25 oktyabr 2016-cı il tarixində Qərb Universiteti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə birgə “İntermediallıq məsələləri, Musiqi və Ədəbiyyat” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirmişdir. Konfrans ADMİU-nun tələbələrindən ibarət muğam üçlüyünün ifası ilə açıq elan edildi. Konfransda hər iki ali məktəbin professor-müəllim və tələbə heyəti ilə yanaşı, Tokio İncəsənət […]
“23-ün səsi” layihəsi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 23 saylı orta məktəb ilə əməkdaşlıq çərçivəsində “23-ün Səsi” proyektinə start verildi. İştirakçılara uğurlar!
“Bu-ta”-nıtım layihəsi
28 oktyabr 2016-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, YAP Gənclər Birliyinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilati dəstəyi ilə Abşeron Rəsm Qalereyasında saat 18:00-da “Bu-Ta”-nıtım lahiyəsinin açılışı olacaq. 30 nəfər gənc dekaorativ tətbiqi sənət ustasının münsiflər heyəti tərəfindən seçilmiş 50-ə yaxın əsəri 28,29, 30 oktyabr tarixlərində Abşeron Rəsm […]
ADMİU-da “Təhsil millətin gələcəyidir” adlı layihə keçirilib
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, YAP Gənclər Birliyinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə “Təhsil millətin gələcəyidir” layihəsinin növbəti təlimi keçirilmişdir. Layihənin girişində layihə rəhbəri Tural Bayramlı təlimdə keçiriləcək mövzular barədə qısa məlumat verdi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin YAP Gənclər Birliyinin sədri Orxan Məmmədov müasir texnologiyaların […]
“Nə? Harda? Nə zaman?” intellektual bilik yarışması
ADMİU-da Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının təşkil etdiyi “Nə? Harda? Nə zaman?” adlı intellektual bilik yarışması keçirilib. Növbəti həftə final mərhələsi baş tutacaq.
ADMİU-da xalq şairi, dramaturq Nəriman Həsənzadə ilə görüş olub
20 oktyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xalq şairi, dramaturq Nəriman Həsənzadə ilə görüş olub. Qonağı əvvəlcə universitetin rektoru, professor Fərəh Əliyeva salamlayaraq onu ali məktəb ocağında görməkdən məmnunluğunu ifadə edib. Universitetin gənclərinin şairi tanımasını və onun əsərlərindən aktyor və rejissor tələbələrin öz dərs prosesində geniş istifadə etdiyini vurğuladı. Tələbələrin bu […]
ADMİU-da internat evindən olan balacalarla görüş
Bu gün Bilgəh qəsəbəsinin 11 saylı internat evinin uşaqları və müəllim heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı olub. “Səda” tədris teatrında baş tutan görüşdə Universitetin rektoru, professor Fərəh Əliyeva və professor – müəllim heyəti iştirak edib. Prorektor, professor Gülşən Əliyeva qonaqları salamlayaraq tədbiri açıq elan etdi. Daha sonra ikinci kurs “Aktyor sənəti” […]
ADMİU-da 18 oktyabr – Dövlət müstəqillik günü qeyd olunub
17.10.2016-cı tarixində ADMİU-da Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü qeyd olunub. Tələbə Gənclər Təşkilatının sədrliyi ilə baş tutmuş, tələbələrin və professor-müəllim heyətinin iştirak etdiyi tədbirin açılışında Universitetin prorektoru, professor Gülşən Əliyeva giriş sözü ilə çıxış edərək müstəqillik gününün mühüm tarixi haqqında məlumat verərək ölkəmizin bu müstəqilliyə nail olması uğrunda çoxəsirlik mübarizəsindən danışdı. Daha sonra professor Aqşin Babayev […]
ADMİU-da Twinning proqramı çərçivəsində görüş keçirilib
10.10.2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Avropa ittifaqının maliyyə dəstəyi ilə Vyana şəhəri İşçi Nümayəndəliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə icra olunaraq ölkəmizdə həyata keçirilən Twinning proqramının “Azərbaycanda Sosial Xidmət Təminatının İnkişafı” layihəsi çərçivəsində görüş təşkil olunub. Daimi Twinninq müşaviri Herbert Paulişin I və II […]
ADMİU-nun “Sosial iş” fakültəsinin tələbələrinə ustad dərsi verilib
07.10.2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Qızıl aypara cəmiyyətinin “Sağlamlıq” proqramının rəhbəri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun “Pediatriya” kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova 1-ci kurs Sosial iş fakültəsinin tələbələrinə ustad dərsi keçib. Dərsin mövzusunu “10 oktyabr ümumdünya psixi sağlamlıq günü” təşkil edib.
ADMİU-da Sabirə Dünyamalıyeva ustad dərsi keçib
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, Sənətşünaslıq doktoru, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Sabirə Dünyamalıyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrə ustad dərsi keçib. Dərs zamanı tələbələrə, onların öz təqdimatı ilə milli geyimlərimiz nümayiş olunub. Sabirə xanım geyimlərin tarixindən və xarakterik xüsusiyyətlərindən ətraflı məlumatı tələbələrə çatdırıb.


