“Kreativ Gənclər Düşərgəsi II” uğurla reallaşıb

16-18 may tarixində “İdman Paytaxtı” Quba şəhərində “Kreativ gənclər II” düşərgəsi keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə baş tutan düşərgədə 120 nəfər tələbə iştirak edib. Düşərgədə ADMİU-nun tələbələri ilə yanaşı, Bakı Musiqi Akademiyası və Bakı Xoreoqrafiya Akademiyasının, ADMİU nəzdində Humanitar Kollecin tələbələri də təmsil olunublar. Düşərgənin […]

Günel Anarqızının “Sərhədsiz səma” kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) yazıçı, publisist Günel Anarqızının “Sərhədsiz səma” kitabının təqdimat mərasimi keçirilib. Ədəbiyyat və dillər kafedrasının təşkilatçılığı ilə keçirilən görüşdə universitetin rektoru professor Ceyran Mahmudova, universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan kafedranın müdiri, professor Fəridə Səfiyeva Günel Anarqızını salamlayıb, onun yaradıcılığı haqqında geniş […]

ADMİU-nun tələbələri İİV-ə qarşı maarifləndirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) tərəfindən maarifləndirmə aksiyası keçirilib və müayinələr aparılıb.Mərkəzin təşəbbüsü ilə təşkil olunan aksiyada universitetin müəllim və tələbələri iştirak ediblər. Tədbirdə ali təhsil ocağının tələbələrinə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında geniş məlumat verilib. Təcrübəli […]

“Sürət və cürət” müsabiqəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib

Mayın 16-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi İnstrumental ifaçılıq kafedrasının təşkilatçılığı ilə ənənəvi “Sürət və cürət” adlı III etüd müsabiqəsinin bağlanış konserti keçirilib. Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert proqramı Beynəlxalq Muğam Mərkəzində ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələrin və musiqisevərlərin iştirakı ilə baş tutub. 12-16 […]

ADMİU-da Xalq yazıçısı Kamal Abdulla və professor Rafiq Əliyevlə görüş keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Rafiq Əliyevlə görüş keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti iştirak ediblər. ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayaraq onların müəllifi olduqları “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” və “Qeyri-səlis məntiq […]

ADMİU-nun bütün fakültələri “Açıq qapı” günlərini uğurla başa vurub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bütün fakültələrində “Açıq qapı” günləri baş tutub. Açıq qapı günlərində hər fakültə müvafiq ixtisaslar üzrə orta məktəblərin son sinif şagirdlərini, abituriyentləri qəbul edib, onları universitetin ab-havası, keçirilən ixtisaslarla tanış ediblər. Abituriyentlər, müəllimlər və valideynlər mayın 6-da iki fakültədə- Teatr sənəti və Rəssamlıq fakültəsində qonaq olublar. Onlar Rəssamlıq fakültəsində […]

ADMİU-da Beynəlxalq Muzeylər Günü münasibətilə tələbə elmi konfransı keçirilib

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsi Muzeyşünaslıq və turizm kafedrasının təşkilatçılığı ilə “Yeni texnologiyaların mədəniyyətə tətbiqinin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda tələbə elmi konfransı keçirilib. Tədbirdə universitetinin müxtəlif ixtisaslarında təhsil alan tələbələr, Kulturologiya fakültəsinin dekanı, dosent Səyavuş Məhişov, Muzeyşünaslıq və turizm kafedrasının müdiri, dosent […]

Muğamın azad Ağdama Böyük Qayıdışı – Şahanə Müşfiq yazır

AĞDAMDA YENİ MUĞAM MƏRKƏZİNİN AÇILIŞI İLƏ BAĞLI MƏDƏNİYYƏT NÜMAYƏNDƏLƏRİNİN TƏƏSSÜRATLARI Şahanə MÜŞFİQ Otuz ilin sükutunu bir səs pozdu – muğam səsi. Bu səs torpağın alt qatından, dağıdılmış evlərin, viran qalmış həyətlərin, külə dönmüş səhnələrin altından süzülüb, yaddaşlara hopmuş iztirabların üstündən uçub, azadlığa çıxan bir xalqın ürəyindən gəldi. Qəlblərdə gizlənən, dillərdə nisgillə çəkilən bir səs idi […]

ADMİU-da orqan donorluğu ilə bağlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) orqan donorluğu ilə bağlı “Mən nə üçün donor olmaq istəyirəm?” adlı maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru, dosent Sədaqət Əliyeva orqan donorluğunun əhəmiyyəti haqqında danışıb, insan həyatı üçün olduqca əhəmiyyətli olan bu mövzu ilə bağlı cəmiyyətimizin daha çox maariflənməsinə […]

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının təşkilatçılığı ilə ənənəvi “Sürət və cürət” III etüd müsabiqəsinin açılış konserti keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert proqramı Beynəlxalq Muğam Mərkəzində ADMİU rəhbərliyinin, professor-müəllim heyətinin, tələbələrin və musiqisevərlərin iştirakı ilə baş tutub. Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova artıq 3-cü dəfədir keçirilən və ənənə halını alan müsabiqənin əhəmiyyətindən danışıb, onu tələbələrin öz praktiki bacarıqlarını artırmaları, Azərbaycan və […]

“Azərbaycanda kitabxana işinin inkişafında Heydər Əliyev mərhələsi” adlı tələbə elmi-praktiki seminar

ADMİU-nun Kitabxana-informasiya mərkəzi tərəfindən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycanda kitabxana işinin inkişafında Heydər Əliyev mərhələsi” adlı tələbə elmi-praktiki seminar keçirilmişdir. Tədbirin məqsədi Ümummilli liderimiz Heydər Əliyevin kitabxana işinə verdiyi töhfələrin elmi baxımdan təhlili və bu sahədə gənc tədqiqatçıların fəallığını artırmaq olmuşdur. Seminarda ADMİU-nun Kulturologiya fakültəsinin sonuncu təhsil ilinin Kitabxana-informasiya mərkəzində istehsalat təcrübəsində olan […]

ADMİU-nun doktorantı Avropa Kino Akademiyasına üzv seçilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) doktorantı, 2022-ci il Prezident mükafatçısı, rejissor Azər Quliyev dünya nüfuzlu Avropa Kino Akademiyasına (European Film Academy) üzv seçilib.Qeyd edək ki, Azərin son ekran əsəri “Sanki Yoxsan” keçən il Kann film festivalının əsas müsabiqəsində yer alaraq Azərbaycan kino tarixində azərbaycanlı rejissorun Kann festivalının əsas müsabiqəsinə seçilməklə bir tarixi ilkə […]