ADMİU-nun müəllimi Gender Əsaslı Zorakılıq üzrə Keys menecment təlimində iştirak edib

Martın 29-da Gender Əsaslı Zorakılıq (GƏZ) üzrə Keys menecment adlı təlim keçirilib. Təlimçi sosial iş üzrə mütəxəssis Sara Ağayeva təlim iştirakçılarına Gender əsaslı zorakılıq hallarının idarə edilməsi prosesi və gender əsaslı zorakılıq hallarının etik və effektiv idarə olunması üzrə praktik bacarıqlar risklərin qiymətləndirilməsi, yönləndirmə və müdaxilə strategiyalarını haqqında maarifləndirici məlumatlar verib. Təlimdə sosial işçilər, psixoloqlar […]

ADMİU-nun tələbələri Moda Həftəsində maraqlı kolleksiya ilə çıxış ediblər

Martın 26-27-də Daş Salnamə Muzeyində Mədəniyyət və Sənət Moda Həftəsi keçirilib. Tədbirdə Avropa və Asiyadan ölkəmizə qonaq gəlmiş 10-dan çox tanınmış dizayner iştirak edib.Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin III tədris ili tələbələri Hüseynova Selbinaz, Əhmədzadə Nəzrin və məzunlar Abdullaeva Sara, Şirinova Lamiyə, Lətifə Yusifova kolleksiya ilə çıxış ediblər. Sənətşünaslıq üzrə […]

ADMİU-nun müəllimi beynəlxalq müsabiqədə laureat olub

Bu günlərdə Rusiyanın Sankt-Peterburq şəhərində dünyanın 44 ölkəsindən yüzlərlə rəssamın qatıldığı beynəlxalq sərgi və müsabiqə keçirilib. Ölkəmizi sözügedən tədbirdə təmsil edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının müəllimi Samir Qafarov müsabiqənin “Rəssamlıq” nominasiyası üzrə laureatı olub.

ADMİU-nun müəllimi Serbiyada keçirilən simpoziumda iştirak edib

15-22 mart tarixlərində Zlatibor şəhərində Zlatibor İnnovasiya Biznes Mərkəzində Beynəlxalq Rəssamlıq Simpoziumu keçirilib. “Şərq ruhunun rəsmi” layihəsinin təşkilatçısı SRU “Vukadınoviç”, həmçinin tərəfdaşları Zlatibor Turizm Təşkilatı, Çayetin Bələdiyyəsi, “Viqor” İbtidai Məktəbi və Rade Filipoviçdir.Bu il simpoziumda Misir, Gürcüstan, Azərbaycan, Avstraliya, Rusiya və Serbiyadan təxminən 20 rəssam iştirak edib.Ölkəmizi simpoziumda Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət […]

SABAH tələbələrinə Təşəkkürnamələr təqdim edilib

ADMİU SABAH qruplarında 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası üzrə yüksək göstəricilər əldə edən üç tələbə təşəkkürnamə ilə təltif edilib. Bu mükafat tələbələrin əzmkarlığı və akademik uğurlarına verilən dəyərin göstəricisidir.SABAH qruplarında təhsil alan tələbələr arasında fərqlənən və Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) üzrə ən yüksək nəticə əldə edən üç tələbə – Bayramova Xədicə, Allahquliyev […]

Universitetlərin TEC sədrləri ADMİU-da görüşdü

Martın 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin digər universitetlərin Tələbə Elmi Cəmiyyətiləri ilə görüşü keçirilib. Tədbirdə Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Bakı Musiqi Akademiyası Bakı Biznes Universiteti, Azərbaycan Milli Konservatoriyası və digər universitetlərin TEC sədr və nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə […]

ADMİU-nun müəllim və tələbələri Novruz bayramı münasibəti ilə Beyləqanda konsert veriblər

Martın 18-də Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon stadionunda konsert proqramı keçirilib.Konsertdə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, YAP Beyləqan Rayon Təşkilatının sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dosenti, Əməkdar artist Ağalar Bayramov, ADMİU-nun müəllim və tələbələri, tanınmış incəsənət nümayəndələri, şəhid ailələri, qazilər və rayon […]

ADMİU-da Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Martın 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) İlaxır çərşənbə və Novruz bayramı münasibəti ilə tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Bayram tədbirini giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova milli bayramlarımızdan olan Novruzun xalqımız, millətimiz üçün önəmindən danışıb. Qeyd edib ki, artıq bir xalq olaraq biz […]

Mədəniyyət ixtisasları üzrə İşçi qrupu tərəfindən Magistratura səviyyəsində ixtisaslar üzrə ixtisaslaşmalar müəyyən edilib

Yeni təhsil proqramları ilə bağlı ADMİU-da Mədəniyyət ixtisasları üzrə İşçi qrupu tərəfindən Magistratura səviyyəsində ixtisaslar üzrə ixtisaslaşmalar müəyyən edilib. Bununla bağlı martın 17-də keçirilən iclasda müvafiq ali təhsil müəssisələrinin təmsilçiləri və əmək bazarının nümayəndələrinin iştirakı ilə iclas keçirilib. Mədəniyyət ixtisasları üzrə İşçi Qrupunun həmsədrləri- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova və […]

ADMİU tələbələrinin asudə vaxtının səmərəli təşkili istiqamətində tədbirlər davam edir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri və sosial əlaqələrini gücləndirmələri məqsədilə maraqlı və unudulmaz tədbirlər təşkil etməyə davam edir. Bu çərçivədə 15-16 mart tarixlərində Quba rayonunun “Nazlı Bulaq” istirahət mərkəzində ADMİU tələbələri üçün xüsusi istirahət düşərgəsi təşkil olunub.Düşərgənin əsas məqsədi tələbələrin təhsil prosesindəki gərginliyini […]

ADMİU-nun müəllim və tələbələri “Azərbaycan xalçaçılıq sənətinin dirçəlməsi: orijinallıq və innovasiya” mövzulu mühazirədə iştirak ediblər

Martın 14-də Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin təşkilatçılığı ilə Əməkdar İncəsənət xadimi Tərlan Qorçunun “Azərbaycan xalçaçılıq sənətinin dirçəlməsi: orijinallıq və innovasiya” mövzulu mühazirəsi keçirilib. Mühazirədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Dizayn və Dekorativ- tətbiqi sənət kafedrasının Bədii toxuculuq və Bədii xalça ixtisaslaşmaları üzrə müəllimləri, sənətşünaslıq üzrə fəlsəfə doktorları Səltənət Rzayeva, dosent […]

ADMİU Beynəlxalq Sosial İş Gününə həsr olunmuş tədbirdə təmsil olunub

Martın 14-də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sosial-mədəni fəaliyyət kafedrasının müəllimi Lalə Məcidova və Sosial iş ixtisasının 3-cü kurs tələbələri Bakı Biznes Universitetində Beynəlxalq Sosial İş Gününə həsr olunmuş debat tədbirində iştirak ediblər.Görüş sosial işin mahiyyətini və onun cəmiyyət üçün əhəmiyyətini daha dərindən dərk etmək baxımından mühüm bir platforma kimi yadda qalıb. Tələbələrimiz debat […]