“Mütaliə ruhu” sərgisi çərçivəsində ilk tədbir baş tutub

Yanvarın 21-də Xətai Sənət Mərkəzində “Mütaliə ruhu” adlı respublika yaradıcılıq müsabiqəsinin yekun sərgilərinin ilki açılıb.Qeyd edək ki, müsabiqə üçün ölkənin müxtəlif regionlarından 1500-dən çox iştirakçı 2000-ə yaxın əsər göndərib.İlkin seçimlərdə 900 iştirakçının 1100-dən çox əsəri sərgilənmək üçün seçilib. Müəlliflər arasında uşaqlar, yeniyetmələr, gənclər və yuxarı yaş qrupunun nümayəndələri, həmçinin, tədbirin qaydalarına uyğun olaraq müəllim və […]

ADMİU-nun tələbələri beynəlxalq festivalda çıxış ediblər

14-19 yanvar tarixlərində Türkiyənin İstanbul şəhərində arfa ifaçısı Ceren Necipoğlunun xatirəsinə həsr olunmuş “2-ci Ceren Necipoğlu İstanbul Beynəlxalq arfa festivalı” keçirilib. Festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (ADMİU) Musiqi sənəti fakültəsi İnstrumental ifaçılıq kafedrasının müəllimi Günel Quliyevanın III təhsil ili tələbələri olan, Beynəlxalq və Respublika müsabiqələr laureatları Safura Mursaliyeva və Nüşabə Rüstəmova təmsil ediblər. […]

“20 Yanvar – Azadlığın başlanğıcı” mövzusunda sərgi

 Azərbaycan Respublikası elm və təhsil nazirinin 16 yanvar 2025-ci il tarixli əmri ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı” tədbirlər pla­nı­na müvafiq olaraq ADMİU-da silsilə tədbirlər keçirilir. Bu məqsədlə, universitetin Kitabxana-informasiya mərkəzi tərəfindən “20 Yanvar – Azadlığın başlanğıcı” möv­zu­sunda sərgi təşkil olunub. Tələbələrin iştirakı ilə millətimizin azadlıq səsini ucaltdığı və öz […]

ADMİU-nun müəllimləri Ümumxalq Hüzn gününə həsr olunmuş tədbirdə iştirak ediblər

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sosial -mədəni fəaliyyət kafedrasının müəllimləri Günel İbrahimova və Firəngiz Məhərrəmova da iştirak ediblər. Ölkəmizdəki dini və milli icmaların nümayəndələrinin iştirak etdikləri tədbirdə öncə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi […]

ADMİU-nun tələbəsi Beynəlxalq Müsabiqənin ən yüksək mükafatına layiq görülüb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi “İnstrumental ifaçılıq” kafedrasının IV tədris ili tələbəsi Həmayə Baxışova Beynəlxalq Müsabiqənin ən yüksək mükafatına layiq görülüb. Belə ki, tələbəmiz İngiltərədə onlayn şəkildə keçirilən “Beethoven İnternational Music Competition UK 2025” müsabiqəsində “Master Prize” mükafatına qazanıb.Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyevanın tələbəsi olan H.Baxışova proqramda A.N.Skryabin, […]

ADMİU-nun kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

Yanvarın 17-də 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova, universitet rəhbərliyi, universitetin Elmi Şurasının üzvləri, professor-müəllim heyəti və tələbələri Şəhidlər xiyabanını ziyarət edib.Ziyarət zamanı Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman oğul və qızlarımızın xatirəsi ehtiramla anılıb, məzarları önünə qərənfillər düzülüb.

FONDA DAXİL OLAN YENİ ŞƏXSİ KİTABXANA KOLLEKSİYASI

Kitabxana-informasiya mərkəzinə şəxsi kitabxana kolleksiyasından olan nəşrlər bağışlanıb. ADMİU-nun Rektorun Tədrisdə innovasiyalar üzrə müşaviri, Əməkdar incəsənət xadimi, professor Validə Məmmədovanın təqdim etdiyi kolleksiya mədəniyyət, ədəbiyyat və dilçilik üzrə kitablardan ibarətdir. Burada Azərbaycan, rus və ingilis dillərində soraq ədəbiyyatından lüğət və ensiklopediyalar, habelə tədris-metodiki nəşrlərdən dərs vəsaiti və dərsliklər üstünlük təşkil edir. Kolleksiyada klassik rus ədəbiyyatının […]

RƏSSAMLIĞIN TARİXİ VƏ NƏZƏRİYYƏSİNƏ İŞIQ TUTAN KİTABLAR

ADMİU-nun “Təsviri sənətin tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin müəllifi olduğu iki dəyərli elmi nəşr fondumuza daxil olub. Müəllifin “İstedadlar ocağı” (2023) adlı kitabı çoxəsrlik tarixə malik Azərbaycan incəsənətinin inkişafında müstəsna rolu olan keçmiş “Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi”nin (indiki Azərbaycan Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kolleci) yaranmasının 100 […]

AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQININ KİTAB HƏDİYYƏSİ

Universitetdə təhsilalanların tədris nəşrlərinə olan tələbatının təmin edilməsində kitabxana fondunun dərslik və dərs vəsaitləri ilə komplektləşdirilməsi xüsusi aktuallığa malikdir. ADMİU-nun Operator sənəti ixtisası üzrə kadr hazırlığı prosesində “Fotokompozisiya” fənninin tədrisi vacib əhəmiyyət kəsb edir. Bu baxımdan, ADMİU Elmi Şurasının 5 iyul 2019-cu il tarixli qərarına əsasən Əməkdar incəsənət xadimləri Rəfail Qəmbərov və Amin Novruzovun həmmüəllifliyi […]

ADMİU-da “İncəsənətdə postmodernizm dövrü və sonrası” mövzusunda tələbə elmi konfransı keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “İncəsənətdə postmodernizm dövrü və sonrası” mövzusunda tələbə elmi konfransı keçiriləcək. Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən hər il ənənəvi olaraq keçirilən konfransda yalnız tələbə-teatrşünaslar deyil, universitetin, həmçinin digər ali təhsil müəssisələrinin bakalavr və magistr tələbələri iştirak edə bilər. Konfransın mövzusunun “İncəsənətdə postmodernizm dövrü və sonrası” kimi seçilməsi də bununla əlaqədardır. Postmodernizmi, yəqin […]

ADMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramını qeyd edib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələr üçün Yeni İl şənliyi təşkil edib. Şənlikdə ADMİU THİK-in sədri Rusif Əliyev, fakültə sədrləri və həmkarlar ittifaqı fəalları olan tələbələr iştirak ediblər. Tədbirin giriş hissəsində ADMİU THİK-in sədri Rusif Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə tələbələri təbrik etməklə […]

ADMİU-nun dizayner tələbələrinin geyim kolleksiyaları “Mədəniyyət” TV-də nümayiş olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının geyim dizaynı ixtisasında təhsil alan 4-cü təhsil ili tələbələri və magistr tələbəsi iki dəfə müxtəlif zamanlarda “Mədəniyyət” kanalının qonağı olublar. Onlar ilk dəfə “Tomris”, ikinci dəfə isı “COP29”a həsr olunmuş kolleksiyalarını nümayiş etdiriblər. Hər iki kolleksiya böyük maraqla qarşılanıb. Qeyd edək ki, […]