Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin tələbələri, ADMİU Tələbə Həmkarlar Komitəsinin rəhbərliyi ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının 10 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbirin sonunda tələbələrə çıxışlarına görə Akademiya tərəfindən təşəkkürnamə verilib.
Azərbaycan Sosial İş İctimai Birliyi “Sosial iş və sosial xidmətlərin inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzusunda dəyirmi masa təşkil edib
Azərbaycan Sosial İş İctimai Birliyi “Sosial iş və sosial xidmətlərin inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzusunda Dəyirmi Masa təşkil edilib. Azərbaycan Sosial İş İçtimai Birliyi (AZSSİB) 13 Dekabr 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan sosial iş ixtisasının tanınması və sosial xidmətlər keyfiyyətinin yaxşılaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı dəyirmi masa müzakirəsi keçirilib. Dəyirmi […]
“Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” mövzusunda respublika elmi-nəzəri konfrans keçirilib
Əlyazmalar İnstitutunda “Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib. ADMİU-nun professoru Aqşin Babayevin iştirak etdiyi konfransda AMEA M.Füzuli adına Əlyazmalar İnstitunun əməkdaşlarından tarix elmləri doktoru Tahirə Həsənzadə “ XIX əsr Qacarlar nəslinin iki ziyalısı Bakı şəhəri haqqında”, fil.ü.e.d. Nailə Səmədova “Yusif Vəzir Çəmənzəminli publisistikasında multikultural dəyərlər”, tarix üzrə fəlsəfə doktoru […]
ADMİU-nun dosenti Azərbaycan Universitetinin Sosial iş fakültəsində konfransda iştirak edib
14 dekabr 2016-cı il tarixində Azərbaycan Universitetinin Sosial iş fakültəsində qadınlara qarşı zorakılıqla mübarizə yolları müzakirə olunub. Müzakirə üç nəsilin eyni evdə yaşadığı ailədə gənc bir xanımın məruz qaldığı məişət zorakılığı real keysi ətrafında aparılıb. Mövzu üzrə ekspertlər keysi hərtərəfli müzakirə edərək, bənzər problemlərin həlli istiqamətində səmərəli çıxış yolları axtarıb, təkliflər veriblər. Dəyirmi masada dünyada […]
Ramiz Rövşən ADMİU-nun qonağı oldu
14 dekabr 2016-cı il tarixində ADMİU-da , Azərbaycan ədəbiyyatında öz sözünü demiş şairlərdən olan Ramiz Rövşənin 70 illik yubileyinə həsr olunmuş “Müasir şerimizin nəfəsi” adlı ədəbi-bədii mərasim keçirilib. Şairin özünün də iştirak etdiyi bu mərasimdə universitetin professor-müəllim heyəti, qiraət ustaları və tələbələr çıxış ediblər. Tədbiri giriş sözü ilə açan, universitetin prorektoru, professor Gülşən Əliyeva qonağa, […]
ADMİU-nun tələbələri beynəlxalq festivalda
ADMIU-nun “Musiqi sənəti” fakültəsinin instrumental ifaçılığı kafedrasının müəllim və tələbə heyəti 7-12 dekabr 2016-cı il tarixlərində, Polşanın Volin adasında “XII İnternational Culture Caravan” proyekti çərçivəsində keçirilən Christmas Gift Beynəlxalq festival-müsabiqəsinə iştirak etmək dəvətini alıblar. İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı Mehdiyeva Səbinə münsiflər heyətində iştirak edib və beynəlxalq mədəni […]
ADMİU-nun tələbəsinin rejissor işi nümayiş olunub
Mədəniyyət və İncəsənət Universitetinin “Teatr rejissoru” ixtisasında təhsil alan, 4-cü kurs tələbəsi Fuad Cavadzadə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə A.Kəngərlinin “Bəla” adlı pyesini tamaşaçılara təqdim edib. Ə.Əmirov adına Mədəniyyət Sarayının yaradıcı aktyorları ilə hazırlanan pyes 5 dekabr R.Behbudov adına Dövlət Mahnı Teatrında nümayiş etdirilib. Maraqla qarşılanan tamaşanın sonunda, Bakı şəhər […]
“İşğaldakı sərvətimiz” adlı bədii rəsm sərgisinin bağlanış mərasimi keçirilib
07 dekabrda Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən “İşğaldakı Sərvətimiz” adlı bədii rəsm sərgisinin bağlanış mərasimi keçirilib. Qonaqlar Mərkəzin “ Muzey” bölməsi ilə tanış olduqdan sonra ulu öndərin büstünü ziyarət edərək umummilli liderin əziz xatirəsini yad ediblər. Tədbirdə Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər. Gənc rəssam, layihənin rəhbəri Fidan Böyükbabalı çıxışında bildirib ki, Qarabağda […]
Dünya Gözəllik Konqresinin prezidenti Zamir Hüseynov ADMİU tələbələrinə ustad dərsi keçib
Rəssamlıq fakültəsinin tələbələrinə dünya gözəllik konqrensinin prezidenti Zamir Hüseynov ustad dərsi keçib. Dərsin əsasını, dünyanın tanınmış moda evlərində modeliyerlər işə necə qəbul olunur; Beynəlxalq Moda yarışmalarında iştirak etmək üçün nələri bilmək mütləqdi; gənc dizaynerlər öz işlərini beynəlxalq moda bazarına necə çıxara bilər – mövzuları təşkil edib.
ADMİU-da TGT, THİK, ADMİU YAP özəyinin təşkilatçılığı ilə Azərbaycanın ümummilli lideri, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Tədbir ulu öndərin Universitetdəki büstünün qarşısına tər çiçək dəstələrini qoymaqla başladı. İclası giriş sözü ilə açan Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor professor Gülşən Əliyeva Heydər Əliyevin cahanşümul fəaliyyətindən, Azərbaycan mədəniyyətinə qayğısından danışaraq dedi: “Azərbaycanın müasir tarixi dahi siyasətçi, zəmanəmizin böyük dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan […]
ADMİU-nun “Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” respublika elmi-nəzəri konfransı keçirilib
09 dekabr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Multikulturalizm ilinə həsr olunmuş “Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” respublika elmi-nəzəri konfransı keçirilib. Giriş şoru ilə çıxış edən Universitetin rektoru, professor Fərəh Əliyeva konfransın mahiyyətindən danışdı. O, qeyd etdi ki, “ Bildiyimiz kimi ölkəmizdə “2016-cı il Multikulturalizm ili” ilə bağlı bütün müəssisələrdə […]
Ali məktəb kitabxanalarının hesabatı
07 dekabr 2016-ci il tarixində Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında ali məktəb kitabxana direktorlarının iştirakı ilə görüş keçirilib. BDU-nun Elmi Kitabxanasının direktoru Sara İbrahimovanın iştirakı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 iyul 2016-cı il, 266 saylı qərarı ilə “Ali təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”nin və “Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi” nin təsdiq edilməsi və […]


