Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ənənəvi olaraq “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” XV Beynəlxalq elmi-praktiki konfransını keçirib. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında baş tutan bu ilki konfrans Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunub. Konfransı Universitetin rektoru professor Fərəh Əliyeva açaraq, hər il ənənəvi keçirilən konfransın əhəmiyyətindən, bu dəfə də […]
ADMİU-nun rektoru Özbəkistanda səfərdə olub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Fərəh Əliyeva aprel ayında Özbəkistanda səfərdə olub. Səfər çərçivəsində rektor “Orta Şərq alimləri və mütəfəkkirləri tarixi irsində mədəniyyət və incəsənət problemləri” Beynəlxalq elmi-praktiki konfransında Azərbaycan musiqi mədəniyyəti: ənənələr və müasirlik mövzusunda maraqlı məruzə ilə çıxış edib. Səfər zamanı Fərəh Əliyeva Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun […]
ADMİU-nun rektoru Şanxayda İpək Yolu Musiqi İnstitutlarının rektorlar forumunda
27-30 aprel 2016-cı il tarixlərində ADMİU-nun rektoru professor Fərəh Əliyeva Şanxay Musiqi Konservatoriyası İpək yolu Musiqi İnstitularının Rektorlar forumunda iştirak edib. 3 seksiyadan ibarət olan forumda F.Əliyeva “Azərbaycan musiqi tədrisi və mədəni müxtəliflik” mövzusunda çıxış edib. Azərbaycanla yanaşı, Çin, Hindistan, Özbəkistan, Rusiya, Monqolustan, Pakistan, Qazaxıstan, İran, Macarıstan, Belarusiya musiqi və incəsənət ali məktəblərinin rektorlarının iştirakı […]
ADMİU-nun kitabxanasında “Nadir və qiymətli ədəbiyyat nümunələri” sərgisi keçirilib
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzində mütəmadi olaraq müxtəlif elmi mövzulara, əlamətdar və tarixi günlərə, görkəmli mədəniyyət və incəsənət, dövlət xadimlərinin yubileylərinə həsr edilmiş ənənəvi və virtual ədəbiyyat sərgiləri və eyni zamanda yeni daxil olan kitabların sərgiləri təşkil olunur. Hazırda nümayiş olunan sərgi isə Nadir və Qiymətli kitablardan ibarətdir. Maddi və mənəvi mədəniyyət sərvəti sayılan bu kitablar 1900-1947-ci […]
ADMİU-da “Bahar nəğmələri” adlı konsert keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kaman ifaçısı, Əməkdar artist Ədalət Vəzirovun anadan olmasının 65 illiyinə həsr olunan konsert keçirilib. “Bahar nəğmələri” adlanan konsertdə mərhum sənətkarın qızı, “İnstrumental ifaçılıq” kafedrasının müəllimi, pianoçu Aydan Vəzirovanın tələbələri çıxış edərər Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa ediblər.
ADMİU tələbələrinin Beynəlxalq Muğam Mərkəzində möhtəşəm konsert proqramı olub
Aprel ayının 29-u Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə-Gənclər Estrada orkestrinin Beynəlxalq Caz gününə həsr olunan konsert proqramı anşlaqla keçib. Konsertdə ifaçılıq və solo ixtisası üzrə təhsil alan müxtəlif kurs tələbələrindən ibarət olan Tələbə-Gənclər Estrada orkestri Allahyar Vəzirovun rəhbərliyi ilə Azərbaycan və xarici bəstəkarların əsərlərini səsləndirib.
ADMİU-da aşıq Pənah Pənahovun 90 illik yubileyi qeyd olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səda Tədris teatrında Aşıq Pənah Pənahovun 90 illik yubileyi ilə bağlı əbəbi-bədii gecə keçirilib. Tədbir “Aşıq sənəti” kafedrasının müdiri Aşıq Əhlimanın təşkilatçılığı, dəvət edilmiş dəyərli qonaqlar, Ustad Aşığın oğlu, nəvələri, Universitetin müəllim-tələbə heyətinin iştirakı, maraqlı çıxışları ilə baş tutub.
Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş “Ədəbiyyatımızın müsəlləh əsgəri” adlı tədbir keçirilib
Aprel ayının 27-də Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında “Səda” Tədris Teatrının təşkilati dəstəyi ilə xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyinə həsr olunmuş “Ədəbiyyatımızın müsəlləh əsgəri” adlı tədbir keçirilib. Tədbirdə Mədəniyyət və Turizm İdarəsinin Mədəniyyət siyasəti sektorunun müdiri S.Məmmədova, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, […]
ADMİU “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ilə yaradılan telekörpüdə iştirak edib
Multikulturalizmin tarixi kökləri maddi-mədəniyyət abidələrimizdə 22 aprel tarixində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Multikulturalizm ili” çərçivəsində “Qalada mədəniyyətlər qovuşur” devizi altında silsilə tədbirlərin ilkin mərhələsi kimi 18 aprel Beynəlxalq Abidələr və tarixi yerlər günü, həmçinin 22 Aprel Beynəlxalq Yer Kürəsi gününə həsr olunmuş “Multikulturalizmin tarixi kökləri maddi-mədəniyyət abidələrimizdə” adlı tədbir keçirilib. Konfransda açılış sözü ilə “Qala” […]
ADMİU-nun tələbəsi beynəlxalq müsabiqədə qalib olub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin İnstrumental ifaçılıq üzrə təhsil alan, II kurs tələbəsi Leyla Əhmədova İslam ölkələri arasında keçirilən Gənc İfaçıların V beynəlxalq müsabiqəsində III yeri qazanaraq laureat adına layiq görülüb. (Müəllim İnstrumental ifaçılıq kafedrasının müdiri, dosent Səbinə Mehtiyeva)
ADMİU-da “Azərbaycan muğamşünaslığı” kitabının müzakirəsi keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyası Memarlır və İncəsənət İnstitutu tərəfindən dərc olunan “Azərbaycan Muğamşünaslığı” monoqrafiyasının müzakirəsi keçirilib. Universitetin professor müəllim və tələbələrinin iştirakı ilə keçən müzakirədə əvvəlcə kafedranın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent Kamilə Dadaşzadə iştirakçıları salamalayaraq kitab haqqında ümumi məlumat verib. […]


