Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova və onun müşaviri professor Validə Məmmədova Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin dəvəti ilə dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş daha bir tədbirdə iştirak ediblər. Belə ki, oktyabrın 30-da Vyanada “Akzent” Teatrında Ü.Hacıbəylinin […]
ADMİU-nun rektoru Vyetnamın Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun (İPAD) direktoru ilə görüşüb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMIU) rektoru professor Ceyran Mahmudova Vyetnamın Elm və Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun (İPAD) direktoru xanım Le Nguyen Thien Nga ilə görüş keçirib.Azərbaycanda səfərdə olan xanım Nga universitetin fəaliyyəti ilə maraqlanaraq ADMIU-ya səfər etmək arzusunu ifadə edib. Səmərəli və məhsuldar şəkildə keçən görüşdə […]
ADMİU-da kreativ düşüncə və layihə idarəçiliyi təlimi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Yaradıcılıq layihələrinin idarə olunması şöbəsinin mütəxəssisi Toğrul Qasımov “Kreativ layihələrdə uğur düsturu” mövzusunda təlim keçib. Təlim zamanı iştirakçılar kreativ layihə anlayışı, ideyadan reallaşmaya qədər mərhələlər, eləcə də komanda idarəçiliyi və layihə menecmenti üzrə praktiki biliklər əldə ediblər. Təlimin praktiki sessiyasında gənclər öz layihə təkliflərini irəli sürüb, müzakirələr zamanı ideyalar […]
ADMİU “Regional Universitet – Sənaye Birliyi Sammiti 2025”-də təmsil olunub
ADMİU-nun Tədris şöbəsinin Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin rəhbəri dosent Gülnarə Məmmədova oktyabrın 24-də Mingəçevir şəhərində Mingəçevir Dövlət Universitetinin, “HBN Group”, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə “Regional Universitet – Sənaye Birliyi Sammiti 2025” tədbirində iştirak edib. Regiondan – Qlobala konsepti əsasında reallaşan Sammit Universitet – Sənaye birliyinin yeni modelini formalaşdırmaq, startap […]
ADMİU-nun müəllimləri Türkiyədə festivalda iştirak ediblər
Türkiyənin Elazığ şəhərində Ahmet Tofiq Ozan Sərgi və Konqres Mərkəzində “Türk Dünyası 28-ci Beynəlxalq Xəzər Şeir Gecələri” adlı tədbir keçirilib.Elazığ Bələdiyyəsi və Elazığ Qubernatorluğu ilə əməkdaşlıq, Daxili İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Xaricdə Yaşayan Türklər və Qohumları Cəmiyyəti (YTB), Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Baş İdarəsi (TİKAİ) təşkilatçılığı, TÜRKSOY, Fırat Universiteti, […]
“Süni intellekt yaradıcılığı əvəz edə bilərmi?” mövzusunda tələbələr arasında debat keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə IV təhsil ilinin tələbələri arasında 27.10.2025-ci il tarixində “Süni intellekt yaradıcılığı əvəz edə bilərmi?”mövzusunda debat keçirilib. ADMİU-nun Kulturologiya fakültəsinin Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi, Əməkdar müəllim Nəzirə Əliyeva və müəllim Könül Mustafayevanın birgə təşkil etdiyi tədbir müasir texnologiyaların incəsənət proseslərinə […]
ADMİU ilə Nəvai Dövlət Universiteti arasında əməkdaşlıq çərçivəsində ixtisasartırma proqramı həyata keçirilir
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Özbəkistan Respublikasının Nəvai Dövlət Universiteti arasında imzalanmış qarşılıqlı əməkdaşlıq memorandumu uğurla icra olunur. Memoranduma əsasən, hazırda Nəvai Dövlət Universitetinin professor-müəllim heyəti ADMİU-da ixtisasartırma proqramında iştirak edir.Proqram çərçivəsində dizayn ixtisası və musiqi müəllimliyi istiqamətləri üzrə tədris prosesinin müasir metodları, yeni pedaqoji yanaşmalar və yaradıcı tədris texnologiyaları üzrə mühazirə […]
“Open Access Week” çərçivəsində tədbir
Hər il dünyanın 100-dən çox ölkəsində 20-26 oktyabr tarixlərində qeyd olunan “Açıq əlyetərlik həftəsi” (Open Access Week) elmi biliklərə və məlumatlara sərbəst çıxışın təmin edilməsinə həsr olunmuş qlobal təşəbbüsdür. Beynəlxalq kampaniyanın əsas məqsədi elmi araşdırmaların nəticələrini, habelə, nəşrlər, məlumat bazaları və rəqəmsal resursların açıq və maneəsiz şəkildə paylaşılmasını təşviq etməklə biliklərin ümumbəşəri səviyyədə əlçatan olmasına […]
ADMİU məzunlarının növbəti uğuru
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalı başa çatıb. “İlahilik (Divine)” mövzusuna həsr olunmuş builki festivalın əsas tərəfdaşı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.Bağlanış mərasimində qaliblər elan edilib, mükafatlar təqdim olunub, münsiflər və rejissorlar festivalla bağlı düşüncələrini paylaşaraq sənədli filmin insan ruhuna təsirini bir daha vurğulayıblar.Festivalın qalibləri sırasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunları da var. […]
ADMİU-da “Bilik Kuboku–2025” start götürüb
Xəzər İntellektual Gənclər Birliyinin universitetlərarası ilk nümayəndəliyinin təşəbbüsü, ADMİU tələbələrinin rəhbərliyi, eləcə də İntizar Şahbazi Qasımzadə, Solmaz Qocayeva, Ramal Babayev və Tələbə Gənclər Təşkilatının dəstəyi ilə “Bilik Kuboku–2025” “Nə? Harada? Nə zaman?” yarışının ilk mərhələsi keçirilib.Yarışda ADMİU-nu təmsil edən 6 komanda — Apokalipsis, Anonim, Aysberq, Orion, Middlelap və Avengers — bilik mübarizəsində iştirak ediblər.Apokalipsis komandası […]
ADMİU-nun əcnəbi tələbə və məzunlarının fotoəsərlərindən ibarət sərgi açılıb
Oktyabrın 24-də Bakı Fotoqrafiya Evində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əcnəbi tələbə və məzunlarının fotoəsərlərindən ibarət “Mən Buradayam\İ am Here” sərgisi təşkil edilib. Azərbaycan Fotoqraflar Birliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilən sərgidə tanınmış ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, ADMİU-nun professor-müəllim heyəti və jurnalistlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan […]
“Azərbaycan Respublikasının Konstitusiyası və suveren dövlət quruculuğu: keçmişdən gələcəyə” mövzusunda elmi seminar keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikasının Konstitusiyası və suveren dövlət quruculuğu: keçmişdən gələcəyə” adlı elmi seminar keçirilib. Tədbir Kulturologiya fakültəsinin Sosial-siyasi elmlər kafedrası tərəfindən təşkil olunub. Seminarın əsas məqsədi Azərbaycanın dövlət müstəqilliyi, suverenlik anlayışı və konstitusional dövlət quruculuğu prosesi ilə bağlı elmi baxışları müzakirə etmək, həmçinin müasir […]













