Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru, Əməkdar incəsənət xadimi Bayram Hacızadənin üç cilddən ibarət “Kirpi”nin rəssamları (1925-1969 I cild, 1980-1991 II cild, 1970-1979 III cild) Rəssamlıq təmayüllü ali təhsil müəssisələri üçün dərs vəsaiti işıq üzü görüb.“Kirpi”nin rəssamları adlı dərs vəsaiti Azərbaycan incəsənətinin ayrılmaz tərkib hissəsi olan karikatura sənətinin […]
Admiu-nun rektoru litvalı rejissor Audrius Stonis ilə görüşüb
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə şəhərimizin qonağı olan Litvanın tanınmış rejissoru Audrius Stonis, İttifaqın sədri, xalq artisti Şəfiqə Məmmədova və Litvanın Azərbaycandakı səfiri cənab Valdas Lastauskas oktyabr ayının 16-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı olublar.Ənənəvi olaraq ilk öncə qonaqları Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva qəbul edib. Görüşdə rektor Universitetdə […]
“Kapelhaus” Alman–Azərbaycan mədəniyyət mərkəzində görüş
“Kapelhause” Alman Azərbaycan mədəniyyət mərkəzində Azərbaycan almanlarının Milli Mədəni cəmiyyəti olan – “Dirçəliş” (Widergeburt) təşkilatı Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə “Musiqi sənəti” fakültəsinin Tələbə Elmi Cəmiyyətinin xətti ilə “Yeni il” başlığı altında yaradıcı ifa işləri tədqim olunub.
“Romeo və Culyetta” tamaşası ADMİU tələbələrinin ifasında
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sabah” qrupları III kurs aktyor sənəti ixtisası tələbələrinin ifasında, kursun rəhbəri və quruluşçu rejissoru, əməkdar artist Nofəl Vəliyev tərəfindən hazırlanan “Romeo və Culyetta” faciəsi tamaşaçılara təqdim olunub. Dünya ədəbiyyatının ən məhşur dramaturqlarından biri, adı tarixdə 100 ən çox öyrənilən şəxsiyyətlər siyahısına daxil edilmiş Şekspirin vəfatının 400 illiyinə həsr olunmuş […]
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliği” mövzusunda forum keçirilib
“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Republikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2016-cı ildə elan etdiyi 3-cü maliyyə müsabiqsənin qalibi olduğu “Azərbaycançılıq ideyasının mədəniyyət müəssisələrində təbliği” layihəsi çərçivəsində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliği” mövzusunda Forum keçirilib. Forum iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini […]
ADMİU tələbələri müsabiqədə I və II yerlərə layiq görüldülər
Dekabrın 24-də Azərbaycan Dövlət İqtisad Universitetində “ İqtisadçı Tələbələrə Dəstək “ İctimai Birliyi və UNEC Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “I Universitetlərarası Ana dili” müsabiqəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan UNEC-in Tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova qonaqları salamlayaraq müsabiqənin önəmi haqqında zala toplaşanlara məlumat verib. Daha sonra “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin […]
“Vətən məni yetişdirib” vətənpərvər musiqi müsabiqəsi
24 dekabr tarixində ADMİU-da , Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən “Vətən Məni Yetişdirib” adlı vətənpərvər musiqi müsabiqəsi keçirilib. Müsabiqədə qaliblər diplom və mükafatla təltif olunublar. I yerin qalibi – Sevinc Abidinova, II yerin qalibi – Şəfiqə Abbasova, III yerin qalibi – Kamil Abbasov […]
“Sənətə sədaqət” adlı kitabın təqdimat mərasimi keçirilib
23 dekabr 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əməkdar artist, dosent Mirnazim Əsədullayevə həsr olunmuş “Sənətə Sədaqət” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tanınmış incəsənət xadimləri və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan akademik, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Rəfael Hüseynov çıxış edərək vurğulayıb ki: “Mirnazim Əsədullayev […]
ADMİU-da Aydın Əzimovla görüş keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Musiqi sənəti” fakültəsinin təşkilatçılığı ilə, professor, əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimovla “Mahnı, təsnif, şikəstə” mövzusunda seminar keçirilib.
“Qədim dövlətlərimiz, şəhərlərimiz, abidələrimiz: biz nə bilirik” – müsabiqə
Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikultralizm Mərkəzi “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində “Qədim dövlətlərimiz, şəhərlərimiz, abidələrimiz: biz nə bilirik” mövzusunda ali məktəb tələbələrinin iştirakı ilə bilik müsabiqəsi təşkil edib. Müsabiqə Qafqaz Albaniyasının şəhərlərini, abidələrini öyrənmək məqsədi daşıyır. Müsabiqəyə Tələbə elmi cəmiyyətinin xətti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, […]
ADMİU tələbələri ADA Universitetinin kitabxanasında olublar
15.12.2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müəllimi Nərminə Abdullayevanın tədris etdiyi “Kitabxana-informasiya texnologiyaları” fənninin 14-cü “Respublika kitabxanalarında informasiya kommunikasiya texnologiyalarının tətbiqi” mövzusundan irəli gələn təşəbbüsü ilə Kitabxanaçılıq-informasiya ixtisası üzrə təhsil alan II kurs tələbələri Azərbaycan Diplomatik Akademiyasının Kitabxanasında ekskursiyada olublar. 2 saatlıq ekskursiya zamanı ADMİU-nun müəllim və tələbə […]



