“Beynəlxalq autizm konfransı: Autizm: Tədqiqatdan təcrübəyə” adlı elmi konfrans keçirilib

23-25 aprel tarixlərində “Beynəlxalq autizm konfransı: Autizm: Tədqiqatdan təcrübəyə” adlı elmi konfrans keçirilib.Konfransın məqsədi beynəlxaq mütəxəssislərin təqdimatında autizm haqqında müasir elmi araşdırmaları, həmçinin autizmə effektiv müdaxilə metodları, autizmli şəxslərin inklüziv təhsilə cəlb edilməsi və onlar üçün dayanıqlı məşğulluq imkanları haqqında yenilikləri əlaqədar sahələrdə çalışan yerli mütəxəssislərin diqqətinə çatdırmaq, həmçinin autizm haqqında maarifləndirmə aparmaq olub. Tədbirdə […]

ADMİU-da Çaykovskinin “İlin Fəsilləri” əsəri ilə bağlı ustad dərsi keçirilib

Aprelin 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin “Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının təşəbbüsü və Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin (TEYC) təşkilatçılığı ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülnar Verdiyeva tərəfindən ustad dərsi keçirilib. G.Verdiyeva dahi bəstəkar Çaykovski (Pyotr İlyiç Çaykovski) tərəfindən bəstələnmiş “İlin Fəsilləri” əsəri haqqında tələbələrə məruzə edib. O, çıxışında […]

ADMİU-nun prorektoru Sevil Kərimova Bişkekdə mühazirə keçib

Qırğızıstanda təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri maraqlı tədbirlərlə davam edir. Mədəniyyət günləri gedişində aprelin 22-də Qırğızıstan Milli İncəsənət Muzeyində sənətşünas alimlərimizin mühazirələri təşkil olunub. Mühazirələri müvafiq sahələr üzrə tələbələr, mədəniyyət işçiləri və tədqiqatçılar dinləyiblər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Beynəlxalq əlaqələr üzrə prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova “İrs inciləri: Azərbaycan […]

ADMİU-nun müəllimləri Bişkekdə Azərbaycan Mədəniyyəti Günlərində iştirak edirlər

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 20-25 aprel tarixlərində Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Azərbaycan Mədəniyyəti Günlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əməkdaşları- Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevil Kərimova, Muğam sənəti kafedrasının müdiri, Xalq artisti, dosent Teyyub Aslanov, Aşıq sənəti kafedrasının müdiri, Əməkdar Mədəniyyət işçisi, dosent Samirə Əliyeva, Əməkdar artistlər İnarə Babayeva, […]

ADMİU-nun tələbələrinə Peşə Təhsil Mərkəzi tərəfindən Təşəkkürnamələr təqdim olunub

Aprelin 21-də İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və bir neçə əməkdaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar. Görüşdə ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva çıxış edərək bildirib ki, son zamanlar iki qurum arasında mədəni yaxınlaşma özünü göstərir. Buna misal olaraq İqtisadi Zonaların İnkişafı […]

ADMİU-nun gənc dizaynerləri Antalya Moda Həftəsində iştirak edəcəklər

Birinci Beynəlxalq Bakı Mədəniyyət və Sənət Moda Həftəsinin (Baku Culture and Creative Fashion Week) təşkilatçıları- Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova və AFWEU -nun (Asiya, Afrika, Amerika və Avropa qitələrini təmsil edir) təsisçisi Aydın Açık Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.Onlar burada ADMİU-nun tələbələri […]

SABAH qruplarından Beynəlxalq Uğur!

14–19 aprel 2025-ci il tarixlərində Qırğızıstanın Bişkek şəhərində baş tutan “Жаңы Ысымдар” X Beynəlxalq Tələbə Teatr Festivalında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qruplarının Aktyor sənəti ixtisası üzrə IV təhsil ilinin tələbələri (Nurlan Ağayev, Fətəli Abdullayev, Zeynəb İslamova, Emil Həmidov, Cəfər Cəfərli) “Dəniz Kənarı ilə Qaçan Alabaş” tamaşası ilə çıxış edərək “Ən yaxşı […]

“Azərbaycan təsviri sənətində Ağqoyunlu hökmdarı Uzun Həsənin ikonoqrafiyası” adlı elmi-praktiki seminar keçirilib

Aprelin 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Azərbaycan təsviri sənətində Ağqoyunlu hökmdarı Uzun Həsənin ikonoqrafiyası” adlı elmi-praktiki seminar keçirilib. Tədbir Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının təşəbbüsü, Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin (TEYC) təşkilatçılığı ilə baş tutub.Seminarda Uzun Həsənin tarixi obrazının təsviri sənətdə əksi, ikonoqrafik atributların təhlili və müasir təqdimat formaları müzakirə olunub.Tədbirdə sənətşünaslıq üzrə […]

“Bir, İki – Bizimki!” Kamal Abdullanın iştirakı ilə səhnədə

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xalq yazıçısı Kamal Abdullanın müəllifi olduğu “Bir, İki – Bizimki!” tamaşası nümayiş olunub. SABAH qruplarının Rejissorluq ixtisası III təhsil ili tələbəsi Ülvi Məmmədlinin quruluşunda ərsəyə gələn səhnə işi postmodern estetikanı və müasir teatr dilini uğurla bir araya gətirərək tamaşaçılarda dərin təəssürat yaradıb. Tamaşada tələbələr – Samirə Xanlarova (qadın), […]

ADMİU SABAH qrupları Qırğızıstanda keçirilən Beynəlxalq Tələbə Teatr Festivalında

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları Aktyor sənəti ixtisası IV kurs tələbələri və SABAH Mərkəzinin rəhbəri Nofəl Vəliyev 14–19 aprel 2025-ci il tarixlərində Qırğızıstanın Bişkek şəhərində keçirilən “Жаңы Ысымдар” X Beynəlxalq Tələbə Teatr Festivalında iştirak edirlər. Tələbələrimiz 16 aprel tarixində Çingiz Aytmatovun eyniadlı povesti əsasında səhnələşdirilən “Dəniz Kənarı ilə qaçan Alabaş” tamaşası […]

Mütəxəssislər ADMİU-da MBA proqramının dərs prosesi ilə tanış olublar

“Yarat Contemporary Art School” yetirmələri art kurator, mədəniyyət işçisi Aynur Abutalıbova, art kurator, mədəni layihələr meneceri Bəxtiyar Əliyev, multidissiplinar rəssam Fidan Hümbətli, art kurator, incəsənət tənqidçisi Mənsurə Məmmədəliyeva və musiqi prodüsseri İbrahim Babayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) MBA proqramı çərçivəsində Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov tərəfindən tədris olunan “Yeni trendlər” fənnindən əldə […]

“Yaşamaq sənəti: Həyatın dəyərini yenidən kəşf et” – ADMİU-da tələbələr üçün psixoloji təlimlər keçirilib

7–14 aprel tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bütün fakültələr üzrə tələbələri əhatə edən “Yaşamaq sənəti: Həyatın dəyərini yenidən kəşf et” adlı silsilə psixoloji təlimlər keçirilib. Təlimlər universitetin psixoloqu Aynur Rəhimova tərəfindən suisid davranışının profilaktikası məqsədilə təşkil olunub. İnteraktiv şəkildə aparılan təlimlərdə yaşamın mənası, həyat və ölüm anlayışları mövzularında dərin müzakirələr aparılıb. Tələbələr suisid […]