Martın 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ADMİU Həmkarlar İttifaqının təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, ADMİU-nun xanım əməkdaşları, tələbələr iştirak ediblər. ADMİU-nun kafedra müdiri Əməkdar İncəsənət Xadimi Əli Əmirli, ADMİU “SABAH” qruplarının rəhbəri, Əməkdar artist Nofəl Vəliyev, ADMİU Həmkarlar İttifaqının sədri, Kulturologiya fakültəsinin dekanı […]
Magistratura səviyyəsində Mədəniyyət ixtisasları üzrə yeni təhsil proqramlarının yaradılması işi davam edir
Yeni təhsil proqramlarının yaradılması ilə bağlı işlər davam edir. Bu məqsədlə 6 mart 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Mədəniyyət ixtisasları üzrə İşçi Qrupun həmsədri, rektor professor Ceyran Mahmudovanın sədrliyi ilə iclas keçirilib. İclasın gündəliyindəki məsələ istiqamətlər üzrə altqrupların yaradılması və iclasların tarixlərinin müəyyənləşdirilməsi olub.7 mart 2025-ci il tarixində ADMİU-da Aktyor […]
Özbək rektor ADMİU-da qonaq olub
Özbəkistanın Turan Beynəlxalq Universitetinin təsisçisi və rektoru Ahadxon Najmitdinov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) qonaq olub və rektor Ceyran Mahmudova ilə görüşüb. Görüşdə iki universitet arasında əməkdaşlıq, xüsusən müəllim-tələbə mübadiləsi müzakirə edilib. Qeyd edilib ki, Turan Beynəlxalq Universiteti 2022-ci ildə Özbəkistan Respublikasının Namanqan şəhərində yaradılıb. Universitet özbək, rus və ingilis dillərində əyani, qiyabi və axşam […]
ADMİU-nun tələbələri təhsil sərgisində iştirak ediblər
Martın 4-də Respublika İdman Sarayında Azərbaycan və Qazaxıstan, dövlətlərarası təhsil sahəsində əməkdaşlıq münasibətlərinin genişdirilməsi ilə bağlı sərgi keçirilib. Sərgidə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstanın elm və təhsil naziri Sayasət Nurbek və Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel cənabları iştirak ediblər. Nazirlər və səfir çıxış edərək sərgidə iştirak edən müəllim və tələbə heyətinə […]
ADMİU-nun tələbəsi esse müsabiqəsinin qalibi olub
Təhsildə keyfiyyətin artırılması və tələbələrin qeyd edilən prosesdə iştirakını təmin etmək məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Keyfiyyət elçisi” adlı təlim keçirilib. Təlim çərçivəsində Rəssamlıq fakültəsi Sənətşünaslıq ixtisasının III təhsil ili tələbəsi Hacıyev Məhəmməd Əhməd oğlu “Ali təhsil müəssisələrində keyfiyyət mədəniyyətinin formalaşmasında təhsilalanların rolu” mövzusunda esse müsabiqəsinə qatılaraq qaliblərdən biri olub. Məhəmməd Hacıyev bundan […]
Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan ikicildlik nəşr təqdim olunub
Beynəlxalq Muğam Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) 530 illik yubileyi münasibətilə hazırlanan ikicildlik nəşrin təqdimatı keçirilib. “bp Azərbaycan” şirkətinin dəstəyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə hazırlanan ikicildliyə “Məhəmməd Füzuli. Şeirlər, poemalar, pyeslər” və “Məhəmməd Füzuli. Hekayələr və romanlar” kitabları daxildir. Təqdimat mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, […]
Qazax tələbələrin ADMİU-da elmi-tədqiqat təcrübələri yekunlaşıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Qazaxıstan Milli İncəsənət Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həmin universitetin 21 magistr tələbəsi ADMİU-da elmi təcrübə keçiblər. Təcrübənin son günündə ADMİU-nun rektoru professor Ceyran Mahmudova tələbələrlə görüşüb. Onları Azərbaycanda və rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnunluğunu bildirən rektor Qazaxıstan Milli İncəsənət Universiteti ilə dostluq əlaqələrindən […]
ADMİU-da Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyi qeyd olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Ədəbiyyat və Dillər kafedrasının təşkilatçılığı ilə Xalq şairi, ictimai xadim, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə ADMİU-nun professor-müəllim heyəti, tələbələr, Nəbi Xəzrinin övladları və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə Ədəbiyyat və dillər kafedrasının müdiri, professor Fəridə Sofiyeva […]
Professor Niyazi Mehdiyə vida…
Görkəmli alim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Niyazi Mehdinin vəfatı ilə bağlı ADMİU-nun rektoru, professor Ceyran Mahmudova və universitetin kollektivi mərhum professorun ailə üzvlərinə, yaxınlarına və tələbələrinə dərin hüznlə başsağlığı verir. Qeyd edək ki, Niyazi Mehdi Musa oğlu 1951-ci il fevralın 26-sında Bakıda ziyalı ailəsində anadan olub. O, 1977-ci ildən Azərbaycan Dövlət Mədəniyyət […]
Yeni ali təhsil proqramları hazırlanır
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarı ilə Ali təhsilin bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezedentura səviyyələri üzrə ixtisasların yeni təsnifatı təsdiq edilmişdir. Magistratura səviyyəsində yeni təhsil proqramlarının hazırlanması ilə bağlı Azərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əmrullayevin “Komissiyanın yaradılması barədə” əmrinə əsasən Azərbaycan Dövlət […]
ADMİU-nun kollektivi və tələbələri “Ana harayı” abidəsini ziyarət edib
Fevralın 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi və tələbələri Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər. Soyqırımı abidəsinin önünə əklil qoyulub, gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib. Həmçinin, universitetdə ADMİU-nun Kitabxana-informasiya mərkəzi tərəfindən Xocalı soyqırımına həsr olunmuş kitab sərgisi açılıb. […]
ADMİU-nun tələbəsi məşhur filmin geyim rəssamı olub
Fevralın 27-də “Spinozanın Tanrısı” filminin qala gecəsi keçirilib.Qeyd edək ki, filmin geyim rəssamı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin geyim dizaynı ixtisasında təhsil alan 4-cü kurs tələbəsi Neyjən Məlikdir.