Mayın 2-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsinin Səhnə danışığı kafedrasının təşəbbüsü ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə “Ordan – burdan” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə universitetin tələbələri Əli Nurzadə, Samirə Xanlarova, Məhəmmədəli Namazov, Günel Həmidova, Səma Muğanna, Türkan Qarayeva, Səbuhi Abbasov, Mehriban Nuriyeva, Ayla Əliyeva, Firuzə İsmayıl, […]
“Azərbaycan Respublikasında mədəni müxtəliflik və sosial münasibətlər” mövzusunda dəyirmi masa
Mayın 2-də Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitutsiya və Suverenlik ili elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrə həsr olunmuş “Azərbaycan Respublikasında mədəni müxtəliflik və sosial münasibətlər” mövzusunda elmi seminar formatında dəyirmi masa keçirilib. Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra iştirakçılar qarşısında çıxışlar olub. Elmi seminarda Sosial-mədəni fəaliyyət […]
Səhnəmizin “Ana” simvolu
Bu gün Əməkdar artist, görkəmli sənətkar, teatr və kino aktrisası Ətayə Əliyevanın anadan olmasının 105 illiyi tamam olur. Sevimli aktrisamız teatr səhnəsi və televiziya tamaşalarında qazandığı uğurlarını filmlərdə də təkrarlamağı bacarmaqla parlaq istedad sahibi olduğunu təsdiq etmişdir. Həyatını sənətə həsr edən, Türkmənistanda doğulub, adını Azərbaycanın teatr və kino salnaməsinə yazdıran Ətayə Əliyeva Bakıda Teatr Texnikumunda […]
ADMİU-da şəxsi inkişafla bağlı təlim keçirilib
Mayın 1-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Boğaziçi kampus-yaşam koçu şəxsi inkişaf mentoru Günel Piriyeva tərəfindən təlim keçirilib.Təlimin məqsədi tələbələrə öz məqsədlərini müəyyənləşdirmək və onlara doğru sistemli şəkildə irəliləməyi öyrətmək, daxili motivasiyanı gücləndirmək və özünəinamı artırmaq, qarşıya çıxan çətinliklərə baxmayaraq, əzm və səbrlə davam etmə bacarığını […]
ADMİU-nun Elmi Şurasının növbəti iclası baş tutub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəlik məsələlərinə keçməzdən öncə ənənəvi olaraq son Elmi Şura iclasından keçən vaxt ərzində yubileyi qeyd olunan, eləcə də müxtəlif beynəlxalq tədbirlərdə universitetimizi təmsil edərək fərqlənən əməkdaşlar təbrik edilib. Universitetin rektoru professor Ceyran Mahmudova Teatrşünaslıq kafedrasının professoru Məryəm Əlizadə, Aşıq sənəti kafedrasının professor […]
“Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXIV Beynəlxalq elmi-praktiki konfrans keçirilib
Aprelin 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXIV Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransa ölkə daxilindən və xaricdən müxtəlif ali məktəb və mədəniyyət ocaqlarını təmsil edən elm adamları qatılıblar. Konfransı giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qonaqları salamlayıb və konfransın işində uğurlar diləyib. Rektor […]
ADMİU-da Yuvenal Ədliyyədə Sosial iş mövzusunda məruzə deyilib
Aprelin 28-də Sosial-mədəni fəaliyyət kafedrasının təşəbbüsü və Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) magistr I kurs tələbəsi Eşqin Yusifli tərəfindən sosial iş ixtisasının tələbələrinə Yuvenal Ədliyyədə sosial iş adlı məruzə deyilib. Məruzəçi çıxışında yuvenal ədliyyənin əsas məqsədindən, ən önəmli prinsiplərindən bəhs edib. Qeyd edilib ki, Azərbaycanda da son dövrlərdə […]
ADMİU-nun müəllimi Beynəlxalq Festivalın Qran pri qalibi olub
26-28 aprel tarixlərində Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə reallaşan IV Beynəlxalq Baxşı Festivalının bağlanış mərasimi keçirilib. Festivalda Azərbaycan Ozan Aşıq sənətini təmsil edən ADMİU-nun Musiqi sənəti fakültəsi Aşıq sənəti kafedrasının müəllimi Qəlbinur İbrahimli Qran pri qalibi olub.Xatırladaq ki, IV Beynəlxalq Baxşı Festivalının münsif kürsüsündə ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri, Əməkdar […]
ADMİU-da Karyera günü keçiriləcək
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli teatrşünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadənin anadan olmasının 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları, muzey işçiləri, media nümayəndələri, yubilyarın ailə üzvləri və dostları iştirak ediblər. Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi […]
ADMİU-da dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib
Aprelin 25-də ADMİU-nun Kulturologiya fakültəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında başlayan konfransı giriş sözü ilə Kulturologiya fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səyavuş Məhişov açıb. O konfransın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində […]
ADMİU-nun dosenti Samirə Əliyeva Özbəkistanda keçirilən IV Beynəlxalq Вахşı Festivalının münsifidir
Aprelin 26-da Özbəkistanın qədim Xivə şəhərində IV Beynəlxalq Вахşı Festivalının açılış mərasimi keçirilib. Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə reallaşan musiqi bayramına dünyanın 40 ölkəsindən musiqiçilər, elm və mədəniyyət xadimləri, bахşı (aşıq) sənətinin tədqiqatçıları, xalq ədəbiyyatının biliciləri qatılıblar. Festivalın açılış mərasimində Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, […]
ADMİU Məzunlar Assosiasiyasının yeni layihəsi- “Bir söhbət, min hekayət”
LAYİHƏNİN İLK QONAĞI XALQ ARTİSTİ GÜLYANAQ MƏMMƏDOVA OLUB Aprelin 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Məzunlar Assosiasiyasının təşəbbüsü ilə “Bir söhbət, min hekayət” adlı tədbir keçirilib. Tədbir çərçivəsində ADMİU-nun məzunu, eləcə də Muğam sənəti kafedrasının dosenti, Xalq artisti Gülyanaq Məmmədova ilə görüşə baş tutub. Görüşdə ADMİU rəhbərliyi, Məzunlar Assosiasiyasının üzvləri və tələbələr iştirak […]