hekayələri, 3-cü cildinə şeirləri, esseləri, pyesləri, 4-cü cildinə “Kitabi-Dədə Qorqud” tədqiqatları, […]

“Fokus” kino jurnalının yeni nəşri

Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə və təşkilatı dəstəyilə nəşr olunan, kino peşəkarları və kino həvəskarlarının maraqla izlədiyi “Fokus” analitik kino jurnalının 11-ci sayı çap olunub. Jurnalın bu nəşrində yeni müəlliflərdən Rəhman Bədəlov, Nadir Bədəlov, Aygün Aslanlı, Sevda Sultanova, Hacı Səfərov, Elxan Xanəlizadə, Aliyə Dadaşova ilə yanaşı, artıq öz imzaları ilə tanınmış kinoşünaslardan Qismət Rüstəmov, Elçin Şamili […]

Yeni not nəşrləri oxucuların istifadəsinə verilib

Kitabxana-İnformasiya Mərkəzinə Azərbaycan Milli Kitabxanası tərəfindən xalqımızın zəngin musiqi xəzinəsini özündə əks etdirən yeni not nəşrləri hədiyyə olunub. İncəsənət tariximizdə özünəməxsus sənətkarlıq yolu keçmiş 15 müxtəlif tanınmış bəstəkarın ayrı-ayrılıqda yaradıcılığından nümunələrin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət pyeslərin toplandığı bu nəşrlər “Milli musiqi xəzinəmizdən” adlı layihəsi çərçivəsində çapdan çıxıb.ADMİU-da Musiqi sənəti fakültəsində təhsilin sənəd-informasiya təminatında […]