Xəzər İntellektual Gənclər Birliyinin universitetlərarası ilk nümayəndəliyinin təşəbbüsü, ADMİU tələbələrinin rəhbərliyi, eləcə də İntizar Şahbazi Qasımzadə, Solmaz Qocayeva, Ramal Babayev və Tələbə Gənclər Təşkilatının dəstəyi ilə “Bilik Kuboku–2025” “Nə? Harada? Nə zaman?” yarışının ilk mərhələsi keçirilib.Yarışda ADMİU-nu təmsil edən 6 komanda — Apokalipsis, Anonim, Aysberq, Orion, Middlelap və Avengers — bilik mübarizəsində iştirak ediblər.Apokalipsis komandası […]
ADMİU-nun əcnəbi tələbə və məzunlarının fotoəsərlərindən ibarət sərgi açılıb
Oktyabrın 24-də Bakı Fotoqrafiya Evində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əcnəbi tələbə və məzunlarının fotoəsərlərindən ibarət “Mən Buradayam\İ am Here” sərgisi təşkil edilib. Azərbaycan Fotoqraflar Birliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilən sərgidə tanınmış ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, ADMİU-nun professor-müəllim heyəti və jurnalistlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan […]
“Azərbaycan Respublikasının Konstitusiyası və suveren dövlət quruculuğu: keçmişdən gələcəyə” mövzusunda elmi seminar keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikasının Konstitusiyası və suveren dövlət quruculuğu: keçmişdən gələcəyə” adlı elmi seminar keçirilib. Tədbir Kulturologiya fakültəsinin Sosial-siyasi elmlər kafedrası tərəfindən təşkil olunub. Seminarın əsas məqsədi Azərbaycanın dövlət müstəqilliyi, suverenlik anlayışı və konstitusional dövlət quruculuğu prosesi ilə bağlı elmi baxışları müzakirə etmək, həmçinin müasir […]
ProQuest platforması ADMİU-da açıq istifadəyə verilib
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən tammətnli akademik informasiya bazası olan ProQuest platformasından ADMİU-da açıq istifadə imkanı yaradılıb. Bu platforma dünyanın ən böyük elmi-informasiya bazalarından biridir və akademik tədqiqatlar üçün, eləcə də, magistrantların tədris prosesində geniş məlumat resurslarına çıxış imkanı yaradır. Platforma müxtəlif məzmunlu elmi jurnal, dissertasiya, kitab, qəzet, videomaterial və istinad mənbələri […]
ADMİU TGT hesabat iclasını keçirib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Gənclər Təşkilatının (ADMİU TGT) dəyərləndirmə və hesabat iclası keçirilib.İclasda təşkilatın gələcək aylarda olacaq layihə planlamaları müzakirə edilib, yeni ideyalar təklif olunub. Həmçinin, idarə üzvlərinin fəaliyyətləri dəyərləndirilib.
ADMİU-da Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun 90 illik yubileyi münasibəti ilə tədbir keçirilib.Ədəbiyyat və dillər kafedrası tərəfindən hazırlanmış tədbirdə ADMİU rəhbərliyi, tələbələr və M.İbrahimovun ailə üzvləri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Ədəbiyyat və dillər kafedrasının müdiri, professor Fəridə Səfiyeva bildirib ki, 13 fevral […]
Tələbə qəbulu proqnozunun hazırlanması ilə bağlı növbəti iclas keçirilib
Oktyabrın 22-də Azərbaucan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2025-2026-cı tədris ili üzrə universitetə tələbə qəbulunun nəticələrinin təhlili və 2026-2027-ci tədris ili üzrə tələbə qəbulu proqnozunun hazırlanması barədə rektor professor Ceyran Mahmudovanın sədrliyi ilə növbəti iclas keçirilib. İclasda Tədris işləri üzrə prorektor dosent N.Rüstəmova, Tədris şöbəsinin müdiri N.Qafarov, Rektorun tədrisdə innovasiyalar üzrə müşaviri professor V.Məmmədova, […]
Rəssamlıq fakültəsinin tələbələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar
20 oktyabr tarixində ADMİU-nun Rəssamlıq fakültəsinin tələbələri “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənni çərçivəsində əlilliyi olan şəxslərə xidmət göstərən mərkəzlərdə infoturlarda iştirak etməyə davam edirlər. Növbəti infotur DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunub. Səfər zamanı tələbələr mərkəzin fəaliyyəti, tədris prosesi və yaradıcı məşğələlərin təşkili ilə yaxından tanış olublar. Onlar həmçinin mərkəzdə aparılan […]
Rəssamlıq fakültəsinin tələbələri inklüziv təhsil təcrübəsi qazanırlar
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin tələbələri “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənni çərçivəsində Autizm sindromlu şəxslərin reabilitasiyası istiqamətində fəaliyyət göstərən mərkəzlərdə təcrübə səfərlərində olublar.Tələbələrin bir qrupu oktyabrın 10-da “ABA Klinik” Psixologiya Mərkəzini, digər qrupu isə oktyabrın 17-də “Birgə və Sağlam” İctimai Birliyini ziyarət edib. Səfər zamanı tələbələr mərkəzlərin fəaliyyəti ilə […]
ADMİU və ARUCAD Universiteti arasında ikili diplom proqramı çərçivəsində növbəti görüş keçirilib
ADMİU (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) ilə Şimali Kiprin ARUCAD (Arkin University of Creative Arts and Design) Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində yeni tədris ilinin başlanması münasibətilə onlayn görüş keçirilib. Görüşdə ADMİU-nun tədris işləri üzrə prorektoru dosent Nigar Rüstəmova, Teatr sənəti fakültəsinin dekanı dosent Kəmalə Mehdiyeva, dekan müavini Əli Hacılı, ARUCAD […]
ADMİU Rəssamlıq fakültəsinin tələbələri Daun sindromlu şəxslərin Reabilitasiya Mərkəzində
13 oktyabr tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin tələbələri Daun sindromlu şəxslərin Reabilitasiya Mərkəzində olublar. Görüş “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənni çərçivəsində həyata keçirilib. Fənnin məqsədi — əlilliyi olan şəxslərə təsviri sənəti tədris edəcək gələcək mütəxəssisləri formalaşdırmaq, tələbələrdə həm nəzəri, həm də praktiki bilik və bacarıqların inkişafına şərait yaratmaqdır. […]
ADMİU-nun dosenti Özbəkistanda keçirilən Beynəlxalq simpoziumda iştirak edib
Özbəkistanın Daşkənd şəhərində “Türk Dünyasının Yeniləşmə Prosesləri: Türk Dünyasında Cədidçilik” mövzusunda III Beynəlxalq simpozium keçirilib. Özəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Daşkənd İqtisadiyyat və Pedaqogika Universiteti, Türkiyənin Ege Universiteti, İzmir şəhərindəki Azərbaycan Fondunun paytaxtda çap edilən “Cədid” qəzeti ilə birgə təşkil etdiyi tədbirdə Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya Federasiyası, Şimali Kipr Türk Respublikası və […]













